Qoç - Güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın.
Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və yazışmalarda tələskənliyə yol verməyin.
Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər verdiyiniz münasibətlərə zərbə vura bilər.
Buğa - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza mənfi təsir edəcək.
Əkizlər - Çevik, qıvraq, mütəhərrik olun. Cari işlərin öhdəsindən nəzərdə tutduğunuz vaxtdan da tez gələ bilərsiniz. Vədlərinizi yerinə yetirin. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında həmkarların yardımlarına bel bağlaya bilərsiniz. Bəlli məsələ ilə bağlı işdə rəhbərlik sizin dediklərinizi nəzərə alacaq. Yaradıcı insanlar üçün yaxşı zamandır.
Axşam saatlarında məişət işlərinin yerinə yetirilməsində "üzüyola" olsanız, qohumlar və ailə üzvlərinizlə münasibətləriniz daha da yaxşılaşar.
Xərçəng - Qapalı olmayın, ünsiyyətdən yararlanın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın. Qarşı tərəfin dediklərinə qulaq asın, eşitdiklərinizi qulaqardına vurmayın. Özünüzdən bədgüman olmayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. İşdə rəhbərliklə danışası olsanız, vəzifənizin artırılması, maaşın məbləğinin yüksəlməsi ilə bağlı çoxdan demək istədiklərinizi söyləyin.
Şəxsi münasibətlərdə nəzakətli olun.
Şir - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantik şəraitdə görüşü reallaşdıra bilərsiniz.
Qız - Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.
İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın.
Tərəzi - Günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.
Əqrəb - Səhər saatlarından etibarən çox danışmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanların bəziləri sizi anlamır və ya anlamaq istəmirlər. İnternet təmaslarında diqqətli olun. Tam oxumadığınız və mahiyyətinə bələd olmadığınız sənədi imzalamayın.
Günün ikinci yarısı hüquqi mübahisələrin yoluna qoyulması, niyyətlərin və məramların müzakirəsi üçün əlverişlidir. Qarşı tərəflə danışıqlar apararaq ortaq məxrəcə gəlmək olar.
Bəzi problemləri axşam saatlarında qeyri-rəsmi şəkildə həll etmək mümkündür.
Oxatan - Enerjili olun. Çətinlikləri dəf etmək üçün kənardan yardım gözləməyin. Planlarınızı təhlil edin. Əsas məsələlər ikinci dərəcəli məqamların kölgəsində qalmamalıdır. Qaydalar, normalar və qanunlar çərçivəsindən kənara çıxmayın.
Günün ikinci yarısında əldə etmək istədiyiniz nəticələri müəyyənləşdirin. Fərdi fəaliyyət qrafikini tərtib edin.
Axşam saatlarında ailə üzvlərindən birinin problemini həll etmək gərəkdir. Qəfil qərarlar effektiv olmayacaq.
Oğlaq - Mümkün qədər sürətli olun. Qətiyyətlə davranın. Problemlərin həllində iradənizi nümayiş etdirin. Qüvvənizi, potensialınızı gərəkli işlərə sərf edin.
Bilik və bacarıqlarınızdan bəhrələnmək üçün əlverişli zamandır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz planları reallaşdırmaq üçün günün ikinci yarısı əlverişli zamandır. Əvvəllər yalnız arzuladığınız məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.
Emosional davranış, hisslər, aqressivliyiniz yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlaya bilər. Dostlar və ya qohumlara güzəştə getmək gərəkdir.
Dolça - Səhər saatlarından etibarən tələskənlik etməyin. Bəzi məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha əfzəldir. Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin reallaşdırılmasına başlamayın.
Günün ikinci yarısında hadisələrin inkişaf məcrasını təxminləyin. Əks halda ciddi yanlışlığa yol verəcəksiniz. Səhv indiyədək əldə etdiyiniz uğurlarla nəticələrin üstündən xətt çəkə bilər.
Yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin.
Axşam saatları etiraflar zamanı deyil.
Balıqlar - Emosiyalarınıza əsir düşərək, hisslərinizə uyaraq düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət varsa, tempi bir qədər aşağı salın. Günün ikinci yarısında şəriklər və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz hadisələrə hazır olun. Situasiyanın ani dəyişikliklərindən faydalanın. Axşam saatlarında gəzintiyə çıxın, stressdən qurtulmağa çalışın.
XƏBƏR LENTİ
8 minə yaxın şəxsin pensiyası artırılıb
Bu il "qovrulacağıq"
Ən kasıb ölkələr açıqlandı
Ziyafət geyimləri
Alimlərdən QORXUNC XƏBƏR
Quzu budu (foto resept)
Qozlu, cemli peçenye (foto-resept)
Ailə fotosu qadını 38 kiloqram arıqlamağa sövq etdi
Hər qadının bilməsi vacib olan 20 məsləhət
Efirdə Ərdoğanın falına baxdı - Ağlasığmaz proqnozlar verdi (VİDEO)
Vatikan ayağa qalxdı-SİRRlər aşkar olur
Real olmayan gözəllər
"Spartak" tortu (foto resept)
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Yumşaq və rahat divan dəstləri
Naxçıvanda qaya qopdu: görün nə tapıldı
Cəbhə xəttində olan Zakir Həsənov tapşırıqlar verdi
TƏBİB: “Qoruyucu maskalar həyat tərzimizə çevrilməlidir” - VİDEO
12 yaşlı oğlan tələbə oldu-FOTO
Ekler peçenyesi
2018 Yaz gəlinlik kolleksiyası
Qəzzada atəşkəs pozuldu
Koronavirus pandemiyasının yeni fəsadları üzə çıxdı
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Karantin şəraitində toy - VİDEO
Günün qoroskopu: fəaliyyətinizi daha sərbəst, azad edin
HAVA necə olacaq?- 22 APREL
Parlamentə ilk dəfə qadın sədr seçildi
Günün qoroskopu: stabillikdən həzz alın
Çəkdiyi Selfie ilə həbsdən xilas oldu-FOTO
Bergüzarla Halitdən 3,5 milyonluq reklam
Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Milyon dollarlıq oyuncaqlar-FOTO
Bədəndən öncə ruha toxun
İşdən qovulmaq istəmirsiz? Onda oxuyun
Əli Həsənov ipotekadan danışdı
Əsl yeni il lətifələri
Azərbaycanlılar ermənilərlə sülh bağladılar
Gəlin buketləri
Soğan kababı (foto resept)
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Ordumuz düşməni öz silahı ilə vuracaq
Qocalmağa səbəb olan qidalar
10 ən bahalı əntiq avtomobil
"İrşad Telekom"un kampaniyası qanunsuz sayıldı
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO