Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Qadin.Net AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.
Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.
Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, - deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.
Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl “Azərbaycan. Ceyranların xilası” filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park - Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirib və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının, təxminən, 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.
“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.
XƏBƏR LENTİ
Ajda Pekkanın fotoşopsuz halı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar
Zeytun salatı (foto-resept)
Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Bir daha yorğun görünməyəcəksiniz
İnsanı eybəcər şəkilə salan xəstəlik
Cəbhədə erməni təxribatı
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Ermənistan ordusu atəşkəsi pozub
U-17 Avropa çempionatında finalçılar məlum olub: Dadaşov yenə fərqləndi
Sabahın HAVAsı
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Sızanaqlara qarşı nələri etməliyik?
Tovuzda zirzəmidən minaatan mərmisi aşkarlanıb - FOTO
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Tezliklə ayrılacağınızın 5 əlaməti
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Gizli günah qorxusu
Naomi Kempbelldən GÖZLƏNİLMƏZ FOTO
Elektron ticarət 1 trilyon dollara çatacaq
Məşhurlar makiyajsız necə görünür?
Hamiləyəm?
Pilates topuyla doğuşu asanlaşdırın
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Markdan iddialı AÇIQLAMA
Hava haqqında
Son dəb makiyaj üsulu
Ən səxavətli ölkələrin siyahısı
Kosmetik preparatlar
Qaranlıq beyni inkişaf etdirir
“WhatsApp” “Facebook”u ötüb
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Qarabağa səyahət (2)
Yevlaxda qeyri-adi olay
HAVA necə olacaq?-27 İyul
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
Düşüncənin riyazi dili - Təfəkkür dünyası
ABŞ-dan ermənilərə zərbə
Bu gün Səyavuş Aslanın doğum günüdür
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor
Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək
Türkiyə Ordusu Ermənistan sərhədində
Kiara Ferragni
Uşaqlı evdə yaşayan pişiklərin dramı
Oyuna geçikən komandaya şok cəza verildi