Qoç - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.
İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək.
Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Buğa - intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər.
Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.
Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar.
Əkizlər - önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın, qaydalara riayət edin.
İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının müzakirələrinə qatılmayın.
Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin. Tapşırıqları qulaqardına vurmayın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır.
Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz.
Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız.
Dost məsləhəti faydalı ola bilər.
Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.
Şir - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın.
Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Qız - verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.
Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili olmayan işləri bir qədər təxirə salın.
Astagəllik etməyin.
Tərəzi - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.
Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin.
Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.
Əqrəb - rutin, yeknsək işlər sizi usandıra bilər. Maraqlı məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın. Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli olsanız yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və içgüdülər sizi aldatmayacaq.
Axşam saatlarında stressdən qurtulmağa can atın.
Oxatan - cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər edin.
Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız dəyişəcək, niyyətləriniz fərqli olacaq.
Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə həvəsli olmayın.
Oğlaq - deyilən hər sözə kor-koranə inanmayın. Aldığınız informasiyanın yanlış və ya yalan olması istisna deyil. Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.
Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal "üsyan"a qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı anlaşılmazlığı aradan qaldırmaq olar. Nufuzunuz və mövqeləriniz barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı münasibətləri möhkəmləndirin.
Dolça - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.
Emosional olmayın.
Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.
Balıqlar - günün ilk yarısından etibarən baş verənləri anlamağa çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda diqqətli, qayğıkeş olun.
Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı kəskin mübahisələrə başlamayın.
İstənilən mübahisənin kompromis həlli var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyanın ən gözəl qızlarının yaşadığı ölkələr
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Prezidentin köməkçisi: “Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar” - VİDEO
Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı
Məktəblərin açılmasını istəməyən valideyinlər var - Hikmət Hacıyev
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Fan Bingbingə 130 milyon dollarlıq cərimə-FOTO
Ulduzlar makiyajsız halda
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Ed Şeran özünə kənd aldı-FOTO
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Məşhur müğənnilər sevgilidir-FOTO
Hər gün yeni maska hazırladı
İspanaqlı kek
Cinsi zəka nədir?
"Arka sokaklar"dan sonra heç bir serialı alınmır
Dəbli boyunbağılar
Sprey corab
Azərbaycanda Ramazan ayının başlanma vaxtı açıqlandı
Rodriqo Alves yenidən əməliyyat olundu-FOTO
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
HAVA necə olacaq?- 17 MART
Qızdırmalı xəstələrə qulluq
Yağış, qar, külək - Sabahın havası
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Heyvanların maraqlı şəkilləri
Prezidentin son iclasda verdiyi mesajlar
Cəbhə ilə bağlı sərəncam
Televiziya və kompüterin uşaqlara təsiri
Mehriban Əliyeva buğlama bişirdi - FOTOLAR
Hava haqqında - 26.01.2014
Kəs və yapışdır-32
Körpü altında studiya tikdi
8 ərəb qadın teleaparıcı qovuldu: "Gedin arıqlayın!"
Yuxuya rahat getmək üçün nə etməli?
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
Azra Akın ağladı-SƏBƏB
Günün qoroskopu - 26.10.2013
Bu mühəndis o mühəndisdən deyil
Çiçəklərlə eşq falı
“Bu gün yeni dövr başlayır”
Rol yoldaşlığını həqiqi sevgiyə çevirən 9 cütlük
"Zeytun bağları" ilə yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
"Danışan" kağız yaratdılar
Zidanın yeni iş yeri
Azərbaycanlı zəvvarlar sabahdan həcc ziyarətinə yola düşəcəklər
İt çəkməyi öyrənək
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Zövqlü çantalar
Azərbaycanda süni mayalanma üçün donorluğa qadağa qoyula bilər