Çin Xalq Respublikasının Urumçi şəhərində “Azərbaycan Şərab Evi” açılıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan ilk şərab evidir.
Bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yaradılmış “Azərbaycan Şərab Evi” Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.
Açılış tədbirində çıxış edən Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çinin “YEMA İnternational” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab Evinin Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, Azərbaycan məhsullarının ixracının artırılmasına töhfə verəcəyini vurğulayıblar.
Tədbir çərçivəsində AZPROMO ilə Çinin “YEMA” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycan şərablarına həsr olunmuş mətbuat konfransı keçirilib, şərabçılığın inkişafına dair təqdimat və video-çarxlar nümayiş etdirilib, Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.
Qeyd edilir ki, “Made in Azerbaijan” brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.
XƏBƏR LENTİ
Günün ulduz falı
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Dünya tibb elmində ilk
İmtahan nəticələri elan olundu
Yaddaşsızlığa son
Ulduzların maşınları
Adamyeyən narkotikanın qurbanları
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Google-da nə axtarırlar?
Gəlin bir az gülək
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Çəki azaldan bitki
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Tubadan Ayrılıq AÇIQLAMASI
Ancelina Coli gizlicə ərə gedib?
Xoşbəxtliyimizin açarı
Meqan Markl artıq bahalı geyimlər almır
Uşaqlıq xatirələri
Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Milli Məclisdən "avtoş"lara zərbə!
Geyim kombinasiyaları
Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var
Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”
Tarixi bina və məbədlər
Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb
İlk qar kristalı fotoaparatının yaradıcısı
Limonlu yaşıl çay detoksu
Günün ulduz falı
Dünyada iki növ koronavirus var
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Hava haqqında
Buraxılış gecəsi donları (2)
Problemli kreditlərdən çıxış yolu
İspaniya "Facebook"u cərimələdi
İranda zəlzələ oldu
Kerri özünə erməni müşavir seçdi
İlk peşəsi müəllim olan məşhurlar
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Şokolad ürək sağlamlığını qoruyur
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Səudiyyədən qorxulu qərar
Bakının məşhur məktəbi niyə sökülür?
2017-nin cins ətəkləri
Zoopark və sirklər qadağan edilə bilər
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?