Günəş eynəklərinin gözü günəş şüasından qorumağa xidmət etdiyi kiçikdən böyüyə hər kəsə məlumdur. Bir qrup avstriyalı startapçı tərəfindən hazırlanmış xüsusi eynəklərin funksiyası isə əskinə - insan gözünə günəş şüaları salmaq üçündür.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Pocket Sky" adlandırılan yeni eynəklər insan gözünə mavi şüalar saçır. Gün ərzində maksimal 20 dəqiqə istifadə edilməsi nəzərdə tutulan bu eynək yuxu pozğunluğu, günəşsiz qış günlərində depressiya (qış depressiyası), uzaq səfərlər zamanı saat qurşağını dəyişmə nəticəsində gecə-gündüz ritminin pozulması ("jetlag") və digər problemlərin aradan qaldırılması üçün nəzərdə tutulur.
Üç avstriyalı tərəfindən yaradılan startap ilk növbədə insanın "daxili saatı"nı nizamlamaq və günəş şüalarının imitasiyası ilə gündəlik ritmi tarazlamaq məqsədi daşıyır. LED panellərin saçdığı mavi işıq insan orqanizmində gecə-gündüz ritmini tarazlayan hormonların ifrazı üçün fotobioloji effektə təkan verə bilir. Müəlliflərin fikrincə, günün birinci yarısında bu eynəkdən istifadə ilə müvafiq nəticələri əldə etmək mümkündür.
Hazırda terapiya məqsədilə mavi işıq pasiyentlərə təqdim olunsa da, bu proses xüsusi müalicəxanalarda və böyük aparatların köməyilə həyata keçirilir. Startapçılar mavi işıq saçan LED eynəklər sayəsində bu imkanı geniş istifadəçi kütləsinə təqdim etmək niyyətindədirlər. Ayrıca LED və batareyalar vasitəsilə mavi işığı istənilən eynəyə yerləşdirmək də mümkün olacaqdır.
XƏBƏR LENTİ
Bakıda əfsanəvi sənətçiyə heykəl ucaldıldı
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün yeni təlimat hazırlanıb
Onlar xərçəngdən qoruyur
Bu ölkədə 10 milyon insan koronavirusa yoluxub - Səhiyyə nazirindən ŞOK AÇIQLAMA
Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO
Burak Özçivitin bacısı gözəlliyi ilə diqqət çəkdi-FOTO
"Qızıl Qlobus - 2019" namizədlərinin adları açıqlandı
Ulduzlar "Jara-2018"in qırmızı xalısında-FOTO
Özünüzə dəyər verin
2017-nin bahar dəbi
Rusiyada pandemiyanın başlanğıcından bəri koronavirusa rekord yoluxma
Pensiyalarla bağlı yenilik
2019-cu ilin TƏTİL GÜNLƏRİ
Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - VİDEO
Milli komandanın futbolçusundan dopinq çıxdı
Hazal Kaya onları toyuna dəvət etməyib
Almalı mütəkkə (foto resept)
Ziyafət donları
"Yuxu xəstəliyi" müəmması davam edir
Səfirlik: ""Versace"nin Dağlıq Qarabağda öz istehsalatının açılmasına dair planları yoxdur və olmayıb"
Övladım əzizdir, tərbiyəsi ondan da əziz
Bolqar xıçınisi (foto-resept)
Qəribə adətləri olan qəbilələr
Pişiklərə bu qidaları vermək olmaz
Aparatlar manatı niyə bəyənmir?
Vitgenşteyn fəlsəfəsi
"Qara qutu"ların faciəli etirafları
Doğuşdan sonra bunlara əməl edin!
5G şəbəkəsi gəlir
Göbələk salatı( foto resept)
Gülben Ergen xəstəxanalıq oldu - FOTO
Qış üçün papaqlar
"İçerde"nin aktrisası Avstriyada toy edəcək - FOTO
Çaylarımızda su aşıb-daşdı
Qorxulu xəstəliyin müalicəsi tapılıb?
Sabahın hava proqnozu
Qırışlara qarşı 4 təbii yağ
Ən hündür küknar ağacı quruldu-FOTO
Emrah karyerasını bitirməyə çalışır
Ermənilər necə silahlandırılır?
Küçələri rəngləndirən 13 rəsm
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (4-6 ay)
Koronavirusun yeni simptomu məlum çıxdı
Bu ölkədə "havayı" yükləmə yasaqlandı
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Neftdə kəskin bahalaşma
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Xəstəliklərin təbii üsulla müalicəsi
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
İŞİD-in azad etdiklərindən şok etiraflar