Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.
Qadin.Net xəbər verir ki, bu barədə report-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: "Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir".
E.Babayev qeyd edib ki, havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda, açıq havada işlən vətəndaşların həyat və sağlamlığının qorunması əsas şərtdir: "Qeyd olunan hava şəraiti müşahidə olunana günlərdə, açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Hər bir vətəndaş nazirliyin 142 - "Çağrı mərkəzi"nə şikayətini deyə bilər. "Çağrı mərkəzi" canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir".
XƏBƏR LENTİ
Mehriban Əliyeva anasının məzarını ziyarət etdi
Ermənilər Türkiyədəki İncirlik Amerika hərbi bazasını ələ keçirmək istəyirlər
"Facebook-da danışmaq günahdır"
Bir damlaya sığan dünya...
Gözünüzün kökü saralmasın
Serialdakı eşq gerçək oldu?
Ebru Şallı onu təhqir edənin kim olduğunu dedi
Hazal Kayanın evi yandı
Məşhurların böyüyən ailəsi
Bədən ölçünüzə uyğun paltar seçimi
HAVA necə olacaq? 7 İyun
Rihanna haqqında Rekord Məbləğə film çəkilir
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
Dərsliklərin monitorinqində yeniliklər olacaq
Günün ulduz falı
İstanbulda qasırğa
Sezonun ən iddialı trendi: Qabarıq qollar
TQDK-dan Facebook xəbərdarlığı
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
ABŞ geri addım - növbə Britaniyanındırmı?
5 Müalicəvi hərəkət
Rihanna sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnstaqramdakı o "zəhləngetmiş"
Möcüzəvi daşın sirli əlamətləri
Alişan yoldaşının saçından yazdı-FOTO
Meyvə qabıqlarının faydaları
İrin yuvası
Saç rezini modelləri
Başqasının adına SİM kartı olanlara - Qadağa
Tənhalıq qorxusunun öhdəsindən necə gəlməli?
2013 gəlinlik modelləri
Yoqa (3)
Ziyafətlər üçün hicablar
FIFA DÇ-2014-ün səbətlərini açıqladı
11 aylıq uşağın bədənində 16 iynə tapıldı - FOTO
Çörək(foto resept)
İtaliyada gün ərzində koronavirusdan 793 nəfər öldü
Azərbaycan çaylarının suyu azalıbmı?
Düyü suyunun saçlara inanılmaz faydası
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Ataları fərqli olan EKİZLƏR
Telekanallarda monitorinqlər başlanıldı
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO
Yay vaxtına keçid bizə nə verir?
Pensiya fondu göstəriciləri açıqladı
Yataq örtükləri
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Vampir-balıq kəşf edildi