Mayın 24-də "Art Gallery Hotel"də ölkəmizdə çox populyar olan "SÖZ" layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Layihənin direktoru Nigar Həsənzadə "SÖZ" ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın "SÖZ" layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm də onların inkişafı və birləşməsi üçün şəraitin yaradılmasındadır.
Yeni konsepsiya barədə danışan N.Həsənzadə deyib ki, bu, gənc müəlliflər üçün "açıq qapılar"ın keçirilməsini nəzərdə tutur, gənc qələm əhlinə dostlar, həmkarlar və layihələrin rəhbərləri ilə görüşmək, faydalı məlumatları bölüşmək, onları maraqlandıran sualları vermək və ayda iki dəfə rahat və müasir "Art Gallery Hotel" kafesində dostlara yeni əsərlərini oxumaq imkanı verir. Bu günlərdə "Sattart Cafe" öz qonaqlarına pulsuz xidmət göstərəcək.
Layihənin direktoru bildirib ki, "SÖZ" layihəsinin məqsədi həm yerli, həm də xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: "Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları "SÖZ" adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı və tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim "SÖZ" adlı ailəmiz yarandığı gündən artıq 3 ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi və inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub".
Sonra gənc şairlər öz şerlərini oxuyublar.
Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.
Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.
Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.
XƏBƏR LENTİ
Qələmlə sənət əsəri yaratmaq
Azərbaycan milli uşaq oyunları-7
Məşhur aktrisa maska taxmayanları tənqid etdi
Luka Vardanyanın atası uşağın Bakıya gəlməsinə etiraz edib
Həyatınızın açarı olun
Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək
Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar
24 saat dayanmadan spirtli içki içdi bu hala düşdü-FOTO
Həcc ziyarətinə yollanan zəvvarlara ciddi xəbərdarlıq
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Sadə və gözəl paltarlar.
18-ci toy il dönümünü bu cür qeyd etdilər-FOTO
2012-ci ilin qış papaqları
Hikmətli sözlər
Şəkər xəmiri hazırlanmasının iki üsulu (foto anlatım)
Viktoriya Bekhem yaşından danışdı
Qara rəngi sevənlər üçün yay kombin tövsiyələri
Abort edənlər üçün koronavirusun ölümcül təhlükəsi açıqlanıb
Qadın.Netlilərin ən sevdiyi geyimləri
Dünyada ən çox qazanan aktyor kimdir?
Mikayıl Cabbarov rektorlar barədə
BMT-dən Ermənistana yardım
Polşanın çiçəkli bölgəsi: Zalipie
23 il sonra Lələtəpədə Quran səsi eşidildi
Ayaq bilərzikləri-1
Kral ailəsindən bayram FOTOsu
Danışırsan, doğru danış
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Leyla Əliyevanın qeyri-adi kafesi
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
Hamiləlikdə riskli hallar
Süni agciyər hazırlandı
Hadise gözəlliyi ilə TƏƏCCÜBLƏNDRİDİ-FOTO/VİDEO
Şəhər daxilində postların ləğv edilməsinin məqsədi açıqlandı
"Mən türkəm"
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
Günəşdə növbəti qasırğa
İtlər getdi balıq tutmağa
Hava haqqında - 20.02.2014
ABŞ Marsa astronavt göndərəcək
Tərk edilmiş evdə xəzinə
"Çukur"da surpriz
Vera Bakıda çıxış etdi-FOTO
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Abort qadağasına məşhur modeldən ETİRAZ-FOTO
Rihanna yeni brendini təqdim edib - FOTO
Dünyanın ən varlı adamı 25 illik xanımından BOŞANDI
- ŞƏRHLƏR