Bəzi insanlar oturaq işə nifrət edir və masa arxasında əyləşib bütün günü monitora baxmaq onlara sıxıcı görünür. Elə insanlar da var ki, bu az hərəkətli həyat tərzini sevir. Xüsusi ilə də bu həyat tərzi onlara böyük gəlir qazandırır.
Business Insider və O*NET analitik saytı, ABŞ-ın Əmək Nazirliyinin məlumatlarını araşdırırb və ABŞ-da il ərzində 100 min dollardan çox qazanan "oturaq" işlərin siyahısnı tərtib ediblər. Hər bir peşə, işdə nə qədər oturmaq tələb olunmasına əsasən 1-100 bal şklası üzrə qiymətləndirilib.
Beləliklə Banco.az sizə oturaraq, ən çox pul qazanan peşələri təqdim edir.
Aktuari
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $100 610
- "Oturaqlıq" dərəcəsi: 95
​Milli.Az banco.az-a istinadən bildirir ki, Aktuari maliyyə risklərinin həcmini və qeyri müəyyənlikləri analiz edir. Riskin ölçülməsi üçün onlar, riyaziyyat, statistika və maliyyə nəzəriyyələri biliyindən istifadə edirlər. Bu insanlar şirkətlərə və müştərilərə riskin dəyərini minimallaşdırmağa icazə verən strategiyalar hazırlamağa kömək edir. Onların işi sığorta sektoru üçün son dərəcə əhəmiyyətlidir.
Ekoekonomist
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $101 050
- "Oturaqlıq" dərəcəsi: 93
Ekoiqtisadçılar ətraf mühitin mühafizəsi və təbiət elementlərindən, məsələn su, hava, torpaq və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı iqtsadi təhlillər aparır.
Hüquqi - tənzimlənmə məsələləri üzrə menecer
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $104 970
- "Oturaqlıq" dərəcəsi: 92
İstehsal prosessinin planlaması, keçirilməsi və koordinasiyası ilə məşğul olur ki, bu prosess eksplutasiya standartlarına və qaydalarına cavab versin.
İnvestisiya fondlarının idarəedicisi
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $104 970
- "Oturaqlıq" dərəcəsi: 94
İnvestisiya fondlarının idarəedicisinin öhdəliklərinə investisiya strategiaylarının hazırlanması və planlaşdırılması, həmçinin müxtəlif fərdi investorlar və korporativ müştərilər tərəfindən fonda təqdim edilmiş iri həcmli aktiv vəsaitlərin idarəedilməsi ilə bağlı əməliyyatlar daxildir.
Riyaziyyatçı
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $105 810
- "Oturaqlıq" dərəcəsi: 85
Fundamental riyaziyyat sahəsində təhqiqatlar edir və riyazi texnikaların elm, menecment və digər sahələrdə tətbiqi ilə bağlı araşdırmalar aparır.
Sistem proqram təminatı tərtibatçısı
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $106 860
- "Oturaqlıq" dərəcəsi: 96
Müxtəlif proqramların yaradılması ilə məşğuldur. Onlardan bəziləri isə xüsusi tətbiqlər hazırlayır ki, bu isə istifadəçilərə kompüter və ya digər qurğularda, müxtəlif tapşırıqlar icra etməyə imkan verir. Bəziləri isə sistemlər hazırlayır ki, bu və ya digər qadcetlərin və ya şəbəkələrin işləmə prinspini müəyyən edir.
PR -menecer və ya fond raising üzrə menecer
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $107 320
- "Oturaqlıq" dərəcəsi: 86
PR - menecerlər kompaniyanın və ya müştərinin obrazının cəmiyyətdə dəstəklənməsi və ya möhkəmlənməsi üçün material hazırlayır. Fond-raising üzrə menecer kompaniyaya xeyriyyə vəsaitlərinin cəlb olunması üçün müxtəlif kampaniyaların keçirilməsini təşkil və koordinasiya edir.
İT sahəsində elmi əməkdaş
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $111 840
- "Oturaqlıq" dərəcəsi: 91
Bu əməkdaşlar hesablama texnologiyalarından istifadənin yeni metodlarını hazırlayır və ya mövcud təhqiqatlarda yeni innovasiyalar axtarır. Onlar biznes, tibb, elm və digər sahələr üçün mürəkkəb hesabalamaların asan həll yollarını axtarıb tapır
Aparat təchizatı menceri
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $115 080
- "Oturaqlıq" dərəcəsi: 91
Bu peşənin təmsilçiləri kompüter sistemləri və ya prossesor, çap maşınları, yaddaş qurğuları kimi avadanlqıları araşdırır, tərtib edir, testdən keçirir. Belə mühəndislər kompüter avadanlıqlarının yeni inkişaf istiqamətlərini müəyyən edir və bununla da texnoloji inkişafı stimullaşdırır.
