Amerikalı 28 yaşlı Zak Rul ayaqlarını itirməyinə səbəb olan nadir sümük xəstəliyinə baxmayaraq, bodibildinqdə və krossfitdə nəticələr əldə edə bilib. O, bütün bunları bəhanə axtarmayan beyni və bu düşüncəsində ona kömək olan anası sayəsində bacardığını deyir.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, həyatı hamı üçün nümunə sayıla biləcək Zak Rul haqqında bəzi məqamları təqdim edir:
Dünyaya sümükləri kövrək halda gələn Zakın həyatını xilas etmək, yaşamasını təmin etmək üçün həkimlər ayaqlarını amputasiya etmək məcburiyyətində olublar. O vaxt Zakın 2 yaşı olub.
Buna baxmayaraq, o, həyatını dolu-dolu yaşayıb, bodibildinqlə, sonra krossfitlə məşğul olub.
Valideynləri Zakı adi, bütöv bir uşaq kimi böyütməyə çalışıblar. İstəyiblər ki, nə onun özünə yazığı gəlsin, nə də ətrafında özünə təsəlli axtarsın. Əlilliyinə fikir verməyən Rul isə aktiv həyat tərzi keçirməyin vacibliyinə inananlardan olub.
Zak müsahibələrində bir çox şeydə anasına borclu olduğunu bildirib:
"Anam mənə heç vaxt "yox" deməyib, hətta mən futbol oynamaq istəyəndə də", - o bildirir.
Uşaq yaşlarından Zakın anası onun fiziki olaraq aktiv qalması üçün hər şey edib.
İdman zalına əlil arabasında yollanan Zakı görən məşqçilər şoka düşüblər, əvvəlcə onunla işləməkdən imtina ediblər, ona görə məsuliyyət götürmək lazım olduğunu bildiriblər.
Məktəbdə məşqçilər tərəfindən həvəsdən salınan Zak deyir: "Onlar oynamağımı istəmirdilər, elə bilirdilər ki, ağrıyacağam".
Məktəb zalının divarında ağır çəki dərəcələri ilə işləyən idmançıların rekord nəticələrindən ibarət cədvəl olub. Zak da qarşısına məqsəd qoyub ki, ən yaxşılardan olacaq və yarışmağı sevən ruhu ilə ardıcıl bir neçə il həmin cədvəldə siyahıya başçılıq edib. 70 kiloda Zak ağır çəki ilə "jim" üzrə milli rekord vurub - 204.57 kiloqram.
Sonralar Zak özünün idman zalını yaradıb. "Mənim idman zalımda "bacarmıram" sözü işlənmir. Buraya gələndə o söz lüğətdən silinir", - deyə Zak şərh edib.
Zak əlillərin nə hisslər keçirdiyini çox yaxşı başa düşür: onlar özlərini hansı sahədə yoxlayacaqlarını bilmirlər, bütün həyatlarının əlil kreslosunda keçəcəyini düşünürlər, "ümid yoxdur" sanırlar.
O isə şagirdlərini bu düşüncə səviyyəsinə gətirib çıxarmaq istəyir: özünüzün özünüzə olan və kənardan sizə olan yazıqlıq hissi əsas düşmənlərinizdir.
Zakın şagirdləri onun müəllim kimi sərt olduğunu bildirirlər, amma həm də məhz bu cür davanışın sağlamlığında problem olan şəxslərə inanılmaz nəticələr əldə etməyə səbəb olduğunu deyirlər.
Bu gün o, digərlərini motivasiya etməklə məşğuldur. Zak məhdud imkanlı şəxsləri də idmana cəlb edir və onları məşq etdirir.
İnsanların onun Texasda yerləşən "CrossFit" zalında pulsuz məşq etmələrinə də şərait yaradılır.
"Instagram"da o, "pitbullruhl" adı ilə tanınır
XƏBƏR LENTİ
Bu dəfə səsi ilə heyran etdi - VİDEO
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Cəbhə xəttində təxribat
Türkiyəli məşhurların bayram paylaşımları
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Rus dili - РњРј
Qız uşaqları üçün geyimlər
Yeni formalar gəlir
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Mobil qurğularda zərər artacaq
Axtarışda olan şəxs dövlət yaratdı
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Günün qoroskopu: kredit götürməyin!
Fahriyeylə Burakın oğlunun ilk FOTOsuna 2 milyon verirlər
İbrətamiz dərslər
HAVA necə olacaq?
Qəhvənin faydaları və zərərləri
"Bizim Tarla" - Kürü məhsulları
TQDK düzgün cavabları açıqladı
Uşaqların sosial-psixoloji inkişafı-18
19 yaşlı gəncin istedadı
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
İspaniya hökumətindən geri addım: Çimərliklər yenidən bağlanır
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Bu gündən məktəblilərin payız tətili başladı
Sandra Ballak itlərə 100 min dollar bağışladı-SƏBƏB
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qüsurlu uşaqlarda psixoloji travmanın qarşısını necə almaq olar?
2014-cü ilin dəbli çimərlik çantaları
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
ŞOK iddia: "Qızıl top"un qalibi artıq seçilib
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Hava haqqında
Avtomobil idxalı azalıb
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
Həzmi çətinləşdirən 4 qida
Ana və qızları
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
Ət piroqu(foto resept)
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Nokia-larda Android olmayacaq
Sağlamlıq məsləhətləri
Ən sürətli internet haradadır?
- ŞƏRHLƏR