"WhatsApp, Facebook, Skype, Viber və s. bu tip resurslara məhdudiyyətlər hələ də davam edir. Heç bir rəsmi açıqlama da yoxdur. Nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nə də xüsusi xidmətlər hər hansı açıqlama verməyiblər".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. O bildirib ki, qeyri-rəsmi məlumatlara görə, bu, təhlükəsizlik məqsədilə edilib:
"Anlaşılandır, xüsusilə də beynəlxalq tədbirlərin keçirildiyi zamanda. Tədbirlər də artıq başa çatıb. İndi nə baş verəcək? Hamını maraqlandıran bir sual var ki, görəsən, bu messencerlər birdəfəlikmi bağlanacaq?
Əgər həqiqətən də təhlükəsizlik məqsədilə bağlanıbsa, onda güman ki, bizim xüsusi xidmətlər başqa ölkələrdə olduğu kimi, adıçəkilən qurumlara əməkdaşlıq və serverlərini burada yerləşdirməyi təklif edəcəklər.
Onların buna münasibəti necə olacaq? Məlumdur ki, bu tip qlobal resurslarda ikili standartlar da var, onların balaca ölkələrlə münasibətləri korrekt deyil, biznes maraqları da yoxdur. Əgər əməkdaşlıq baş tutmasa, onlar serverlərini bura gətirməsələr, bu resurslara giriş qapalımı olmalıdır?
Düşünürəm ki, bu da normal hal deyil. Belə olan halda vətəndaşların, həmçinin ölkəyə gələn turistlərin informasiya münasibətləri necə olacaq, bu tip resurslar üzərində müxtəlif xidmətlər təklif edənlərin, biznes quranların taleyi necə olacaq?
Bu, həm də ölkənin beynəlxalq imcinə də ciddi təsir edən amillərdəndir. Yəqin ki, bu vəziyyət artıq Azərbaycanla bağlı beynəlxaq hesabatlarda mənfi hal olaraq özünə yer tapıb.
Beynəlxalq danışıqların, mobil operatorların danışıq tariflərinin yüksək olduğu bir zamanda bu cür qadağalar vətəndaşlara ciddi maddi ziyan da vurur. Bu prosesdə maraqlı tərəflər, biznes maraqları olanlar, bloklanmadan xeyir qazananlar da məlumdur.
Güman ki, bloklamadan sonra telefon danışıqlarının həcmi artıb və bu səs trafikinin yüksəlməsi hesabına, rouminq və beynəlxalq danışıqlar hesabına NRYTN (AzİnTelecom), Azercell, Bakcell və NAR gəlirlərini xeyli artıra biliblər. Bu qurumlar həmişə maraqlı olacaqlar ki, bloklanma daimi olsun.
Düşünürəm ki, hökumət bu problemin vətəndaşların normal informasiya münasibətlərinə zərər vermədən həllinə diqqət yetirməlidir. Bu problem maraqlı tərəflərin iştirakı ilə müzakirə olunmalıdır.
Fikrimcə, vətəndaşların maraqlarına toxunan bu tip bloklanmadan sonra, hökumət heç olmasa dərhal və heç düşünmədən beynəlxalq danışıq tariflərini, mobil operatorlar da rouminq tariflərini azalda bilərdilər.
Ümumiyyətlə, fikrimcə indiki zamanda bloklama həll variantı deyil. Məlum "soyuq müharibənin" texnoloji variantına oxşar olan bu addımların sonda effektiv olacağını düşünmürəm. Digər müxtəlif həll variantları ola bilər".
Milli.Az
XƏBƏR LENTİ
ABŞ-dan Rusiyaya müharibə siqnalı
Rusiyanın “Eurovision” təmsilçisi ölkəsindən mühacirət etdi
Məhsullarımıza tələbat artıb
Elektrikli avtomobil Bakıda
Qvardiola rəqibinin tərifini göyə qaldırdı
İstanbulda Xocalı faciəsi ilə bağlı fləşmob
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Günün ulduz falı
Jan-Klod Brisso vəfat etdi-FOTO
Dünyanın ən qoca atasının arvadı qaçdı
Qurban bayramında neçə gün iş olmayacaq? - AÇIQLANDI
Ermənilər Ağdam məscidini hərbi qərargaha çevirdilər
Günün ulduz falı
Qidadan zəhərlənmə sağlamlıqda ömürlük iz qoyur
Məşhurların uşaqlıq şəkilləri
"Yəqin Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək”
Moruq mürəbbəsi (foto resept)
Məşhur cütlüyün təzminat davası
Meryem Üzerli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Viktoriya Bekhem təbii dəridən imtina etdi
“Fatmagülün suçu ne?” rekord qırır
Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ
Manat bir günə 33% ziyan vurdu
Stil ikonu Taylor Tomas Hill
BÜRCLƏR bizə nə vəd edir?-3 Yanvar
Çində COVID-19-un ikinci dalğasının olmamasının səbəbi izah edildi
2014 - Yeni iliniz mübarək!
Karantin qaydalarını pozanların robotlarla imtahanı - VİDEO
Ramazanın 9-cu gününün duası
Rəğaib gecəsi
Çalışan analara məsləhətlər
Bakı aeroportunda erməni qadın saxlanılıb
Qarabağın məşhur motal pendiri necə hazırlanır? - FOTO
“Jazz”-ın yaranması
Sahə həkimi kimdir, nə iş görməlidir?
Çayı isti içənlərə XƏBƏRDARLIQ
Qırmız rəngli köynəklər
“McDonald's”lar bağlandı
Tort bəzəyi üçün şokolad necə hazırlanır?
Emin 4 gün Amerikada anşlaq etdi
"Facebook" yeni funksiyanı test etməyə başlayıb-FOTO
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
Günün ulduz falı
Qüdrətli gülüş ustası Nəsibə Zeynalovanın anadan olmasından 99 il keçir
Livanda qadın polislər turist cəlb etmək üçün şort geyindilər
Türkiyə döyüşə hazırdır
Fərqli saç aksessuarı
XİN: “Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir”
Rayonlara gediş-gəliş bərpa edilir? - RƏSMİ AÇIQLAMA