Aprelin 28-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci gününə yekun vurulub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, günün sonuncu yarışında qrup hərəkətləri proqramı üzrə çoxnövçülükdə təsnifat yarışları keçirilib. Milli komandalar üç top və iki iplə öz bacarıqlarını nümayiş etdirib.
Çoxnövçülük üzrə təsnifat yarışlarında 13 ölkənin yığması arasında mübarizə aparan Azərbaycanın bədii gimnastika komandası 14,650 xalla yeddinci yeri tutub. Komandamız iki gün ərzində çıxışlarının yekunlarına əsasən, 31,800 xalla səkkizinci olub və finala yüksəlib. Beləliklə, Azərbaycan gimnastika millisi aprelin 29-da baş tutacaq Dünya Kuboku yarışının final mərhələsinə vəsiqə qazanıb.
Çoxnövçülük yarışında İtaliya millisi 40,650 xalla birinci, Bolqarıstan yığması 38,400 xalla ikinci, Yaponiya komandası isə 35,550 xalla üçüncü yeri tutub.
Mükafatları qalib komandalara Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Gimnastika Federasiyasının (UEG) texniki məsələlər üzrə nümayəndəsi Kerolayn Hant, Ukrayna Bədii Gimnastika Federasiyasının vitse-prezidenti İrina Derugina və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər.
İtaliya komandası, həmçinin “AGF Trophy-2018” və Dünya Kuboku yarışlarının ən yüksək mükafatına layiq görülüb.
Çoxnövçülük yarışında Azərbaycan milli komandasının heyətində gimnastlarımızdan Ayşən Bayramova, Siyana Vasilyeva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman mübarizə aparıblar.
Azərbaycan paytaxtında altıncı dəfə təşkil edilən turnirdə 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edir.
Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayıb.
Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.
Turnirə aprelin 29-da yekun vurulacaq.
XƏBƏR LENTİ
Bakı bulvarından Yeni il sürprizi
Məndən sonrakı mən
Koronavirusa yoluxmamaq üçün kondisionerdən necə istifadə edək? - VİDEO
Qarabağ atları ölkəmizin milli sərvətidir
Facebook yeni rekord vurdu
HAVA necə olacaq?
Neftin qiyməti 58 dolları keçdi
Məsafəli sevginin 15 incə məqamı
İtaliya sahillərində 311 miqrant ölüb
Bir kərə yüksələn bayraq, bir daha enməz!
Neft ucuzlaşdı
Lavrov: Avropa təhlükədədir
Xoşbəxtliyi tapan kişinin yazısı
Rusiyada peyvənd edilmiş tibb işçisi koronavirusa yoluxdu
Tuba hamam səhnəsi ilə gündəmə gəldi - VDİEO
Qara rəngli geyim dəstləri
Aİ-dən Ukraynaya böyük jest
Günün qoroskopu: Bədxərclik etməyin!
Gözaltı qaraltılarından xilas edən 5 üsul
Məşhur cütlük evləndi
Ərəb səhrasında mivari bəyazlığı
Qədərində yeyin, sağlam olun!
Qaban ilində bürcləri nələr gözləyir?
Havay adalarında günəşdən qoruyucu kremin istifadəsinə qadağa qoyuldu
Bir gün oyanacaqsan ki...
Ərzaq məhsulları ucuzlaşıb
Dekabra manat bahalaşa bilər
Həftənin ulduz falı
Meyvəli dırnaqlar
Yeniyetmələr necə qidalanmalıdır?
Ağlagəlməz oğurluq üsulu kameralarda - VİDEO
Azərbaycan prezidentinin Almaniyaya işgüzar səfəri başlayıb
Marsa uçanların həyatı təhlükədədir-FOTO
Ölkəsi üçün qaradərili Barbi hazırladı
WhatsApp-dan möhtəşəm yenilik!
Kökəlib arıqlamaqdan yaranan çatlardan xilas olmaq üçün...
Kreditlər niyə milli valyutamız ilə deyil, dollarla verilir?
Təzə paxlanın faydaları nələrdir?
Ləziz ət salatı
Uşaqlar valideynləri yoranda
Azərbaycan yol polisindən xəbərdarlıq: onu unutmayın!
25 ildir qum yeyir
Kral ailəsində xoş gün-FOTO
Təhsil Nazirliyindən pedaqoji təhsilli şəxslərlə bağlı QƏRAR
Porselen makiyaj
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır
Hava haqqında
Azərbaycanda bəzi yeyinti mallarının satışına qadağa qoyuldu
Ədviyyatlar
Demet Özdemir Bakıya gəlir