2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə alınıb. Problemli məsələlərdən biri də boşanmış cütlüyün övladının kimin yanında qalması ilə bağlıdır.
Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir.
Hüquqşünasların dediyinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır.
Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə qərarı ilə analarının yanında qalırlar.
BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.
Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür.
Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallar nəzərdə tutulur.
Azərbaycanın Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
Məcəllənin 52-ci maddəsində yazılıb ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
Ali Məhkəmənin Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Plenumunun Qərarında isə göstərilib:
"Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən "10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır" ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir".
Ailə Məcəlləsinin 60-cı maddəsində isə göstərilib ki, valideynlər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.
Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Həmçinin qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Qanunlardan çıxarışları təhlil etdikdə, bu nəticəyə gəlmək olur ki, Azərbaycan qanunvericiliyində boşanmış ailənin uşağının konkret ata və ya ananın yanında qalacağı məsələsi yaş kateqoriyasına görə təsnifatlandırılmayıb.
Milli.Az bildirir ki, Oxu.az məsələni daha da aydınlaşdırmaq üçün Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb.
Vəkil bildirib ki, boşanmış ailənin uşağının ata və ya ananın yanında qalması ilə əlaqədar yaş kateqoriyası konkret ola bilməz:
"Çünki məhkəmə hər bir məsələyə spesifik yanaşaraq hökm çıxarmalıdır. Məhkəmə hər iki tərəfin vəziyyətini nəzərə alıb qərar verməlidir. Bu o demək deyil ki, 10 yaşına qədər olan və ya 10 yaşından yuxarı uşaqlar konkret olaraq mütləq hansısa valideynin yanında qalmalıdır. Yəni uşağın kimin yanında qalması ilə bağlı standart bir yaş meyarı yoxdur".
A.Qasımlı əlavə edib ki, əgər valideynlərdən biri uşağa şiddət göstərirsə, bu hallar məhkəmədə sübuta yetirildikdən sonra həmin uşaq qarşı tərəfə verilə bilər:
"Tutaq ki, ata və ya ana narkomandır və ya uşağa şiddət göstərir. Bu zaman məhkəmənin qərarı ilə həmin uşaq yanında qaldığı valideynindən alınaraq digərinə verilir".
XƏBƏR LENTİ
Yalandan and içən insan günah edirmi?
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
ÜST yaxın təmasa dair təlimatlara dəyişiklik etməyə hazırlaşır
Obama: “Rusiya nə isə qazanmayıb, əksinə itirib"
Milli Şura bu dəfə də uğursuzluğa düçar olacaq...
Mark Zukerberq istifadə etdiyi smartfonun adını açıqladı
Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? - RƏSMİ AÇIQLAMA
Virtual alış-veriş artır
Meqan Markl haqqındakı yalana 70 min dollar verdilər
Sarımsaqlı yağ (foto resept)
Ağ-qara şəklini paylaşdı, Sezen Aksuya bənzədildi
Uşağınızla evdə vaxt keçirmək üçün...
Hava haqqında - 07.09.2013
Günün ulduz falı
Azərbaycan kəndində ilk
Gəlin-qayınana problemlərinin səbəbləri
Saçda kölgələr
Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ
Arzular, arzular, gözəl arzular...
Azərbaycanda 1000 kişiyə 1011 qadın düşür
ABŞ-dan Rusiyaya xəbərdarlıq
Düşmənin komanda müşahidə məntəqəsi sıradan çıxarıldı: Çoxlu sayda ölən və yaralanan var - RƏSMİ
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
O bunu necə bacarır?
Gənc qızlar, zamana dəyər verin
Qaşlarını yan dara, qız...
Məşhur futbolçu qonşuları tərəfindən ağır təhqir edildi – VİDEO
Uşaqlarda ağız və diş sağlamlığı(1)
Seren Serengil işdən qovuldu-SƏBƏB
Bərbərxana və gözəllik salonları bu gündən açılır
Analoqu olmayan təyyarə hazırlanır
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu
1/8 finalın ilk cütlükləri məlumdur
Hellouində yadda qalan kostyumlar (2)
Uşaqlarımızı dəyişən mavi ekranlar
Tarif Şurası: "Benzinin qiymətindəki dəyişikliyin yük və sərnişin daşınmasına hər hansı aidiyyəti yoxdur"
İspan qadınlarının makiyaj sirləri
Dünya qadınları necə geyinir?
İnternet dükanlarında kim nə alır?
Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” - VİDEO
Bütün Qafqazın şeyxi Azərbaycan xalqını təbrik edib
Yayda hamilələrinin diqqət etməsi lazım olanlar
Rusiyada raketlər işə düşdü
Bakıda yol çökdü
Məşhur aktyora 17 illik həbs cəzası
İnsan əli qədər hərəkətli olan protez əl hazırlandı
Daima sirr olaraq saxlamağınız vacib olan 11 şey
"Biz gərgin çalışıb yaddaşlarda qalacaq səviyyədə Oyunları təşkil etdik"
Modelyer 2019-cu ilin trendindən danışdı-KİRLİ SAÇ
Dibçəkləri necə seçməli?