Bu gün Nobel mükafatçısı Aziz Sancar Azərbaycan Dövlət İqtisad Universitetində mətbuat konfransı keçirib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, A.Sancar Azərbaycana səfəri və keçirdiyi görüşləri haqqında danışıb. O, qeyd edib ki, Azərbaycana səfəri çox səmərəli keçib: "Azərbaycanda müxtəlif universitetlərdə oldum, elm adamları ilə görüşlər keçirdim. Azərbaycan elm adamları geniş biliyə malikdirlər, çox gözəl işlər görürlər".
Nobel mükafatçısı Azərbaycanda nano-texnologiyalar sahəsində çalışan elm insanlarının işlərini də çox bəyəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan elm adamlarının gördüyü işlər dünya elminin inkişafına böyük töhfə verir.
A.Sancar Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Bakını çox sevdim, çox təmiz və səliqəli bir şəhərdir. Gözəllikdən ayrı, Bakının türk tarixində önəmli rolu var".
Nobel mükafatçısı hansı mükafat almasından asılı olmayarq insanların vətənpərvər olmasını, vətənə bağlılığının vacib olduğunu diqqətə çatdırıb.
Nobel mükafatçısı diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında danışıb.
Jurnalistlərin suallarını cavablandıran A.Sancar bildirib ki, bu gün hələ də diabet və xərçəng xəstəliyinin müalicəsi tam olaraq tapılmayıb.
O qeyd edib ki, insanlar bu xəstəliklərə tutulmamaq üçün qabaqlayıcı tədbirlər görməli, sağlam həyat tərzi yaşamalıdır: "Diabet xəstəliyinin əsas səbəbi köklükdür. İnsanların maliyyə vəziyyəti yaxşılaşdıqca, onlar çox yeməyə başlayır və kökəlirlər ki, nəticədə diabet xəstəsi olurlar. Ancaq bu xəstəliyini müalicəsi tam mümkün olmasada, bir dərman qəbul etməklə və qidalanmasına diqqət yetirməklə öz normal həyatına davam edə bilər".
Nobel mükafatçısı hesab edir ki, köklük baxımından Azərbaycanda vəziyyət yaxşıdır: "Burada o qədər də çox kök insan görmədim".
Xərçənk xəstəliyinə gəlincə isə, A.Sancar bildirib ki, dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkmək səbəbindən baş verir. O qeyd edib ki, qalan faizi üzərində dünya alimləri çalışır: "Dünya alimləri xərçəng xəstəliyinin müalicəsi üzərində çalışır və müəyyən uğurlar əldə olunur, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir".
A.Sancar bildirib ki, sağlam həyat tərzi yaşamaq istənilən xstəliyi önləyən addımdır: "Sağlam həyat tərzi yaşamayıb sonradan hər hansı bir xəstəliyə tutulduqdan sonra sağlam həyat yaşamağa başlaması effektiv olmur. Misal üçün biri 30 il siqaret çəkib xərçəng xəstəliyinə tutulur, sonra deyir ki, mən siqaret çəkməyi buraxıram. Təbii ki, xəstəliyə tutulduqdan sonra siqaretin tərkidilməsi, xərçəng xəstəliyini sağaltmır, bunu əvvəldən etmək lazım idi. Düzdür xəstəliyə tutuldqdan sonra müalicə və sağlam həyat tərzi müəyyən köməklik edir, ancaq sağlamlıq tam bərpa olunmur. Ona görə də insanlar öz sağlamlıqlarının qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmalıdır".
Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin arması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, bu iddiaları sübut edəcək bir dəlil yoxdur.
XƏBƏR LENTİ
Özcan Deniz yeni villaya köçdü
XİN: "Azərbaycan hərbi gücünü möhkəmləndirməlidir"
Sadə şaurma (foto resept)
Azərbaycana gətirilən avtomobillərin sayı azalıb
Hərbi hissədə səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib
Qara noqtələrə son
Səlçuk Bayraktardan Gəncə ilə bağlı paylaşım
Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO
Tam Günəş tutulması başladı - CANLI YAYIM
Beren Saat ayaqyolunda gizləndi-SƏBƏB
Baş infeksionist əhaliyə müraciət etdi
Mark Zükerberqin "üzən saray"ı - FOTOLAR
51 yaşlı Monika yaşına meydan oxuyur - FOTO
Xiyarla gözəlləşin
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı
52 uşağın arzusunu reallaşdırdı - FOTO
Məşhur aktrisa tanınmaz halda - FOTO
Nişan və ya qız toyu donları
Parollar az sonra olmayacaq
ÜST-dən koronavirus peyvəndi ilə bağlı açıqlama
BÜRCLƏR bizə nə vəd edir?-21 Mart
Toxunma oyuncaqlar
Bu şəxslərə koronavirus peyvəndi vuruldu: “İynə yerində...” - VİDEO
Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib
"Qadın.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (2)
Badımcanla göbələk bir arada(foto resept)
Qara mirvari
Bətninizdəki körpədən mesaj var
"Bizim Tarla" - Kürü məhsulları
Nişan geyimləri
MTRŞ: Şou verilişlərin səviyyəsi bizi narahat edir
BÜRCLƏR bizə nə vəd edir? - 9 MART
Muradla Aslı Yeni İli Barselonada qarşılayacaq-FOTO
3D döymələr
Əgər prezident olsaydım...
Koronavirusla bağlı ŞAD XƏBƏR
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Monika Belluçini kimsə tanımadı-FOTO
Cildinizi qocalmadan qoruyun.
Qadın qısqanclığı
Zakir Həsənovdan ermənilərə xəbərdarlıq
2013-2014-cü ilin ziyafət saç düzümləri
Rusiyada FHN-in helikopteri partladı
Şagirdlərə dərsliklərin paylanılmasına başlanıldı
Boğazında qaşıq qalmış gənc-FOTO
Kartof pəhrizi
BÜRCLƏR bizə nə vəd edir?-16 İyul
Prezident əhaliyə çağırış etdi
Koronavirusa qalib gələn xəstə danışdı: “Dünyada ən gözəl şey nəfəs ala bilməkdir”