Avropa kişisi orta hesabla 180 sm boya malik olur. Tipik avropalı qadının boyu təqribən 166 sm-ə bərabərdir.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, alimlər hesab edir ki, son illərdə bu göstəricilər artıb, axı bizim babalarımızn boyu təxminən 170 sm olub.
Gəlin, orta göstəricilərdən kənarlaşaq və qeyri-adi insanlara nəzər salaq. Bizim sizə təqdim edəcəyimiz cüssəli idmançılar öz ölçüləri ilə heyrətə gətirirlər. Div-adamlar bir zərbə ilə öküzü yıxmağa və ya maşını aşırmağa qadirdirlər. Əmin olun ki, siz rinqdə onlardan biri ilə qarşılaşmaq istəməzdiniz.
Andre Rusimov
Məşhur fransalı restler hələ uşaq ikən özündən böyük kişiləri yıxmağı bacarıb. Böyüdükdən sonra isə öz görünüşü ilə rinqdə rəqiblərini qorxudub.
Andrenin boyu düz 224 sm, çəkisi isə 240 kq olub. Bu parametlər idmançıda təsadüfən yaranmayıb, belə ki, bunun səbəbi akromeqaliya xəstəliyi olub. Bu xəstəlik nəticəsində orqanizm həddindən artıq miqdarda boy artımı hormonu ifraz edir.
Ceff Lyuis
Ceff vaxtilə planetin ən güclü pauerlifyeri tituluna sahib olub ki, buna da onun böyük çəkisi imkan verib. Lyuisin oturaq vəziyyətdə qaldıra biləcəyi ştanqın çəkisi insanı heyran edir - 545 kq. İdmançının özünün çəkisi isə 250 kq-dır. Bu isə o deməkdir ki, Ceff öz çəkisindən iki dəfə ağır ştanqı qaldıra bilir.
Emmanuel Yarboro
Emmanuel karyerasının başlanğıcında olduğu zaman 260 kq çəkiyə malik olub. Getdikcə iştaha gələn atletin çəkisi sonradan 370 kq-a çatıb.
Yarboro özünü sumo və qarışıq döyüş növlərində sınayıb, lakin idman karyerası uğursuz alınıb və o, reklam aktyoru kimi məşhurlaşıb. Emmanuel inanılmaz dərəcədə yumşaq xasiyyətə malik olub. O, geniş ürəkli bir yekəpər olub.
O, ömür boyu kökəlməyə səbəb olan xəstəliklə mübarizə aparıb və ABŞ üzrə səyahət edərək özü kimi xəstələrə dəstək verib.
Şakil O'Nil
Fenomenal basketbolçu öz yaşıdlarının məsxərəsinə fikir verməsəydi, bəlkə də, idmanda nailiyyətlər əldə etməyəcəkdi. Gənc Şakil o qədər boy atıb ki, hətta ən hündür yaşıdlarından belə bir baş hündür olub. Məhz o zaman o, özünü basketbolda sınamaq qərarına gəlib.
İlk oyunlar bərbad olub: gənc çox ləng hərəkət edib və güclü tənqidlərə tuş gəlib. Ancaq 216 sm boya malik olan Şakil ruhdan düşməyib və öz üzərində səylə çalışıb.
Haftor Byernsson
"Game of Thrones" serialının fanatları bu adla yaxşı tanışdırlar. Qriqor Kliqa rolunu oynayan islandiyalı dünya rekordlarını qırır və insan övladının imkan hüdudlarını genişləndirir.
Haftor basketbolçu olmaq arzusunda olub, lakin zədələr səbəbindən bu idman növünü tərk etməli olub. İnsana xas olmayan gücü özündə hiss edən Byernsson pauerliftinqlə məşğul olmağa başlayıb və bunda yanılmayıb.
Dalip Sinqx Rana
Kiçikboylu hindlilərin yanında Dalip əsl Qulliver təsiri bağışlayır. Öz ölçülərinə görə doğma vətənində idmançıya Böyük Kali adını veriblər. Rananın boyu 221 sm, çəkisi isə 157 kq-dır.
Əlbəttə ki, Dalip Sinqx Bollivud filmlərində də çəkilib və bir qoşun "pis oğlan"la mübarizə apardıqdan sonra mahnı söyləyib və fillərlə rəqs edib.
Kiməsə inanılmaz bir güc dünyaya gəldiyi zaman verilir, kimsə gecə və gündüz idman zalında tər tökərək planetin ən güclü insanı adına layiq görülməyə nail olur.
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?