Rusiyanın "Voximplant" şirkəti tərəfindən hazırlanmış proqram məhsulu müxtəlif messencerlərdə yazışmanı vahid çatda birləşdirməyə imkan verir. Məhsul biznes üçün nəzərdə tutulub və müştərilərlə intensiv yazışmanı təmin etməlidir. Həmin proqram messencer deyil. Proqramçılar öz həllini "messencerlər üçün Uber" adlandırıblar.
Milli.Az "ICTnews"-a istinadən xəbər verir ki, proqram təminatının hazırlanmasına təxminən bir il vaxt sərf edilib. "Voximplant" şirkətinin mətbuat xidmətindən bildiriblər ki, bu həllin yekun dəyərini hesablamaq çətindir. Çünki layihə komandası API üzərində tam iş günü işləməyib. Məhsulun artıq sifarişçiləri var, lakin onların adları gizli saxlanılır.
Yeni proqramın yaradıcıları qeyd edirlər ki, bir çox şirkətlər gün ərzində müştərilərdən minlərlə mesaj alırlar. Həmin şirkətlərin əməkdaşları bu mesajları "əllə" emal etməli olur, yəni müxtəlif messencerlər arasında keçid edirlər və eyni zamanda, ümumi mesaj bazası yaratmalı olurlar. "Voximplant" şirkətinin nümayəndələri əmin edirlər ki, şirkət əməkdaşları gündəlik bu işlərə 1,5 saat vaxt sərf edirlər.
"Voximplant" şirkətinin həlli messencer, sayt və ya smartfon vasitəsilə göndərilmiş mesaj və zəngləri qəbul edir və onları əlaqə mərkəzinin əməkdaşları üçün növbə şəklinə salır. Növbə həm əllə, həm də avtomatik yaradıla bilər. Mesajlar həm ani, həm də təxirə salınmış kimi göndərilə bilər. Platforma "WhatsApp", "Viber" və "Telegram" messencerlərini dəstəkləyəcək.
Proqramçılar qeyd edirlər ki, onların həllindən istifadə kompüter və ya başqa qurğuya yüklənməni azaldır.
XƏBƏR LENTİ
Heydər Əliyevin anım günüdür
Günün ulduz falı
Qadın.Netlilər 2013-cü ili necə keçirib?
Gündəlik 30 dəqiqə kitab oxumaq...
Kəsmikli alma piroqu (foto-resept)
Prezident fəxri ad verdi
Yoxsulları qurtaran asan dizaynlar
Kim tapar?
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Nurgül Yeşilçaya ad günü sürprizi
Günəşli hava sabah da davam edəcək
Analar və qızları
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Prezident onlara fəxri ad verdi - SİYAHI
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Kainat gözəli qüsurlarını göstərdi-FOTO
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Kardi B boşanır
"Qara leylək" 30 qəpik, "Daş dələsi" isə 60 qəpik...
Kənd təsərrüfatı məhsullarının qiymət artımına səbəb nədir?
Tibbi sığortaya bu qədər pul ödəyəcəyik - MƏBLƏДћ
Şirin pizza (foto resept)
Jerar Depardye azərbaycanlı rəssamın atelyesində-FOTO
Ürək pirojnası (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Limonlu brauni (foto resept)
Ermənistan Azərbaycana başqa yol qoymur
Dodaq makiyajında nəyə diqqət etməli?
İdeal almaz satılır
Ətli kesadil (foto resept)
Ən çox yayılmış burun tipləri
Bədheybət yenidən GÖRÜNTÜLƏNDİ=ŞOK FOTO
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Yardımlı rayonu
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma - FOTO
Terrorçulara görə islamı günahkar saymaq olar?
Azərbaycan Ebolaya qarşı hərəkətə keçdi
Qaliblər bəlli oldu
Azad söz (7-ci hissə)
Günəş ləkələrinə qarşı nə etməli?
Amerikasayağı Lamborghini Aventador
Tolgahan və Almeda körpəsi ilə -FOTO
Günün qoroskopu:Aktiv olun!
Əsil epilyasiya prosesi və hazırlanması
Divar saatları
Arvadının 8 il həbsini tələb edir
Qəzəblənə bilirsinizmi? (test)
23 yaşlı gəncin vəsiyyəti üzə çıxdı
Həyatda istədiyinizi əldə etmək üçün 3 qayda