Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2018"-ə start verilib.
Qadin.Net trend-ə istinadən bildirir ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.
"Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.
Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
"Bakı Marafonu 2018" Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edir.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak edirlər.
Bakı marafonuna Azərbaycan regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də qoşulub.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri, həmçinin İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edirlər.
Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edir. Hər 3 kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərir.
Finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunacaq.
"Bakı Marafonu 2018"-in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar. Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr veriləcək. O cümlədən, bütün marafon iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.
"Bakı Marafonu 2018" layihəsinin eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group şirkəti həyata keçirir.
Marafonda toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
XƏBƏR LENTİ
Dəbli toy donları
Azərbaycanlı məşhurların Mehriban Əliyeva ilə SELFİSİ
Günün qoroskopu:Fikrinizi cəmləyin!
Dünya Türkləri Facebook-da səs verir
Şahdağ Milli Parkında yanğın başlayıb
Çağatay və Gizem haqqında məhkəmə qərarı
Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri
Yol polisi sizi törətmədiyiniz qayda pozuntusunda ittiham edirsə... - MÜZAKİRƏ
Sabahın HAVAsı
Murat Boz Survivorda
BÜRCLƏR bizə nə vəd edir?- 5 Dekabr
2017-ci ildə hansı bürclərə ikinci yarını tapmaq qismət olacaq?
Yaponiyada şəffaf tualetlər istifadəyə verildi - FOTO
Sürətlə şığıyan Ford Mustang - FOTO
Azərbaycan İİV daşıyıcılarının son statistikası
Həyatımızın "Kaş ki"ləri
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Çoxuşaqlı ana 22-ci hamiləliyi barədə danışdı – VİDEO
Oscar tarixinin ən ikonik tərz sahibləri
Qız boyunun uzunluğu ilə diqqət çəkdi-FOTO
"WhatsApp" daha bir yenilik edəcək
Uşaqların ağlama səbəbləri
Yeni türk nəsilini necə yetişdirməli?
Azərbaycanda güclü zəlzələlər olacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycan dili YouTube-da
Günəş işığının faydaları nələrdir?
Sinem Kobala 30 minlik təklif-FOTO
Qardaşını kabusa çevirdi
İnstaqramda ən çox izləyicisi olan məşhur
Wikipedia internetsiz də olacaq
Evdə yerə qənaət etmək üçün
Evlənən cütlüklər nəyə diqqət etməlidir?
Ən uzun körpüdə - FOTO
NATO Rusiya ətrafında həlqəni daraldır
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
Son 10 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib
Zövqlü geyimlər
Son zamanlar uşaq ədəbiyyatına maraq niyə azalıb?
Çiyələkli biskivit(foto resept)
Məşhur aktrisa yandırılmaq istəyib-FOTO
Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı
Qarabaşağın faydaları
XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
Hava haqqında
Prezident İlham Əliyev: "Ermənistan sülh istəmir"
Tayson Eminemi nokauta saldı - VİDEO
Aleyna Tilki reklam qiymətini qaldırdı
Quranı təhqir edən deputata şillə kimi cavab
Qəlbin qapısı
Prezident: “Bəs nə oldu sizin döyüşkən ordunuz? Vurduq, dağıtdıq, məhv etdik”