Suriyalı dərzi Məhəmməd Mahir Qədri dünyada ilk dəfə Müqəddəs Qurani-Kərimin tam mətnini güləbətinlə işləyib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, "Ginnesin Rekordlar Kitabı"na daxil edilən bu iş hazırda beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Məhəmməd Qədri qara rəngli məxmər üzərində qızılı saplarla işlədiyi 12 cildi hazırlamaq üçün 12 il vaxt sərf edib. Hər bir cildin uzunluğu 60 santimetrdir. 426 səhifədən ibarət kitabların ümumi çəkisi 200 kiloqramdır. Tikmənin özünə 8 il, qüsurların aradan qaldırılmasına 2 il vaxt sərf olunub, sonra bu iş iki il ərzində islam alimləri tərəfindən yoxlanılıb. Mütəxəssislər kitabı 6,5 milyon dollar məbləğində qiymətləndiriblər.
Yaşı 50-ni yenicə keçmiş M.Qədri Suriyanın Hələb şəhərində anadan olub. O, vətəndaş müharibəsi başlayan kimi Türkiyəyə mühacirət edib. M.Qədri hazırda Bursada yaşayır. O, dörd övlad atasıdır.
Uşaqlıqdan İslam incəsənəti istiqamətlərindən birində gözəl əsər yaratmaq arzusunda olub. Əvvəllər xəttatlıq və rəssamlığa maraq göstərib, lakin dərzi peşəsini öyrənib. Quran mətninin tikmə üsulu ilə hazırlanması üzərində işə hələ vətəndaş müharibəsindən əvvəl - 2000-ci ildə Suriyada başlayıb. Əvvəlcə sadəcə hədislərdən sözləri işləməyə çalışıb, sonralar ağlına daha cəsarətli ideya gəlib və Quranın mətnini güləbətinlə işləməyə başlayıb. Qədri etiraf edir ki, bu işdə onu daim dəstəkləyən yeganə insan xanımı olub.
Məhəmməd deyib: "İnsanlar dəli olduğumu düşündükləri, təşəbbüsümü qəribə saydıqları bir vaxtda xanımım mənə böyük dəstək göstərdi. İstərdim ki, Quranı mümkün qədər çox insan görsün. Bəlkə bundan sonra İslamı qəbul edərlər. Mən ərəb xəttatlığı sənətinin qorunub saxlanılmasına öz töhfəmi vermək istərdim".
Qədrinin başqa işləri də var. O hesab edir ki, Allah-Təala özü onu bu iş üçün seçib. Allahı razı salmaq üçün işlədiyinə görə parça və saplara nə qədər pul xərclədiyi barədə heç vaxt düşünməyib. Onun fikrincə, Allah yolunda xeyirxah iş görərkən öz mənfəətini güdmək olmaz.
Məhəmməd Qədrinin güləbətinlə işlədiyi Quran Türkiyənin Başakşehir şəhərində saxlanılır.
Lakin bu iş sənətkarın yeganə işi deyildir. O, "Loğman irsi", "İmam Əli" və imam Ən-Nəvavinin "40 hədis" kitablarını da güləbətinlə işləyib. Onun işləri tez-tez islam sərgilərində nümayiş etdirilir.
XƏBƏR LENTİ
Meşədə yaşayan amerikalı ziyalılar
Bu il aşura günündə qan veriləcək ünvanlar açıqlandı- VİDEO
Məşhur cütlük YENİDƏN eyni səhnəni bölüşəcək
"Kara sevda"nın "Asu"su ondan ayrıldı - FOTO
Yunanıstanın baş nazirini Bakıya gətirən təyyarədə problem yaşandı
Daha 30 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Kökəldən qidalar
Sabah yağış yağacaq, şimşək çaxacaq
Bəşər Əsəd Suriyada kimyəvi silahın tətbiq edilməsində öz iştirakını inkar edir
Qadağan olunmuş şəhər
Günün qoroskopu: çətin işin qeyri-standart həllinə başlamaq olar
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA
1 milyon dollarlıq əsərə 100 avro
Çiyələk və albalının faydaları
Vahiməli yolların apardığı "keçmiş"
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Tətildə dəriyə qulluq necə olmalıdır?
Salfetdən dovşan hazırlayaq
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Uşağınızı ayrılığa öyrəşdirin
Cennifer Lopez hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
2-3 yaşlı körpəsi olan analara
Evanın makiyajsız halı diqqət çəkdi-FOTO
Yayın dəbi
Evdəki pis qoxuların qarşısını alan üsullar
Yeməkdən sonra 7 təhlükəli vərdiş
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Sağlam bir dəri üçün lazım olan 5 üsul
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
Revmatizm
Göyərtilərin faydalı xüsusiyyətləri
Bunları bilirsinizmi?
Bordalonun 3D rəsmləri
Xaçmazda bir gün qaz olmayacaq
Dənizlinin “Xəzər Lənkəran”dakı yeni qaydaları
Bürcünün həyat fəlsəfəsindən xəbərdar ol
AFFA daha bir türk futbolçunu milliləşdirdi
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Füzulidə son vəziyyət
Adıyla məşhur serial bitir
HAVA necə olacaq?-7 Mart
Dilqəm yenə sınmadı
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü
Ana namizədlərinin duyğularının körpəyə təsiri
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Toyları ikinci dəfə təxirə düşdü-SƏBƏB
Əmək pensiyaları ilə bağlı şərtlər dəyişdiriləcək
- ŞƏRHLƏR