Qadin.Net xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən başlayıb: "Artıq ölkənin 9 rayonunda istilik sistemindən istifadəyə başlanılıb. Həmin ərazilər dağlıq və dağətəyi rayonlar olduğundan, burada qış rejiminə noyabrın 1-dən keçilib. Digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılacaq. Mövsüm ərzində "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur".
R.Əliyev bildirib ki, bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub: "Qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib".
Qurum rəsmisi bildirib ki, tədbirlər planına əsasən 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 564 odluq təmir olunub: "Həmçinin 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib, 1100 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1210 kvadratmetr izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 20 710 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 9750 ədədi əsaslı təmir olunub, 705 ədədi isə yenisi ilə əvəz olunub. Magistral və məhəllədaxili istilik xətlərində 14 870 kv.m istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 12500 kv.m dam örtüyü təmir edilib. Bundan başqa, 595 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib".
O əlavə edib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb: "Belə ki, 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 675 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb.
Bundan başqa, 1880 ədəd qoruyucu klapan və 2280 ədəd əks klapan, 465 ədəd ehtiyat su çəni təftiş və təmir olunub, 3080 ədəd çirktutan təmizlənib və 1154 ədəd qaz təsərrüfatı təftiş olunaraq 104 km qaz xətti yoxlanılıb".
R.Əliyev deyib ki, hazırda payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər davam etdirilir: "Məsələn, bu il Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yeni qazanxana istifadəyə veriləcək. Həmin qazanxana vasitəsilə 24 yaşayış binası və 2 uşaq bağçası istilik sistemi ilə təmin olunacaq. Qazanxana noyabrın 15-də istifadəyə veriləcək.
Eyni zamanda bildiririk ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dayaqlar yenisi ilə əvəz olunmalıdır".
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı