Azərbaycan romançılığının çağdaş ədəbi düşüncə müstəvisində yenidən və daha ətraflı araşdırılmasını ədəbiyyatşünaslığın, ədəbi tənqidimizin qarşısında duran başlıca vəzifələrdən hesab edirəm. Son dövrlər Azərbaycan romançılığı öz durulma, sakitlik mərhələsini yaşayır. Cəmi 4-5 il əvvəl ədəbi mühitdə “roman bumu” müzakirə olunduğu halda, hazırda nisbətən durğunluqdur. Artıq roman yazmağın necə ağır və çətin iş olduğunu anlayan qələm adamları, gücləri, nəfəsləri çatan işlə məşğul olur desək, yanılmarıq. Amma hər halda yeni romanlar yazılır, özünü təsdiq etmiş imzalar romançılıq faliyyətini davam etdirir, ara-sıra yeni və gənc müəlliflər boy göstərir. Ədəbi tənqidin reaksiyası bir qədər ləng olsa da yazılan ciddi romanlar diqqətdən kənarda qalmır.
Sevindiricidir ki, bu “susqunluqda” da yeni əsərlər yaranır. Nəşriyyatlar yerli müəlliflərə qayğısını davam etdirir. Yerli nasirlərimiz kitabdan pul qazanmasa da, kitab çapı ilə bağlı ciddi problemlər müşahidə olunmur. Həm gənc, həm də artıq imzasını təsdiq etmiş yazıçılarımız yeni əsərlərini çap etdirə, təqdim edə bilirlər.
Bu yaxınlarda Xanım Anelanın “Amarna günahkarları” romanını oxudum. Roman 2018-ci ildə “XAN” nəşriyyatında, “İlk kitab” layihəsi çərçivəsində işıq üzü görüb. Romanın süjet xətti və mövzusu diqqətimi çəkdiyi üçün, bəzi qeydlərimi həm müəlliflə, həm də oxucularla bölüşmək istədim. Tarixi-fantastik janrda qələmə alınmış romanda hadisələr Misir, Amerika və Azərbaycanda baş verir. Romanın əsas qəhrəmanı yazıçı xanımdır. Öncədən qeyd edim ki, peşəkar baxımdan romanda xeyli qüsurlar, üslubi səhvlər var və müəllifin tələskənliyi ciddi şəkildə hiss olunur. Amma yuxarıda qeyd etdiyim kimi, mövzu və dinamik süjet xətti, müəllifin zəngin düşüncəsi və təfəkkürü xeyli dərəcədə diqqətimi çəkdi. Romanda müasir çağın maraqlı “şəhər əfsanələrindən” biri, insane klonlaşdırılması məsələsi əsas xətti təşkil edir.
Azərbaycanlı misirşünas Tamerlan Babayev Misir pramidalarında tədqiqat apararkən, mumiyalardan birinin sümüyünü oğurlayaraq amerikalı dostu professor Stüarta verir. Hər iki alimin məqsədi əldə etdikləri sümüklərin əsrlərlə əvvəl ölmüş sahiblərinin klonunu yaratmaqdır. Professor Stürat və azərbaycanlı misirşünas Tamerlan Babayev istəklərinə nail olsalar da, ciddi problemlərlə qarşılaşırlar. Etdikləri böyük cinayətdir və qisasçılar onları təqib edir… Stüartın klon-oğlu Aton ətrafındakı insanlardan ciddi şəkildə fərqlənir və öz qəribə yuxularını və narahatlıqlarını araşdırır. Çıxdığı yolda Professor Babayevin qızı Nifayla rastlaşan Atonun taleyi Misirdə həll olunmalıdır. O, Misir fironu Amanhotebin – Ehnatonun klonu olduğu üçün onu məhv etmək istəyənlər var. O anasının – Nefertitinin mumiyasını tapmaq istəyir. Bu işdə ona, yalnız professor Babayevin yaratdığı klon – yazıçı Leyla kömək edə bilər. Süjet və mövzu çox maraqlı olduğu üçün kitab birnəfəsə oxunur, oxucunu intizarda saxlamağı bacarır.
Bildiyim qədər, “Amarna günahkarları” Xanım Anelanın ilk roman təcrübəsidir. Hər halda qəbul edərsə, romanın növbəti nəşrində sadaladığım qüsurları da nəzərə ala bilər.
İstənilən halda müəllif kimi cəsarətli addım atıb bu romanı ərsəyə gətirdiyi üçün müəllifi təbrik edirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: Qətiyyətli olun!
Çobanyastığı maskası
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Məşhur aktrisadan gözlənilməz Açıqlama
İdmana yeni başlayanlar üçün tövsiyələr
Günün ulduz falı
Zərdəçalın faydaları
Zakir Həsənov: "Düşməni darmadağın edəcəyik"
DİQQƏT! Su alarkən ehtiyatlı olun! - FOTO
Bakıda təhlükəli uşaq qidası satılır
Selena Qomez filmə çəkilir - FOTO
Dünyanı necə çirkləndirdiyinizi görün
Zövqlü geyimlər
Elm adamlarından qorxulu xəbərdarlıq: Yeni və ölümcül epidemiyalar yaxınlaşır
Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
Beyons məhkəməyə verildi
Respublika Günü ilə bağlı tədbir ləğv olunub
ABŞ Türkiyəyə qoşun yeridir
BÜRCLƏR bizə nə vəd edir?-27 dekabr
Günün qoroskopu:Uğurlu gündür!
Sevinc və güc hərəkətdədir
Prezident Vilayət Eyvazova hərbi vəziyyət dövründə yeni səlahiyyət verdi - SƏRƏNCAM
Kolleclərə ixtisas seçimi bu gün başa çatır
Saçları düzləşdirmək ziyandır?
Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
Bu gün bir neçə rayon qazsız qalacaq
Ramazan orucunun qəzasını nə zaman tutmaq lazımdır?
Jirinovskidən Qarabağla bağlı səs-küylü AÇIQLAMA
Belə iftar olmamışdı
Noyabrda 3 gün iş olmayacaq
Dünyanın gözlədiyi XƏBƏR: PEYVƏND hazırdır
Moskvada Avropanın ən böyük məscidi açıldı
200 dollara ev tikdi
"Məqsəd yaxşı oxumaq yox, stress atmaqdır"
Nazir müəllim ixtisarından danışdı
Günün ulduz falı
“Quş qripi” ilə bağlı növbəti monitorinq başladı
Google istifadəçiləri üçün xəbərimiz var
İnternet üçün pilotçuz təyyarələr
Puç olmuş uşaqlıq
Günün qoroskopu: sizi təxribata çəkənlərlə belə, münaqişə etməyin
Buse Varol Alişana ad günü SURPRİZİ etdi-FOTO
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
Azərbaycanın "Uçan saray"ı türkləri valeh etdi
Arıqladan qidalarla həyatdan zövq alın
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Sinəsini basketboll topu boyda böyütdürdü-FOTO
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Quru öskürəyi aradan qaldıran içkilər
- ŞƏRHLƏR