Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlayacaq.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi";
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.
İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.
XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.
İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər NazirliyiBaş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
XƏBƏR LENTİ
Bir qadın əsla unutmaz!
Soyuducunun necə yarandığını bildirsinizmi?
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Kosmosda uşaq dünyaya gətirəcək CƏSARƏTli QADINLAR axtarılır-SENSASİYA
“Wi-Fi” şüası zərərlidirmi?
Ana olmağa hazırlaşan qadınlar üçün
Toz almaqla bağlı praktik məsləhətlər
Azərbaycanda alça qızıldan bahadır
Kişi köynəkləri
İsti havaların hamilə qadınlara təsiri
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR
FİFA prezidenti koronavirusa yoluxub
Dünyanı sarsıdan xəstəliyin sirri açıldı
Rusiya koronavirusa qarşı dərmanın ixracına başladı
Məktəblərə heç bir təlimat verilməyib - Təhsil Nazirliyi
Ərdoğan tramvay sürdü - FOTO
Şəkərin yaratdığı xəstəliklər
Gələcəyi dəqiqliyi ilə görən Osmanlı Nostradamusları
Xanımlar üçün güşə
İstilər 2200 can aldı
Yay üçün müxtəlif geyim kombinasiyaları
16 şəhər və rayonda xüsusi karantin yenidən uzadıldı
Yuxular və yuxuyozmalar (9)
Facebook-da status YENİLİYİ
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
Heyva çəyirdəyi maskası
Bürclərin bilinməyən xüsusiyyətləri
Facebook bir ölkənin pulunu qazanır
Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağı müzakirə etdilər
Yuxuda orqazm
Piknikə gedərkən açıq rəngli geyinin
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Qulançar qanda şəkərin miqdarını azaldır
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
“Samsung” smartfon-bıçağı göstərdi
Kann Kinofestivalının qalibi bəlli olub
Riyazi foks
Azərbaycanda yeni quş növü aşkarlandı
Qara nöqtələr üçün 3 təbii maska
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Az kalorili məhsullar - 2
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI
Hicablı xanımlar üçün geyimlər
Dövrə görə "gözəllik standartları"
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar