Hər kəs toy gününü müxtəlif formada qeyd etməyə çalışır. Bəzi insanlar da var ki, toydan sonra şadlıq sarayında atəşfəşanlıq etməklə, həmin günü tarixin yaddaşına məhz belə həkk istəyir. Amma bundan narahat olanlar da var.
Qadin.Net xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Bəzi şadlıq saraylarında toydan sonra atəşfəşanlıq edilir. Üstəlik, bu əksər vaxt gecə saat 12:00-dan sonra baş verdiyindən insanların istirahəti pozulur.
Sakin: "Çox pis şeydir. Camaatı narahat edir. Bunları cəzalandırmaq lazımdır. Uşaqlar yatır ona görə, narahat etmək olmaz axı. Özü də 12-dən sonra".
Rəşad Əsgərov - Sosioloq: "Axşam saatlarında və yaxud da gecə 12-dən sonra restoranlarda fişəng atəşfəşanlığı müəyyən səsgücləndirici vasitələrdən istifadə edərək, partlayıcı maddələrin partlaması və s. bu insanların narahatlığına səbəb olur".
Bu cür atəşfəşanlıq, səs-küy qanunla qadağan edilsə də, demək olar ki, hər gün təkrarlanır.
Samir Qasimov - Vəkil: "Cəmiyətdə birgə yaşayış qaydaları mövcuddur. Və bu qanunla tənzimlənir. Hamı o qaydalara əməl etməlidir. Həmin qaydalardan biri də normadan artıq səs-küyün olmaması qaydasıdır. Xüsusən gecə saatlarında, yəni gecə saatları gecə 12-dən tezdən saat 7-yə qədər hesab olunur. Həmin müddətdə səs-küyün edilməsi qadağan olunur".
Şadlıq saraylarından isə bildirilir ki, toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlığı restoran ərazisindən kənarda edirlər.
Rüfət Əliyev - Şadlıq Sarayının İnzibatçısı: "Müştərilər istəyir ki, toydan sonra atəşfəşanlıq olsun. Ancaq toy qurtarandan sonra gec olur və sakinləri narahat edir. Yəni ona görə biz onu etmirik".
Hüquqşünaslar bu halın inzibati xətalar məcəlləsinin 521-ci maddəsi ilə tənzimləndiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirirlər.
Samir Qasimov - Vəkil: "Gecə saatlarında saat 12-dən tezdən saat 7-yə qədər səs-küy salmağa görə, fiziki şəxslər 150 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimə oluna bilər".
Qanunla qadağan edildiyi halda, bu vəziyyət demək olar ki, hər gün təkrarlanırsa, deməli, müvafiq qurumlar nəzarəti gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir.
XƏBƏR LENTİ
Boşanma müddətini asan keçirmək üçün 3 tövsiyə
Dizlərdə menisk yırtığı
Kahı maskası
Bu şirniyyatları uşaqlara vermək olar
Şaftalı limonadı (foto resept)
Nurgül Yeşilçay hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
"Arka sokaklar"ın Mesutu yenidən ata olacaq
Ingilis Dili-XI Dərs
Yeni saç modelləri
Noxud salatı (foto resept)
Rayan Reynolds 300 kimsəsiz uşağı qış geyimi ilə təmin etdi
İsraildə səfərbərlik elan olundu
Uğursuz turist - Hansı şəhərə getdisə, terror oldu - FOTO
Dünyada koronavirusa yoluxanların sayı 600 mini ötdü
Bu tarixdə toy etməyin
Azərbaycanda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir
Bu kreditlərdən canımız nə vaxt qurtaracaq?
Bilik var adamı kor edər, bilik də var...
Lopez Ledi Qaqanı ağlatdı - FOTO
Yayın ən zəngin mügənnisi Sibel Can olacaq!
Google 5G şirkətini aldı
"Barselona"dan növbəti transfer
Acı bibərlı pomidor sousu (foto resept)
Gözəl ev dizaynları
İrem Derici İLK DƏFƏ-FOTO
Dünyanın ən yaxşı çimərlikləri
Prezidentlərin görüşü gözlənilir
Məşhurların istifadə etdiyi topuz modelləri
Ölkədə şəkər xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb
Hava haqqında
Ərdoğandan istefa açıqlaması
Azərbaycanda bu kənddə hər kəs velosiped sürür
Börək (foto-resept)
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Sobada blinçik (foto resept)
Qurban bayramında qeyri-iş günlərinin sayı açıqlandı
WhatsApp'tan tarixi rekord
Ohanyan: "Azərbaycan ordusunu diqqətlə izləyirik"
Snayderin boşanma SƏBƏBİ məlum oldu
Valideynlərə təcili kömək -7
Microsoft və Facebook boşluq tapana...
Xaçmazda külək ağacları kökündən qopardı, kəndlər işıqsız qaldı
Üzgüçülüyün bədənimiz üçün faydaları
Üçəmlərə Rəcəb, Tayyib və Ərdoğan adını verdilər
Acuna şok mesaj - FOTO
Xətdə qalan sevgili (ARAŞDIRMA)
Bəy gəlin evinə ağzında əmzik, iməkləyərək getdi
Yarpaqlardakı rəsmlər
Dünyanın ilk uçan maşını satışa çıxarıldı - VİDEO