Qoç - günün ilk yarısını optimal, əlahiddə zaman adlandırmaq çətindir. Həyat tonusu yüksək deyil. İşləriniz bir qədər az olsaydı, sevinərdiniz. Amma işlər çoxdur və onların hamısı diqqət tələb edir. Çətin ki, axşama qədər istirahətə, gücünü bərpa etməyə vaxtınız ola.
Həmkarlarınız və dostlarınızla ünsiyyətdə problemlər mümkündür. Ətrafdakıların sizdən nə istədiyini heç cür anlaya bilmirsiniz. Günün ikinci yarısında nəsə aydınlaşacaq. Amma bu sizin üçün kifayət deyil. Hədiyyə və sürprizlər mümkündür.
Buğa - pis zaman deyil. Bəxtiniz gətirir. Hadisələr gözlənilmədən uğurlu inkişaf edəcək və siz bundan yararlanmaq imkanını əldən verməyəcəksiniz. İşdə uğur qazanmaq ehtimalı böyükdür. Yeni iş tanışlıqları şansı yaranacaq.
Günün ikinci yarısında sizin üçün dəyərli insandan vacib və xoş xəbər alacaqsınız. Günortadan sonra valideynləriniz və övladlarınızla ünsiyyət üçün münasib vaxtdır.
Əkizlər - məramlarınız və hədəfləriniz dəyişə bilər. İdeya baxımından kasadlıq hiss olunmur. Təşkilati məsələlərlə bağlı problemlər yaranarsa, çevik tərpənin. Nəzərdə tutduğunuz işləri başa çatdırmaq üçün qüvvə, vəsait və ya diqqət çatışmazlığı istisna deyil. Yarımçıq işlərdə süni təkanlar və ya gərəksiz sürətlənmələr işin zərərinədir.
Günün ikinci yarısnıda taktikanızı yeniləyin. Baş verənlərə münasibətiniz təki, planlar da ən son məqamda dəyişə bilər. Tərəfdaşlarla şəriklərin davranışlarını aşkar şərh etməyin. Hissləriniz və gözləntiləriniz sizi aldada bilər.
Axşam saatlarına yaxın işgüzar aktivliyinizi bir qədər azaldın. Cari situasiyanın diqtə etdiyi məqamları qulaqardına vurmayın.
Xərçəng - geniş miqyaslı işə başlayırsınızsa, vəziyyətin ağırlaşması istisna deyil. Aktivliyinizi azaltmağa çalışan, sədlər və maneələr yaradan insan var. Dürüst istiqamətdə hərəkət etdiyinizə əmin deyilsinizsə, problemləri mərhələli şəkildə, tələsmədən həll edin. "Şər deməsən, xeyir gəlməz" deyimini unutmayın.
Günün ikinci yarısında alacağınız xəbər əhvalınızı korlamaqla yanaşı, fəaliyyətinizə də mənfi təsir edə bilər. Yaxınlarınızdan biri ürəyinizə dəyə bilər. Ənənəvi təmaslarla müqayisədə daha ciddi nəticələr əldə etməyə imkan verən danışıqdan yayınmayın. Dəyişikliklər və yeniliklər üçün yaxşı zamandır.
İfrat azadlığa can atmayın, çevriliş arzulamayın. Əlaqələri normallaşdıraraq planlarınızın dəstək almasına can atın.
Şir - ciddi, əhəmiyyətli işə başlamaq üçün qətiyyətli olun. Tərəddüd etməyin, iradəli davranın. Fikriniz cari işlərdən uzaqlarda olmasın. İllüziyalara qapılmayın, fantaziyanın köləsinə çevrilməyin. Qarşınıza qoyduğunuz məqsədin reallıq səviyyəsini saf-çürük edin.
Günün ikinci yarısında şəxsi münasibətlərə xüsusi fikir verin. Perspektivləri, qüvvələr nisbətini, durumunuzu dəyərləndirməyə imkan verə biləcək məlumat alacaqsınız. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin. Xüsusi impuls saydığınız məsləhətə çox inanmayın.
Qız - mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.
Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.
Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.
Tərəzi - sizə səbr lazımdır. Bu gün ümid və planlarla doludur. Amma onların həyata keçməsi üçün bir qədər vaxt lazımdır. Özünüzü işə girişməyə məcbur etmək çətindir. Bu, təcili həllini tələb edən peşə problemləri ortaya çıxdıqda xoşagəlməz nəticələr verə bilər.
Yaxınlarınızla yaxşı yola gedəcəksiniz. Amma bütün sirlərinizi onlarla bölüşməyə hələ tam hazır deyilsiniz. Unutmayın ki, uzaq səfərlərə səhər saatlarında yollanmaq məsləhət deyil. Bunun üçün ən yaxşı vaxt günortadan sonradır.
Başladığınız işi yarımçıq qoymayın.
Əqrəb - günün ilk yarısında baş verəcək fors-major situasiya cari məsələlərin həllinə, öhdəliklərin yerinə yetirilməsinə mane ola bilər. Fəaliyyətinizin məhsuldarlığı durumdan tam asılı olmamalıdır. Gərəkli nəsnələr yaxınlıqdadır, əlçatandır. Yaxın ətrafınızdakı insanlarla təmaslar zərurət həddindən kənara çıxmamalıdır.
