Səudiyyə Ərəbistanı Krallığının hakimiyyət dairələri Məkkədəki Kəbənin üstünü örtmək niyyətindədir.
Kəbənin üzərində inşa ediləcək açılıb-yığılan damın tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, "Məkkənin modernləşdirilməsi" adlanan layihənin təşəbbüskarı Səudiyyə Ərəbistanının varis şahzadəsi, baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman əl Səuddur.
Layihə hələ rəsmi olaraq təsdiqlənməsə də, "çətir dam" adlanan layihənin miqyaslı modelinin videogörüntüləri və fotoları sosial şəbəkələrdə yayılıb.
"Çətir dam" Kəbə üzərində iki qarşı tərəfdə yerləşən nəhəng qövsvari lövhələrdən ibarətdir. Onlar xüsusi komanda ilə bir-birinə doğru hərəkət edərək Kəbənin üzərini büsbütün örtürlər.
Layihənin məqsədi kimi "Məkkəyə gələn milyonlarla zəvvarı Günəş şüalarından qorunmaq, kölgə və sərinliyi təmin etmək"dir.
Hər il həcc və ümrə ziyarətləri zamanı Məkkədə yüzlərlə zəvvarı gün vurur. Havanın temperaturunun +40 dərəcədən artıq olduğu şəraitdə zəvvarlar çətin durumda olurlar.
İsti hava Kəbə ziyarət zamanı basabas və tıxacların yaranma səbəblərindən biri kimi də göstərilir.
Layihənin 2019-cu ildə başa çatacağını Kəbənin Mühafizə Xidmətinin rəisi, general-mayor Məhəmməd əl Əhmədi deyib.
"Çətir dam" artıq sosial şəbəkələrdə kəskin tənqid olunub.
Müsəlmanların yazdıqlarına görə, Kəbənin üzəri əsla örtülməməlidir: "Kəbə İslamın ən müqəddəs məkanıdır. Üstəlik, Allahın izni və şəfası ilə Kəbəyə səmadan mələklər enir. Belə məkanın üzərini bağlamaq çox pis, yolverilməz yanlışlıqdır".
2012-ci ildə Məkkədə nəqliyyat infrastruktunun təkmilləşdirilməsinə, habelə yeni avtobus və metro şəbəkəsinin yaradılmasına 16,5 milyard dollar ayrılmışdı.
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud paytaxt Ər-Riyadda keçirilən iqtisadi forumda daha bir sensasion açıqlama ilə çıxış edib.
Onun dediyinə görə, Səudiyyə Ərəbistanında mülayim, açıq İslam bərqərar olacaq.
"Ölkədə bəzilərinin ekstremist ideyalar yaymasına və təbliğ etməsinə son qoyulacaq. Səudiyyə Ərəbistanı bütün dünyaya, bütün dinlərə açıq ölkəyə çevriləcək. Ölkə vətəndaşlarının 70 faizi yaşları 30-adək olan şəxslərdir. Həyatımızın bundan sonrakı 30 ilini də ekstremizmlə mübarizəyə həsr etmək niyyətində deyilik. Ekstremizimin axırına indi çıxacağıq", - varis şahzadə deyib.
Səudiyyə Ərəbistanı hazırda teokratik monarxiyadadır. Bu ölkəyə müsəlman olmayanların girişinə icazə verilsə də, həmin şəxslərə ölkə ərazisində öz dinlərinin ayinlərini icra etmək, habelə Məkkə və Mədinə şəhərinə ayaq basmaq qadağandır.
Səudiyyə Ərəbistanında son vaxtlar islahatlara başlanıb. İslahatlar varis şahzadənin müəllifi və təşəbbüskarı olduğu "Vision 2030" proqramı çərçivəsində gerçəkləşdirilir.
"İdeoloji Müharibə Mərkəzi" adlı struktur yaradılıb və bu qurumun dini ekstremizmlə mübarizə ilə məşğul olduğu açıqlanıb.
"Məqsədimiz İslamı dini-siyasi və sosial sahələrdə sıxışdırmaq yox, gerçəkdən də, vahid məzmunlu olmayan, daxili ziddiyyətlərə malik İslamı olduğu kimi yaşamaq və təqdim etməkdir ki, sonucda İslamın dözümlü, tolerant din olduğunu hamı görməlidir", - mərkəzin yaydığı açıqlamada deyilir.
İslahatlar çərçivəsində Səudiyyə Ərəbistanındakı Əxlaq Polisi ləğv olunub, bu qurumda çalışanlar Dini İşlər Nazirliyinə keçiriliblər.
Ölkədə qadınlara avtomobil sürməyə icazə verilib. Halbuki, bu ilədək Səudiyyə Ərəbistanının qanunvericiliyinə görə, qadın ailə üzvü olan kişinin müşayiəti olmadan küçəyə çıxa bilməzdi.
Bundan başqa, Səudiyyə Ərəbistanında fəaliyyəti yasaqlanmış kinoteatrların işə başlayacağı da istisna edilmir.
32 yaşlı Məhəmməd ibn Salman əl Səud bu ilin iyunun 21-də atası kral Salmanın fərmanı ilə varis şahzadə təyin edilib.
XƏBƏR LENTİ
Tək nəfərlik pizza (foto resept)
HAVA necə olacaq?
Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb
Günün ulduz falı
Gözəl kirpiklər üçün 3 tövsiyə
Uşaqlar arasında intihar cəhdlərinin sayı niyə artır?
Ərik cemi ilə piroq (foto resept)
Bütün kalorilər yansın!
Gülməli heyvan şəkilləri
Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinin əleyhinə qətnamə qəbul edib
Aslı Murata “yox” dedi - SƏBƏB
Yaşı 30-dan çox olan və kosmetikasız qadınlar maşın sürə biləcəklər
Sevgi belə görsənir
Kəvərli tart (foto resept)
Gizli insan üzlərini tapın
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Qeyri-adi etiraz aksiyası
Çəkmə modelləri
P vitaminin faydaları
Fernando Alonso: Dünyada ən sürətli küçə treki Bakıdadır
Azərbaycanda az yaşlı qızları aborta nə vadar edir
Beyonsedən qızının adına görə 10 milyon dollar istənildi - FOTO
ABŞ erməniləri dəstəkləyir
2021 Yaz/Yay Kopenhagen moda kolleksiyası
Koronavirus Nyu-Yorka Asiyadan deyil, Avropadan gedib
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Bürclərinə görə gəlinlər
Bu cütlüyün boy fərqi 1 metrə yaxındı
Siz hansı tip anasınız?
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Məşhur model siyasətçi olmağa hazırlaşır
Şəkər xəstəliyindən birdəfəlik xilas yolu tapıldı
Saç tökülməsinin səbəbləri
Təzyiq ölçərkən ayaqlarınızı yerə düz qoyun
Hadisə övladlığa uşaq götürəcək
"Hercai"nin sevilən aktyorundan əskərlik FOTOsu
Nika Huk
BlackBerry yeni smartfonu satışa çıxarır
Marketlərdə ciddi ucuzlaşma başlayıb
Ermənistan Kürə zəhər axıdır
NASA açıqladı: Marsa ilk dəfə qadın gedəcək
Bakıda təkrar mənzillər ucuzlaşdı
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
İlk LTE TDD şəbəkəsi istifadəyə verildi
Bakıda koronavirus xəstələri üçün açılan klinikada neçə xəstə var? - RƏSMİ
Koronavirus daha bir cütlüyün ayrılıq səbəbi oldu
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Bakı metrosunun kart sistemində yenilik
Zakir Həsənov Ukrayna səfiri ilə görüşdü