Dünyanın "sülh mələyi" adlandırılan məşhur kino ulduzu Ancelina Coli Əfqanıstandan olan prodüser və rejissor Səhra Kəriminin lentə aldığı və əfqan qadınlarının hüquqlarının müdafiəsindən bəhs edən filmə dəstək verib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Həvva, Məryəm, Ayişə" adlanan bu ekran əsərinin premyerası sentyabrın 6-da Venesiya Film Festivalında keçirilib.
Ekran əsərində müxtəlif sosial təbəqələrə mənsub olan üç əfqanıstanlı qadının həyatından və problemlərindən bəhs olunur. Coli jurnalistlərə müsahibəsində bildirib ki, BMT-nin sülh elçisi kimi dəfələrlə əfqanıstanlı qadınlarla görüşüb və filmdə əks olunan problemlər onların taleyi və həyatının faciəli cəhətlərini əks etdirir. Onun sözlərinə görə, ekran əsərində həm də bu qadınların gələcəyi ilə bağlı nikbin notlar da əksini tapıb. "Film çox ziddiyyətli vəziyyətin olduğu Əfqanıstanda qadınların zərifliyi, gözəlliyi və ruhunu nümayiş etdirir, həmçinin onların evlilik, sevgi, dostluq, ailə münasibətləri və analıqla bağlı hisslərini təcəssüm etdirir", - deyə "sülh mələyi" əlavə edib.
"Həvva, Məryəm, Ayişə" filmi yerli kinematoqrafçılar tərəfindən lentə alınıb. Onun prodüseri və satışına məsul olan nümayəndəsi də əfqanıstanlı qadın Katayun Şəhabidir.
Ancelina Coli daha sonra deyib: "Əfqanıstanda lentə alınan hər bir film cəhalətə qarşı mübarizədə bir qələbədir. Əfqanıstanın taleyinin həll olunduğu bir dövrdə milyonlarla əfqan qadınının azadlıq, müstəqillik və təhlükəsizlik şəraitində öz taleyinə sahib çıxması bütün cəmiyyət üçün faydalıdır".
Filmin rejissoru Kərimi bu filmin mötəbər kinofestivalında nümayişinə görə Venesiya Film Festivalının təşkilatçılarına, onun rəhbəri Alberto Barberaya təşəkkürünü bildirib. O əlavə edib ki, incəsənət xadimlərinin köməyi ilə Əfqanıstanda qadın hüquqlarının müdafiəsi sahəsində daha yaxşı platforma əldə etmək mümkündür. "Ölkəmizdə gender bərabərliyi daha da inkişaf edir və hesab edirəm ki, bu fakt qlobal sülhə də xidmət edir", - deyə əfqan rejissor vurğulayıb. Kərimi Əfqanıstan kinematoqrafçılarına göstərdiyi diqqətə görə Ancelina Coliyə minnətdarlığını bildirib.
Qeyd edək ki, "Həvva, Məryəm, Ayişə" filmi 76-cı Venesiya Film Festivalının "ən yaxşı bədii film" nominasiyasında mükafata namizəddir.
XƏBƏR LENTİ
Sabahın HAVAsı
Leyla Əliyeva oğlu ilə yemək bişirdi - VİDEO
Münasibətə ziyan vuran davranışlar
Xoşbəxt pozalar
127 yaşlı Eyfel
Körpənizi çimdirmək üçün məsləhətlər
Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, səkkiz nəfər vəfat etdi
Ən sürətli yaddaş kartları göstərildi
Ailədə zorakılığın uşağa təsiri
Distant təhsildə qiymətləndirmə ilə bağlı yeni mexanizm - RƏSMİ AÇIQLAMA
Azərbaycanda kişilər və qadınlar daha çox hansı yaşlarda nikaha girirlər?
Rafet El Romanın EVLİLİK xəbəri yayıldı-FOTO
Dünyanın ən uzun pilləkənları
Günün qoroskopu: ünsiyyət üçün xoş gündür
Maraqlı məlumatlar
Qarayazı kəndindəki adət
İspaniyanın ən gözəl şəhərləri
Kəs və yapışdır-32
Orta ixtisas məktəblərinə qəbul olmaq istəyən şagirdlərin nəzərinə!
Xaricə getmək istəyən və attestat alan məzunların NƏZƏRİNƏ
Tarkan Yeni il konsertindən 2 milyon qazanacaq
MDB dövlətləri Azərbaycandan seçki ilə bağlı nəyi öyrənəcəklər?
Mutasiyaya uğramış siçovullar Kraliçanın sarayında-FOTO
Emoji çanta düzəltmək
Gözəlliyiniz üçün hər gün bunları etməlisiniz!
Gözaltı problemləri üçün 2 maska
Ermənistan ordusu itki verdi
Gəlinlər saç modeli seçərkən nələrə diqqət etməlidirlər!
Zəlzələdən qorxanlar üçün məsləhət
Məşhur idmançımız Azərbaycan bayrağına bürünüb ağladı
"Santa Barbara"nın aktrisasının 30 ildəki dəyişikliyi
Olimpiya stadionunu hələ bu cür görməmisiniz
Yay salatı (foto resept)
Ölən kaskadyorun ailəsinə 8,6 milyon ödəndi-FOTO
34 yaşlı çörək-FOTO
Şəkillərə görə şəxsiyyət testi
Yeməyiniz duzlu çıxıbsa bunları sınayın
Paxlava yuxasından hazırlanan börək (foto resept)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Parlaq gecəlik modelləri
Fahriye və Burak Özçivitdən yeni FOTO
Lavaşlı-kəsmikli piroq (foto resept)
Neçə milyon olduq?
Girovların durumu pisləşib
Orta aylıq əmək haqqı 498 manat oldu
Yalnız qumla qidalanan şəxs-VİDEO
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Universitetlərə qəbul qaydaları dəyişir
Yeni dünya rekordu: kəndi qar örtdü
Pişiklər insanı necə görür?
- ŞƏRHLƏR