Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür.
Qadin.Net-in məlumatına görə, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib.
2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilib.2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir. Rus, ingilis, fransız və türk dillərini bilir.Ailəlidir. Üç övladı, dörd nəvəsi var.
Qeyd edək ki, Prezidenti doğum günü münasibətilə bir sıra dünya liderləri, beynəlxalq təşkilatın rəhbərləri, nümayəndələri təbrik edib. Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Çin sədri Si Cinpin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon, MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev, Ukrayna prezidenti Petro Poroşenko İlham Əliyevə təbriklərini çatdırıblar.
XƏBƏR LENTİ
Hamı onları əkiz zənn edir, əslində isə..- FOTO
"Bakıya zəlzələ təhlükəsi..."
Məşhur aparıcı ana olacaq-FOTO
Banklar ipoteka kreditlərindən imtina edəcək
Hava haqqında
Bu oğurluğun dəyəri ölçülə bilmir
Hava haqqında
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
İnstaqramdakı adını belinə döydürdü - FOTO
Problemli kreditlərdən çıxış yolu
Ölkəmizdə uşaqlara münasibət nə yerdədir?
Sevgi adası
Çoxobrazlı Aygün Kazımova stili
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Olduğu kimi qəbul et!
Məqamında çəkilmiş şəkillər
Tərəvəzli pizza (foto resept)
Azərbaycanda 2 kq-lıq qeyri-adi meyvə yetişdirildi-FOTO
Lazımsız kəşf
Texnologiyanın səbəb olduğu dəri problemləri
Soğan salatı (foto resept)
İnsanlar daha qocalmayacaqlar?
Nüsret Kann film festivalında-FOTO
Ertələmək problemi ilə üzləşənlər üçün məsləhətlər
Azərbaycanda ödəniş kartlarını qorumağın yolları
Ulduz futbolçu Fransanı təhqir etdi
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO
Bakı metrosunda gediş pulsuz olacaq
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Region qeydiyyatında olanlar Bakıya qayıda biləcəkmi?
Uşağın makrozomik olaraq doğulması
Qadın olmaq heç də asan deyil...
SPA rahatlığı
Özünüzü tanıyırsınızmı?
Kişi müəllimlərin sayı niyə azdır?
Sağlam münasibət üçün tövsiyələr
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Linza taxıb kompüterdə işləmək korluğa gətirib çıxarır
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Boyama - 2
Hindistan qozlu tart (foto resept)
Samsung böhtanın cəzasını istəyir
Hava haqqında
Paytaxt salatı (foto resept)
Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
Arpacık nədir?
Millət vəkilləri avtoxuliqanlara qarşı
İmmunitet sistemində zəiflik olduğunu göstərən hallar
Harrison Fordun cəzası məlum oldu
Zoe Kravitzin gözəllik sirləri
- ŞƏRHLƏR