Deyirlər ki, qadının 3 cür yaşı olur. Biri həqiqi yaşı, biri görünən yaşı, digəri isə özünə verdiyi yaşı. İllərə meydan oxuyan Ajda Pekkana nə özü, nə də pərəstişkarları həqiqi yaşı verə bilər. Türkiyəli ulduz 72 yaşı olmasına baxmayaraq, bu yaxınlarda çimərlik geyimin şəkillərini paylaşaraq gənc və qüsursuz bədəni ilə hər kəsi bir daha təəccübləndirməyi bacardı.
Qadin.Net publika-ya istinadən xəbər verir ki, bu yazıda oxucuları sənətçinin gözəllik sirləri ilə tanış edir:
Görüntüsü, enerjisiylə gənc qızları kölgədə qoyan ulduz gənclik sirrini düzgün qidalanmasına borcludur. Buna "Süper star" və ya Ajda Pekkan pəhrizi deyilir? Sağlamlığını və gözəlliyini qorumaq üçün qidalanmasına maksimum diqqət göstərən məşhurun pəhrizini Ender Saraç hazırlayıb. Məşhur dietoloq uzun illərdir ki, ulduzun qidalanma rejimini diqqətdə saxlayır.
"Süperstar pəhrizi" adı verilən bəslənmə proqramına bol miqdarda yağsız ağ zülal (ət), mineral su və yaşıl çay daxildir. Həmçinin Pekkanın şəfalı bitkilərdən hazırlanan təbii həblər istifadə etdiyini və sintetik heç bir şeyi həyatına daxil etmədiyini vurğulayıb.
Ender Saraçın sözlərinə görə, Ajda Pekkanın qidalanma proqramı digər pəhrizlərdən kəskin fərqlənir:
"Sadəcə iki qoz və bir almadan ibarət deyil, bütöv bir sistemdir. Bu, bir paket proqramdır. Məşqlər, masajlar, bitkilərdən hazırlanan təbii həblər, zərdablar, vitaminlər, bitki və ədviyyat çayları pəhrizə daxil edilir. Tamamilə təbiidir. Sintetik və kimyəvi heç nə istifadə etmir.
Fikir versəniz, görərsiniz ki, son 2 ildə Ajdanın bədən quruluşu və təbii gözəlliyi ön plana çıxıb. Əslində çox arıqlamayıb. Amma bədənini formaya salıb, daha çox yağ yandırıb keyfiyyətli, toxumaları qoruyub və sayını artırıb. Xüsusilə qarın və bel ətrafındakı yağları azaldıb.
Proqramın əsas özəlliyi bədən yaşını gəncləşdirməkdir. Son konsertlərində müzakirə edilən ideal ayaqları da bu sistemin əsəridir. Ayaqlarında heç bir cərrahi və ya kimyəvi müdaxilə yoxdur. Bu görüntü doğru, təbii və düzgün qidalanmanın nəticəsidir".
Şokolad yeyir
Ajda Pekkan qidalanması haqqında bunları deyib: "Əslində şirniyyatı çox sevirəm. Şirniyyat istədikdə tünd şokolad yeyirəm. Hər səhər bir stəkan süd, yulaf əzməsi, darçın və bal yeyirəm. Səhərlər yaşıl çay içirəm. Bir də ilıq suya yarım xörək qaşığı doşab və limon sıxaraq hazırladığım qarışığı içirəm".
Səhər yeməyi çox mühümdür
"Post"a qəzetində verdiyi müsahibədə Ajda Pekkan səhər yeməyi ilə bağlı sirlərini açıqlayıb. Səhər adətən 11-də oyanan ulduzun yeməyi məcməyi içində yatağına gəlir. Bu məcməyidə kiçik pendir növləri, pomidor, cəfəri, yaşıl bibər, orqanik bal, mürəbbə və müxtəlif taxıl çörəyi növləri olur. Bəzən bunlara yarım smit də əlavə oluna bilir. İdman edəcəyi gün mədəni boş saxlamaq və rahat hərəkət etmək üçün müsli yeyir. İdmandan sonra yumurta ağı ilə bişirilən cəfəri qayğanağına üstünlük verir.
Gənclik illərində etdirdiyi saysız-hesabsız estetik əməliyyatlarla məşhurlaşan müğənni məsələyə belə münasibət bildirib:
"Şöhrətin zirvəsində olduğun zaman insanlar sənin başqa üsullarla gözəlləşdiyini, yemək yemədən yaşadığını, gündə üç saat idman etdiyini, bəzi kosmetik və estetik müdaxilələrlə gözəl qaldığını güman edirlər. Təbii kosmetik müdaxilələr aparılır, çünki insan illərlə bu işdə olanda viran olur. 17 yaşımdan bəri çalışıram, amma bütün bunları yalnız estetiklə damğalamaq səhvdir.