Təzminat və imtiyazlar üzrə menecer
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $116 240
- "Oturaqlıq" dərəcəsi: 89
Şirkətin öz əməkdaşlarına ödəməli olduğu əməkhaqqı, təzminat və digər müavinətlərin həcmini müəyyən edən proqramları hazırlayır, nəzarət edir, planlaşdırır. Onlar, şirkətdə quvvədə olan pensiyaya çıxma planı, tibbi sığorta və digər imtiyazlara görə məsuliyyət daşıyır.
Hüquqşünas
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $118 160
- "Oturaqlıq" dərəcəsi: 89
Fərdləri, şirkətləri və hətta dövlət qulluqçalarını belə hüquqi məsələlər və mühabisələr ilə bağlı konsultasiya edir.
Aviadispetçer
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $122 410
- "Oturaqlıq" dərəcəsi: 86
Mülki (kommersiya ) aviaxətlərin uçuşlarının dövlət və korporativ qaydalara uyğun həyata keirilməsinə və təhlükəsiz olmasına nəzarət edir.
Hakimlər, beynəlxalq hakimlər
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $125 880
- "Oturaqlıq" dərəcəsi: 94
Onlar məhkəmdə ədaləti təmin edir. Onlar qanunlara istinad edərək cinayətkarlara hökm çıxarır, cərimələr müəyyən edir, bəzən ABŞ-da hətta nikah mərasimlərində iştirak edir və ya nikahın ləğvini rəsmiləşdirir.
Pilot, pilotun köməkçisi
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $127 820
- "Oturaqlıq" dərəcəsi: 93
Əsasən təyyarələri idarə edir, biz onların "uçduğunu" düşünsək də onların günləri daha çox oturmaqla keçir. Həm sərnişin, həm də yük daşınması üzrə məsuliyyətli olurlar və əsasən öncədən müəyyən edilmiş qrafiklə uçurlar.
Neft mühəndisi
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $128 230
- "Oturaqlıq" dərəcəsi: 87
Neft mühəndisləri neft və qazın çıxarılması üzrə yeni metodlar və avadanlıqlar tərtib edir. Quyuların qazılması prosessini izləyir və texniki məsələlər üzrə konsultasiya edir.
Sistem administratoru
- ABŞ-da orta illik əməkhaqqının həcmi: $135 800
- "Oturaqlıq" dərəcəsi: 90
Sistem administratorları şirkətdə kompüterlərlə bağlı hər şeylə məşğul olur. Onlar təşkilatda informasiya texnologiyalarının gələcək inkişafı ilə plan hazırlamağa kömək edir və uğun kompüter sistemlərinə keçidə görə məsuliyyət daşıyır.
Milli.Az
XƏBƏR LENTİ
Məşhur cütlük BOŞANDI-SƏBƏB
ABŞ-la Rusiya arasında buz əriyir
Yağış, sulu qar və külək
Robert Jurakın əl işləri
Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO
Hava haqqında - 22.12.2013
Sızanaqlar üçün maska
Azərbaycan tarixindən yüz şəxsiyyət-93
Bərbərlər bu cür saç düzəltməyəcək
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
Depressiyadan rəsm çəkərək xilas oldu
Romantik yataq otağı dekorasiyası
Ərdoğan: "Xocalı soyqırımı 20-ci əsrin ən böyük faciəsidir"
Bunları edin - İstiliyə görə daha az pul ödəyin
Azərbaycanda əmək haqları artacaq
Operatordan qəribə addım - VİDEO
Noyabrın ilk gününün HAVAsı - XƏBƏRDARLIQ
Malyariyaya qarşı dezinfeksiya mütəmadi aparılmalıdır
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
Gələn il neçə gün istirahət olacaq?
9 yaşına kimi ana südü ilə qidalandı-FOTO
Məleykə Abbaszadə TQDK-nın ləğvindən DANIŞDI
Günün ulduz falı
Evdə saç boyayarkən nəyə diqqət etməli?
Təhsilə ən çox pul ayıran ölkələr – SİYAHI
Şeyma Subaşı paylaşımları ilə diqqət çəkdi-FOTO
Kivi mürəbbəsi (foto-resept)
Evdə saç jelesi hazırlayaq
Türkiyə bu axşam möhtəşəm matça hazırlaşır
Pul insanı necə məhv edir?
Azərbaycanda "inqilab ssenarisi": alver, acgözlər, villalar və milyonlar - ARAŞDIRMA
Balqabaq sıyığı(foto resept)
Məşhur müğənni islamı qəbul etdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Borclarınız varkən evlənməyin
Ən gözəl körpülər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Hadrutda küçələrə şəhidlərin adları verildi
Bakıda yeni ölü dirildənlər
Yaradıcılığını makiyajla göstərdi
Castin Biber keçəl oldu - FOTO
Evləndikdən 3 dəqiqə sonra boşandı
Alp dağlarında qar uçqunu faciəsi: ölənlər var
Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)
Tehranda hotellərin QİYMƏTLƏRİ
Firefox-lu ilk LG
Doğulan körpələrin çoxu oğlandır
Günün ulduz falı
Maraqlı faktlar
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə