İyulun 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş "Əbədiyyat xəzinəsi" adlı sərginin açılışı olub.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.
Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.
Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verdi ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir. Azərbaycanın milli mədəniyyətinin inkişafı üçün Şah İsmayıl əlverişli mühit yaradıb, I Şah Təhmasib isə bu mühiti qoruyub saxlayıb. Həmin illərdə dövlətçiliyin elmi və yaradıcı potensialı formalaşıb, Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində birləşdirilməsi başa çatdırılıb, Azərbaycan dili dövlət işlərində üstün qüvvəyə malik olmağa başlayıb, Avropa ölkələri ilə geniş ticarət əlaqələri qurulub. Bütün bu amillər həmin dövrün incəsənət əsərlərində öz əksini tapıb. Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotoşəkli də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürlərinin təsviri ilə videoproyeksiya, müasir sənətkarların Şah İsmayıla həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operasından səhnələrin fotoşəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya - bütün bunları bugünkü ekspozisiya çərçivəsində görmək mümkündür. Lakin sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell'Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunun təşkil edir. Bu gün tamaşaçı bu möhtəşəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.
Sonra Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan" sərgisi ilə tanışlıq oldu. Bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı var.
Sərgidəki eksponatlardan biri "Bakı Ekspo 2025"in ərazisinin maketidir. Burada 295 hektar ərazinin planı göstərilir.
Sərgi ilə tanış olanlar, həmçinin Dövlət Bayrağı Meydanının, Bakı Ağ Şəhərin, Heydər Əliyev Mərkəzinin, Ali Məhkəmənin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Hökumət evinin, Azərbaycan Xalça Muzeyinin maketlərinə baxdılar.
Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisidir.
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirdi ki, Federasiyanın və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır.
İtaliya Prezidenti Sercio Mattarella Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldıqlarını diqqətə çatdırdı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi