"Samsung" şirkəti qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının təqdimatını təxirə salıb. Buna səbəb kimi yeni qurğuların sınaq mərhələlərinin tam başa çatmaması göstərilir.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Cənubi Koreya istehsalçısının rəsmi nümayəndəsi bildirib ki, "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının "CES 2018" sərgisində nümayişi gözlənilmir. Bundan əvvəl şirkət yeni modellərin yanvarın 9-12-də rəsmən nümayişini planlaşdırıb. Qurğuların fevralda "MWC 2018" sərgisi çərçivəsində təqdimatı nəzərdə tutulur. Yaxın ay yarım ərzində mütəxəssislər tərəfindən qabaqcıl smartfonların testlərinin davam etdirilməsi planlaşdırılır.
"Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.
Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını 10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək.
"Galaxy S9+" versiyasının böyük ekranla yanaşı, "Galaxy S9"-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də "Galaxy Note 8" modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin "AKG" stereodinamikləri qeyd edilir.
Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.
XƏBƏR LENTİ
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Uşaqların sosial-psixoloji inkişafı-25
Zamiq: "Bu il evlənəcəm"
28 May Respublika Günü
Azərbaycanın "Eurovision" mahnısı təqdim edildi
Ukraynada nə baş verir: inqilab, yoxsa çevriliş?
Sərdar Ortac boşandığına peşmandır - FOTO
Barak Obama kəskin tənqid edildi
Çox qusmaq körpəyə ziyandır? Hamilələr, DİQQƏT
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
“Google” XƏBƏRDARLIQ EDİR: bu tətbiqləri dərhal silin!
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Bu il körpələrə ən çox qoyulan adlar məlum olub
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Mövlud Çavuşoğlu: “Azərbaycanın mədəni paytaxtı Şuşanın azadlığı mübarək olsun!”
Azərbaycanda təhlükəli epidemiya
Ciyərli rulet (foto resept)
"Apple" elastik noutbuklar istehsal edəcək
Qatıqla arıqlayın
DİM-dən rezidenturaya qəbul olmaq istəyənlərə müraciət
qeyri adi ayaqqabilar
Nişan paltarları
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Bayramda 9 gün evdə qalacağıq
Bu tapıntı alimləri heyran qoydu
Xoşbəxt qadın olmaq üçün 16 qadağa
Fahriye hələ də xəstəxanadadır-FOTO
Milli Qəhrəmanımızla bağlı anım tədbiri keçirilib
Avropaya çatdıq?
Xoşbəxtliyin formulu.
İmmunitet sistemini gücləndirmək üçün 3 qayda
Cardi B Siyasətçi olmağa hazırlaşır
Keçibuynuzu
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Poliklinika həkimi evdə xəstəyə iynə vura bilərmi? - AÇIQLAMA
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Facebook-un qorxulu sirri açıldı
Toyuq kroketlər (foto resept)
Nar mürəbbəsi
Sabah bu yollar bağlanır
Bakıda dördəm doğuldu
İmtahanların vaxtı bilindi
Instagram-da Direct bağlanacaq
Buğda salatı (foto-resept)
Kasıb olduğu üçün qız vermədilər, o da ...-FOTO
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
"Bu insanın ixtiyarında deyil, amma..."
"Hercai"nin aktyorlarına reklam təklifi gəldi