Bakının baş toksikoloqu yayda açıq havada istirahətə üstünlük verən və "piknik"i sevən valideynlərə övladlarını nəzarətsiz qoymaması ilə bağlı xəbərdarlıq edib.
Qadin.Net bildirir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev trend-ə açıqlamasında bildirib ki, uşaqların kimyəvi zəhərlənməsi təsadüf nəticəsində və valideyn nəzarətsizliyi şəraitində baş verir.
Onun sözlərinə görə, yalnız 2018-ci ildə Azərbaycanda bütün kimyəvi zəhərlənmə hallarının 17 faizi yaşı 14-dək olan uşaqların payına düşüb. Bunların əksəriyyəti təsadüfi zəhərlənmələrdir:
"Yayda insanlar bağlara köçür və açıq şəraitdə kabab bişirirlər. Çox zaman böyük yaşlı insanlar neft məhsullarını nəzarətsiz qoyurlar və bu da uşaqların əlinə keçir. Uşağın bir udum neft içməsi onun sağlamlığı üçün həyatı təhlükə yaradır. Bu, uşaqlarda çox ağır toksiki pnevmaniyaya səbəb olur. Ona görə də uşaq hətta bir udum neft məhsulu içsə belə, onu təcili xəstəxanaya aparmaq lazımdır. Çünki birinci sutkada uşaqda təhlükəli əlamətlər hiss edilmir. Amma 2 və 3-cü günlərdə uşaqda ağır zəhərlənmə halları, pnevmaniya başlayır və xəstəlik inkişaf edir. Bu, hətta ölümlə də nəticələnə bilər. Ona görə də valideynlər bilməlidirlər ki, uşaq bir az belə neft içsə də, onu dərhal xəstəxanaya-toksikologiya şöbəsinə aparmaq lazımdır".
İ.Əfəndiyev qeyd edib ki, bəzən valideynlər uşaqların sırf neft qəbulundan sonra sətəlcəm olmasından şübhələnməyərək, onların soyuqladığını düşünür və onu zəhərlənmədən 2-3 gün sonra toksikoloqa deyil, qeyri-ixtisas həkiminin yanına aparırlar. Bu isə xəstəliyi daha da inkişaf etdirir:
"Valideynlər bilməlidirlər ki, bu halda uşaqda infeksiyon deyil, toksiki pnevmaniya baş verir. Buna görə də uşağı gecikdirmədən lazımi mütəxəssisin yanına aparmaq lazımdır ki, ağırlaşmalar daha da artmasın".
Toksikoloq neft məhsullarından zəhərlənmə hallarının xüsusilə 4-6 yaşlı uşaqlar arasında baş verdiyini söyləyib.
İ.Əfəndiyev qeyd edib ki, 2017-ci ildə 21 uşaq, 2018-ci ildə 20 uşaq neft məhsullarının qəbulundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
O, uşaqların marağını nəzərə alaraq, valideynlərə neft məhsullarını azyaşlıları özünə cəlb edən içki şüşələrində saxlamamasını da tövsiyə edib: "Yandırıcı məhlulları heç zaman belə qabların içində saxlamaq olmaz. Uşaqlar elə bilirlər ki, o qabların içində su, yaxud kompot var, susuz olduqda onu dərhal götürüb içirlər və bu da zəhərlənməyə səbəb olur"
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...
- ŞƏRHLƏR