Məşhursansa haqqında çoxlu əfsanələr dolaşacaq. Məsələn, deyirlər ki, gündə dörd saat idman edirəm. Əgər hər gün o qədər idman etsəydim, yaşamazdım. Döşlərdə estetik əməliyyat var, ayaqlarda əlbəttə ki, yoxdur. Mən də insanam, mənim də sellülitlərim var".
Bişmiş yemək qoxusuna dözə bilmir, çiy qidalanır
Ajda Pekkanın son zamanlarda dəbə minən "raw food" yəni çiy qidalanmaya üstünlük verir. Yeri gəlmişkən, o, bişən yemək qoxusuna nifrət edir. Soğan qızartmasının qoxusuna qarşı fobiyası var. İddialara görə, ulduzun evdə çalışan işçiləri bir gün lahmacun sifariş verib, soğanın qoxusundan narahat olan Ajda Pekkan əsəbiləşərək gecəni hoteldə keçirməli olub.
Ajda Pekkan milli türk yeməklərini sevməsinə baxmayaraq, onlardan uzaq durmağa çalışır və çiy qidalanır. Pekkanın menyusunda göyərtilər də böyük yer tutur.
Ölümsüzlik iksiri
Deyilənlərə görə, Ajdanın gənc görünməsinin digər sirri Tailandda kəşf etdiyi iksirdir. Vikinq Mağarasının yaxınlığında, okean suyu və bir çox fərqli bitkilərlə hazırlanan bu xüsusi içki xalq arasında ölümsüzlük iksiri kimi tanınır.
Bir litri 500 min dollar olan iksir 50 mml şüşələrdə satılır. Ajda Pekkan şüşəsi 25 min dollarlıq bu xüsusi içkini ildə orta hesabla 2 dəfə istifadə edir. Ölümsüzlük iksiri adlandırılan içkinin bütün hüceyrələri təzələdiri və insana enerji verdiyi iddia edilir. Tailandda satılan bu içkidən dünya şöhrətli bir çox siyasətçi, idmançı, aktyor və müğənnilərin də içdiyi bildirilir.
XƏBƏR LENTİ
Sərnişinlərə şad xəbər
Yaşı 25-dən yuxarı olan xanımların problemləri
Prezident İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbə verdi
Dolmabalıq (foto resept)
Boyası qaçmış saç diblərini necə gizləməli?
Şokolad xülyası (foto resept)
Bakı 4-cü yerdədir
Günəş vannaları dəri xəstəlikləri yarada bilər
30 gün ərzində necə gözəlləşmək olar?
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Müslüm Maqomayev haqqında serial
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində "Klassik avtomobil sərgisi"nin açılış mərasimində
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
2019-un trend saç rəngləri
"Braziliyaya dünya çempionu olmaq üçün gəlmişik"
Qızlar üçün: "Onu evlənməyə necə razı salaq?"
"Xanım kaprizi" tortu (foto resept)
Təhsil Nazirliyindən “Bayraq yürüşü”
Günün qoroskopu: Qətiyyətli, əzmli olun
Müasir gəlinlər üçün fərqli nişan üzükləri
Dəri pencək alarkən bunlara diqqət edin!
85 yaşlı kişi əkiz atası oldu
HAVA necə olacaq?
Pilates haqqında doğru bildiyimiz yanlışlar
Enerjili qadınların sirri nədir?
Fərqli çarpayı modelləri
Mütləq izləməli olduğunuz moda filmləri
Sürücülər üçün məsləhət: maşını qışa hazırlayırıq
"WhatsApp"da YENİLİK!
Aleyna Tilkinin sevgilisi açıqlama verdi-FOTO
Çox dəyərli araşdırmalar
Gənc qızlar üçün gündəlik geyimlər
Sentyabr ayının qalibləri!
İmmuniteti gücləndirmək üçün bu salatı yeyin.
Ayrılıq xəbəri yalan çıxdı
Bu avtobusun hərəkət sxemi dəyişdirildi
43 dinozavr yumurtası tapıldı
HAVA necə olacaq?
Bu dəfə üzsüz adamı bağrına basdı
YouTube-dan SÜRPRİZ!
Beyni necə sakitləşdirmək olar?
"Türkiyənin Jennifer Lopezi" -dən FOTOsessiya
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Məşhur müğənninin cəsədi tapıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 161 yeni yoluxma
İsti havaların hamilə qadınlara təsiri
Qara noqtələrə son
- ŞƏRHLƏR