Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.
Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:
"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək - noyabrın 1-dək fəaliyyətə başlayacaq".
M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: "Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib".
Xatırladaq ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək (Trend)
XƏBƏR LENTİ
Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”
Saç aksessuarları
Pandemiyadan kimlər qazanır, vaksin niyə gecikir?-Açıqlama
Dünyanın ən yaşlı qadını öldü
Üz üçün maskalar
“Səfirin qızı” izləyiciləri əsəbiləşdirdi - VİDEO
Hava şəraiti qeyri-sabit keçəcək- XƏBƏRDARLIQ
Putinin erməni jurnalistə cavabı: "Azərbaycan kimi bir ölkə..."
"Azərbaycan və Ermənistan müharibəyə ən yaxın vəziyyətdədir" - HESABAT
Bakının 26%-i təhlükədədir
Özlərini burulğana salan üçlük
Şəffaf smartfon göstərildi
Astma qadın sonsuzluğuna səbəb olur
Mənzil bazarında qiymətlər artıb
Yerkökülü keks (foto resept)
Şakiradan gözlənilməz addım
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Dolça və Balıq bürcü uyğunluğu
Tarixin ağ ləkələri-Qədim coğrafi xəritələrin sirri
Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq
Beynimizin düşməni
Qızımın məktəbdə öyrəndikləri
Toy üçün möhtəşəm tortlar
BDU Zaqreb Universiteti ilə memorandum imzalayıb
Bu gecədən analoq yayımı dayandırılır - Nazirlikdən xəbərdarlıq
Will Smithin 7 filmi
Yeni ildə Azərbaycanı gözləyən təhlükə
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Arıqladan yaşıl detoks
Günün qoroskopu: dürüst olun
Ekspert: “Tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır”
Uşaqların bunlara ehtiyacı var!
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
“Facebook”da yemək sifarişi funksiyası işə salındı
İrəvan sülhdən niyə imtina edir?
Dadlı piroq (foto resept)
Azərbaycanda yeni telekanal açılır
Yaşınızdan tez yaşlandığınızı göstərən 4 işarə
Köhnədən yeniyə
Şirvanşah Şahənşah
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB
Sabah çox isti olacaq
Uşaqlıq travmaları – oğurlanmış həyatlar…
Nazir müəllim ixtisarından danışdı
Münaqişə zamanı yoldaşı necə sakitləşdirməli?
Artur Rasizadə qanunu dəyişdi
Günün qoroskopu:Fiziki işdə fayda var
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
- ŞƏRHLƏR