Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlarım!
Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin".
Qurban bayramınız mübarək olsun!
XƏBƏR LENTİ
Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub”
Acun Zuhal Topalı məhkəməyə verir
Leyla Əliyeva "Bahar sevincləri" sərgisində-FOTO
Yunanıstanın baş nazirini Bakıya gətirən təyyarədə problem yaşandı
Bu gecə 24 oyun olacaq
Yeni il gecəsinin ulduzu olun
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Köklü,darçınlı,qozlu keks (foto resept)
Hikmət Hacıyevdən “Twitter” hesabının bloklanması ilə bağlı açıqlama
Günün qoroskopu: hər şey o qədər də pis deyil
Alişanla Busenin toy fotosessiyası başladı
Fahriye qarnını gizlətdi-FOTO
Tuş
Bir gündə 4 milyard qazandı-FOTO
Qəhvəli, damla şokoladlı parfe (foto resept)
Xəzərdə itkin düşənlərlə bağlı son vəziyyət
Uşaq otağı dizaynı
ABŞ-da göydə uçan insanabənzər fiqur görənləri qorxutdu – VİDEO
Demet Akalının təyyarəsində bomba həyəcanı-VİDEO
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Planetin ən təhlükəli hava limanları (FOTO)
Bütov Azərbaycan!
2020-ci ilin sağlamlıq QOROSKOPU - Hansı bürcü nə gözləyir?
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (4-6 ay)
Məşhur serial ekranla vidalaşır
Uzun iş günü ürəyin düşmənidir
Öskürəyə nə yaxşı təsir edə bilər?
Limonlu-qozlu keks (foto-resept)
Yay aylarında uşaqlarda ishal və qusma hallarının baş verməməsi üçün nə etməli?
Qərbə getmək asanlaşdı
Qızcığazlar və gəlinciklər
Onlar da AYRILDILAR-FOTO
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Karyeranız işgüzar danışıqlardan asılıdır
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı
İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”
Adriana Lima Metin Haranı sildi
Stiven Siqal Bakıya gəlir
Süddə toyuq filesi( foto resept)
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur
Məşhur aparıcıdan hicab AÇIQLAMASI
Bengünün toyundan ilk FOTOlar
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Dünyanın ən məşhur pişiyi öldü - FOTO
Peyğəmbərin ağız suyu ilə tikilən bina
Yeni qaş trendi: Balıq quyruğu
Adi məhsulların gözəllikdə istifadəsi