Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib.
Qadin.Net bildirir ki, DİM-in mətbuat katibi Xanlar Xanlarzadə trend-ə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə mimimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (birinci, yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır.
Bununla yanaşı, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur.
X.Xanlarzadə qeyd edib ki, yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub.
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin "Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq.
DİM rəsmisi əlavə edib ki, bu il bəzi ixtisaslar - "Riyaziyyat", "Fizika", "Kompüter elmləri", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Geologiya", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılacaqlar. Bəzi ixtisaslar üzrə isə ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaqlar.
X.Xanlarzadə onu da bildirib ki, bu il imtahanın birinci mərhələsində cavabları səhv verilən sualların sayı düzgün cavablarının sayına təsir etməyib. Lakin ikinci mərhələdə yalnız qapalı tipli test tapşırıqlarının səhv cavablarının sayı düzgün cavabların sayına təsir göstərəcək. Açıq tipli tapşırıqların səhv verilmiş cavabları isə düzgün cavabların sayına təsir göstərməyəcək
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...