Günün ikinci yarısında aldığınız məktublara cavabları gecikdirməyin. Axşam saatlarında istirahət edin. İnternetdə yazışma, informasiya axtarışı maraqlı nəticələr verə bilər. Kompüter və ya noutbukun təmiri, apqreyd, ağır fiziki iş məsləhət deyil.
Oxatan - bir yerdə durmasanız, süst davranmasanız, əməyinizin bəhrəsini görəcəksiniz. Kefinizi kökəldəcək hadisələr yaşana bilər. Güzəşt, kompromis zamanıdır. Nəzərdə tutulmamış olay fəaliyyət planlarını poza bilər. Yeni işlərə başlamayın, ifrat təşəbbüskar olmayın.
Bir zamanlar kömək etdiyiniz insan günün ikinci yarısında yanınızda olacaq. Onunla birlikdə çalışaraq işləri tamamlaya bilərsiniz. Başqasının da maraqlarının aşkar sezildiyi situasiyaya açıq təsir etmək üçün münasib zaman deyil.
Axşam saatlarını özünüzə həsr edin.
Oğlaq - Hər şey yaxşı gedir. Amma çox yavaş. Hadisələrin daha sürətlə cərəyan etməsini istəsəniz də, buna nail ola bilməyəcəksiniz. Günün əvvəli yaradıcılıq fəaliyyəti üçün münasibdir. Sizin ideyalarınız son dərəcə yaxşıdır. Amma onları layiqincə qiymətləndirməyi hamı bacarmır. Günün ikinci yarısında hesab işlərində səhvlər, maddi itkilər mümkündür.
Günün ikinci yarısında maraqlı tanışıqlıqlar üçün xeyli imkanınız olacaq. Amma intuisiyanız ciddi münasibətlərin başlayacağına bel bağlamamağı məsləhət görür və yanılmır.
Dolça - ətrafınızdakı insanların energetik təsirinə həddən artıq aludə olmayın. Hisslərinizə hakim olun. İstənilən hadisənin inkişaf məcrasında emosiyalar böyük rol oynamamalıdır. Vədlərə inanmayın, başqasının qurduğu situasiyaya düşməyin.
Günün ikinci yarısında kimisə dilə tutmağa çalışmayın. Faydalı məlumat ənənəvi mənbədən gəlməyə də bilər. Müşahidə qabiliyyətiniz yüksək olmalıdır. Yaxınlarınızı dinləyin, onları maraqlandıran məsələlər, qayğılandıran nüanslardan xəbər tutun. Ailə ən böyük dayağınızdır.
Yaxınlarınızdan gərəkli dəstəyi alacaqsınız.
Balıqlar - günün ilk yarısında hansısa nəticəyə nail olmaq üçün maksimum səy göstərmək lazım gələcək. Bir az zəiflik kifayətdir ki, uğursuzluqlar üzərinizə gəlsin. Alın təri ilə işləməli olacaqsınız. İş mühitində ciddi münaqişələr mümkündür.
Günün ikinci yarısında, təəssüf ki, ehtiyacınız olan dəstəyi yaxınlarınızdan ala bilməyəcəksiniz. Günün sonunda bir qədər istirahət etmək üçün özünüzlə baş-başa qalmaq istəyəcəksiniz.
Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
XƏBƏR LENTİ
Dünyanın gözəlliyini əks etdirən şəkillər
Dərini canlandıran maska
Xoşbəxt olmaq istəyirsiniz?
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bakı metrosuna könüllülər lazımdır
Koronavirusla bağlı son STATİSTİKA
Bəzi tarixi yerlərə səyahət
Əmlakınıza qiymət qoyulacaq!
Rusiyanın xalq artistləri Bakıya gəlir
Hərbi xidmətdə yenilik
Zəmanə dəyişilib yoxsa insanlar?
Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO
İqor Morskinin xəyal gücü
İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
Ebru Gündeş Bakıya gəlir-FOTO
17 illik serialda "Haluk" olmayacaq?
Əliyevdən mesaj: Hərəkətə keçin
HAVA necə olacaq?
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
İsrail raketləri Suriyanı vurdu
Qadın.Netlilərin körpələri- 4
HAVA necə olacaq?
İstilik sistemləri niyə işə salınmır?
Moskvada Malıy Teatrın səhnəsində “Yeddi gözəl” tamaşası səhnəyə qoyulub
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Dadlı tort
Gəlin buketləri
Mədə-bağırsaq xəstəlikləri üçün
İrandan daha çox nə alırıq?
Düşmən 26 hərbiçsini itirib
Dekabrda neçə gün dincələcəyik?
Yemək yeyərək sərvət qazanır - FOTO
Maqnezium çatışmazlığı nəyə səbəb olur?
İş həyatında insanlara təsir etmək üçün...
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Qarderobunuza əlavə etməli olduğunuz geyimlər
Rusiyadan gözlənilməz addım - "WhatsApp"a qadağa
200 kaloridən az olan 2 sağlam smoothie
Ramazan ayının 29-cu gününün duası
İlham Əliyev prezidentləri bir araya topladı
Braziliyalı Azərbaycan klubunda
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Alimlərdən yeni rekord
Tkemali sousu (Gürcü mətbəxindən )
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Elm ilk uşaqların daha ağıllı olduğunu deyir
Günün qoroskopu: Bədxərclik etməyin!
Simeoneyə da bir təklif
"Ufak Tefek Cinayetler"in aktrisası çəkilişlərə gələ bilmir-SƏBƏB
Azərbaycanda ilk