Son illər Azərbaycanda ölkə vətəndaşlarının xarici vətəndaşlarla nikaha girmə halları çoxalıb. Xüsusilə azərbaycanlı qadınlar əcnəbi kişilərlə ailə qururlar. Müxtəlif ölkə vətəndaşları ilə ailə quran qadınların əksəriyyəti, təbii ki, xoşbəxt, qayğısız həyat arzusu ilə izdivaca girir.
Təəssüflər olsun ki, bəzi hallarda bu arzuları, necə deyərlər, "gözlərində qalır", xoşbəxtlik ümidi ilə çıxdıqları yolda bədbəxtliklə üzləşirlər. Qısa müddətdən sonra məlum olur ki, nikaha girdikləri bəyin öz ölkəsində və ya başqa bir respublikada ailəsi, hətta övladları var. Nəticədə də problemlər böyüyür və qadın boşanmağa məcbur olur.
Maraqlıdır, qadınlarımız belə xoşagəlməz halların baş verməməsi üçün əvvəlcədən nələrə diqqət etməlidirlər? Hər hansı bir qadın nikaha girəcəyi əcnəbinin ailəli olub-olmadığını necə öyrənə bilər? Bunun üçün hansı qurumlara müraciət etmək lazımdır?
Qadin.Net xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərlə bu suallara cavab tapmağa, qadınlarımız üçün hələ də qaranlıq qalan məqamlara aydınlıq gətirməyə çalışıb.
Vəkil olaraq belə hallarla ara-sıra qarşılaşdığını deyən hüquqşünas Elyar Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının qanunvericiliyi bir şəxsin, eyni zamanda iki şəxslə nikaha daxil olmasını qadağan edir: "Əgər adam evli ola-ola ikinci şəxslə qeyri-qanuni yolla ailə qurubsa, ikinci nikah etibarsız sayılır. Beləliklə, ikinci nikah ləğv edilir".
E.Həsənov qeyd edib ki, əgər başqa ölkənin vətəndaşı Azərbaycana gələrək burada Azərbaycan vətəndaşı ilə nikaha girmək istəyirsə, o, vətəndaşı olduğu ölkədən subay olub-olması haqqında arayış gətirir. Və bundan sonra nikah bağlanılır.
O, problemlərin hansı səbəbdən qaynaqlandığına da aydınlıq gətirib: "Dünyada 300-ə yaxın ölkə mövcuddur, hər ölkənin də bir qanunu var. Ən çox problemlər də buna görə yaranır. Məsələn, ABŞ vətəndaşı gedib başqa ölkədə nikaha girir, amma bu barədə ABŞ-a məlumat vermir. Ona görə də ABŞ sənədlərində subay görünür. Daha sonra gəlir Azərbaycana, buraya da ABŞ-dan subay olması barədə arayış gətirir və evlənir"
Hüquqşünas Azərbaycan vətəndaşının evli olduğu halda, xaricə gedib əcnəbi ilə ailə qurmasından da danışıb: "Hər bir dövlətin öz qanunları var. Təbii ki, evli olan azərbaycanlı subaylıq barədə arayış tələb olunan ölkələrdə yenidən evlənə bilməz. Amma hansı ölkədə ki, qanununda bu nəzərdə tutulmayıb, orada evlənə bilər".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi rəhbəri Mehriban Zeynalova da buna bənzər halla qarşılaşdığını bildirib: "Qadınlara xarici vətəndaş evlilik təklif edəndə çox sevinirlər. Elə bilirlər ki, getsələr, dünya onların olacaq. Heç nəyi araşdırmadan ailə qururlar, sonra problemlər yaranır".
O qeyd edib ki, qadınlar ailə qurmaq istədikləri əcnəbi şəxslər haqqında məlumat almaq üçün səfirliyə sorğu göndərməlidirlər: "Bu zaman onlar kiminlə ailə qurduqlarını anlayacaqlar. Bir qadına Türkiyə vətəndaşı elçi düşmüşdü. Bizim təkidimizlə səfirliyə sorğu göndərdi. Məlum oldu ki, adam cinayətkar olub. Qadın onun evlilik təklifinə rədd cavabı verdi".
Zeynalova onu da əlavə edib ki, əcnəbilərlə nikaha girməkdən əlavə, onlarla qeyri-rəsmi şəkildə ailə quran qadınlarımız da var: "Onlar problemlərlə üzləşirlər. Ona görə də qadınları bu məsələ barədə maarifləndirmək lazımdır. Qadınlar öz hüquqlarını bilməyənə qədər həyatları ilə risk edəcəklər"
XƏBƏR LENTİ
Temperatur yüksəlir - Sabahın HAVAsı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Tuba və Kıvançdan örnək davranış
Əşyaların daha az yer tutması üçün nə etməli?
Dəbli donlar
Göz altı torbaları necə yox edək?
Qadınların seks haqqındakı yanlışları
İlon Mask 6-cı övladına qəribə ad verdi - FOTO
Stiven Hokinq Darvinin məzarı yaxınlığında... - Açıqlandı
Serj müharibəyə mayda başlayır?
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"
Azərbaycan Superliqası: "Bacılar" üz-üzə
Azərbaycanı gözləyən təhlükə ilə bağlı
Popkornlu manqo salatı (foto resept)
Düşmən Tərtərə 20-dən çox top atdı
Dəblə geyinmək sağlamlığa ziyandır
Rahatlığı sevən xanımların seçimi
Kağızdan hazırlanmış həşəratlar
Tütün və spirtli içkilərin qiyməti qalxa bilər
Nazir yaralı hərbçilərimizə baş çəkdi
Hələ bu cür toy dəvətnaməsi olmamışdı-FOTO
Şəkil çəkmək üçün praktik üsullar
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Bəhram Bağırzadə koronavirusa yoluxdu?
İrina Şeyk yeni imicdə-FOTO
Qeyri-sağlam vərdişlər
Ət niyə bahalaşdı? - SƏBƏB
Azərbaycan əsgəri Xankəndinin mərkəzində - VİDEO
Doğru geyim alın
Facebook-da yenilik
Beş yaşlı uşaq ən gənc mütəxəssis oldu
Azərbaycanda gimnastika
Bağdadda dəhşətli partlayış: 60 nəfər həlak olub, 100-dən çox yaralı var
Azərbaycanın daha bir incisi
Xəzər kənarında bu obyektlər hasarlana bilər - SİYAHI
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Cərrahi əməliyyatı mümkün olmayan xərçəngi müalicə edən aparat yaradılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası boş qalan plan yerləri ilə bağlı ilkə imza atdı
Üst geyim modelləri
İranda vəziyyət ağırlaşır- Bütün ölkə "qırmızı bölgə"dir
Azərbaycanda iş sahiblərinə isti hava xəbərdarlığı
Qəfil zəng
Dəbli koftalar
DİM sədri: “Dəqiq tarix demək mümkün deyil”
Diş əti çəkilməsinin səbəbləri
Təhsil Nazirliyindən pedaqoji təhsilli şəxslərlə bağlı QƏRAR
Antik dünya haqqında səhv bilinən faktlar
Rob Evansdan Lexus IS
Ebolaya yoluxanların sayı 20 minə çatır
- ŞƏRHLƏR