Qadin.Net xəbər verir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.
Onun sözlərinə görə, hazırda Türkiyənin "Marmara trade" şikəti ilə Azərbaycanda sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır:
"Hazırda yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Həmin zəhərin bir hissəsi onlar tərəfindən beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra danışıqların ikinci mərhələsinə başlanılacaq".
E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb.
Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, "Marmara trade" şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir.
E.Yusifov hazırda dünya bazarında 1 qram ilan zəhərinin qiymətinin 100 dollardan 500 dollara qədər dəyişdiyini söyləyib:
"Nəzərə almaq lazımdır ki, Azərbaycandakı zəhər yeni istehsal deyil. Sovet dövründən qalan zəhər optimal şəraitdə, vakuum ampulalarda saxlanılsa da, onların tərkibində toksinlik və digər göstəricilər dəyişə bilər. Bu isə zəhərin alış qiymətinə müəyyən dərəcədə təsir edə bilər".
E.Yusifov əlavə edib ki, əgər türk şirkəti ilə aparılan danışıqlar nəticəsində ixrac baş tutarsa, Zoologiya İnstitutu AMEA-nın Biologiya Tibb Elmləri Bölməsi və Rəyasət Heyəti qarşısında Azərbaycanda ilan zəhərinin sənaye məqsədi ilə istehsalının bərpası məsələsini qaldıracaq.
Sovet dövründə Azərbaycanda ilan zəhərinin istehsal edildiyini və ən güclü istehsal mərkəzinin ölkəmizdə yerləşdiyini xatırladan E.Yusifov bildirib ki, həmin dövrlərdə hər il 5-10 kq ilan zəhəri istehsal edilərək xaricə satılıb:
"Ancaq sonradan - SSRİ dağıldıqdan sonra əlaqələr kəsildi. Çünki Azərbaycanın alıcıları artıq İran, Əfqanıstan və digər ölkələrlə müqavilələr bağlamışdılar".
Direktorun sözlərinə görə, Cənubi Qafqazda zəhərli gürzə ilan növünün ən geniş yayılma arealı Azərbaycanda, çox az bir hissəsi isə Ermənistan və Gürcüstandadır.
XƏBƏR LENTİ
Uşaqlarda D Vitamini
Saç maskaları
Prezident Davosda görüş keçirdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Madonnanın gözəllik sirləri
Mayın ilk günü hava necə olacaq?
Avstriya "soyqırım"ı tanıdı
BÜRCLƏR bizə nə vəd edir?-27 yanvar
Məşhur tərzi: Dua Lipa
Azərbaycan müharibə anonsu verdi
Reperin stili məsxərəyə qoyuldu-FOTO
Kanadada nadir almaz tapıldı - FOTO
Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında -VİDEO
Toyuqlu-holland pendirli pide (foto-resept)
Kəsmikli, xurmalı toplar (foto resept)
PP vitamini çatışmazlığı nədir?
Şeyma Acunun kanalında çalışacaq
Tibbi bankalar
Almalı tort (foto resept)
Vladimir Putin ad gününü qeyd edir
Çiçəklər beyni xilas edir
Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır - VİDEO
В«Məhəmməd Əmin Rəsulzadənin siyasi həyatıВ» kitabçası Güneydə yayılıb
Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?
Yağları əridən çay
Köhnə mebellərinizi atmayın
Daha bir ölkə Qarabağla bağlı qərəzli qətnamə qəbul etdi - XİN-dən SƏRT REAKSİYA
Qızıl bahalaşdı
Pazllar ("Epik")
Qarğıdalı unlu, kişmişli keks (foto resept)
Bəs siz hansındansınız?
İlham Əliyev: "Rüşvət o vaxt verilir ki..."
Mətbəxdə işinizi asanlaşdıran ləvazimatlar
Yaşıl çay necə içilməlidir?
Əlifba
İdeal bayram süfrəsi
Türk həkimlər koronavirusun müalicəsində İLKƏ İMZA ATDILAR - VİDEO
Şaftalı piroqu (foto resept)
Günün qoroskopu: Stress qaçınılmazdır!
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Quşlar insanları depressiyadan xilas edəcək
Azərbaycan əhalisinin sayı açıqlandı
Günün qoroskopu: məsləhətlərə qulaq asın
Ağ Ev Malikiyə təpindi
"Game of Thrones"un istehsalçısından ŞAD XƏBƏR: yeni serial gəlir
Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə əlavələr ödənildi
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
“Olmaq, ya ölmək” (“To be not To be”) filmi - Cavad Nur
Payız fəslinin ən aktual rəngləri
Portagal qabıgından əl işləri