Erməni mətbuatı Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalı aeroportu ilə bağlı yeni məlumat yayıb. "Yell Extreme Park" layihəsi çərçivəsində aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar gerçəkləşdirəcək.
"Xankəndi-Şuşa reysi ilə uçuşlar başlayacaq. Bu layihə esktremal turizm həvəskarları üçün nəzərdə tutulub" -deyə "Yell Extreme Park" laiyhəsinin rəhbəri Tiqran Çibuxçyan məlumat verib.
Xocalı aeroportundan uçuşların həyata keçirilməsi siyasi ab-havaya necə təsir edəcək?
Uçuşların gerçəkləşdiyi təqdirdə Azərbaycan tərəfi hansı mövqe ortaya qoya bilər?
Milli.Az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc modern.az-a açıqlamasında məsələnin aktuallığına toxunub. O, bildirib ki, Xocalı aeroportu məsələsi gündəmə gələn vaxtlarda Azərbaycan tərəfi çox kəskin reaksiya nümayiş etdirmişdi.
"Uçan obyektləri dərhal vurmaq mümkündür"
"Hətta hava nəqliyyatı sistemi ilə bağlı qanunvericilik aktlarında da ciddi dəyişikliklər aparılmışdı. O zaman müəyyən bir zolaqda, yəni 50 km məsafədə təyyarələrin və ya digər uçuş obyektlərinin təhlükəsizliyini təmin etmək üçün onların üzərinə vəzifələr qoyulduğu bildirilirdi. Bunun üçün beynəlxalq sənəd - Çikaqo Konvensiyası var. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Xocalı aeroportunun açılması açıq-aşkar müharibə üçün təxribatın ən böyüyü idi. Çünki coğrafi məkanı ələ keçirmə, hansısa səngərdə gizlənmək, ağır artilleriyanı ora toplamaq, hava məkanının da işğal edilməsi anlamına gəlməz. Çünki burada uçan obyektləri dərhal vurmaq, koordinasiya nöqtələrini müəyyənləşdirməklə zərərsizləşdirmək mümkündür".
"Aeroportu açmaqla planlarını həyata keçirmək istəyiblər"
Zahid Oruc Xocalı aeroportunun açılmasında erməni hiyləsini istisna etməyib.
"Xocalı aeroportunun açılmasını gündəmə gətirməklə Ermənistan tərəfinin növbəti planı mövcud olub. Görünür, onlar Qarabağın müstəqilləşməsi istiqamətində növbəti qurbanlarını tapmaq üçün içində mülki əhali olan təyyarəni Azərbaycan tərəfinin məhv etməsinə çalışırdılar. İstəyirdilər ki, bununla da Kosova modelini işə salmış olsunlar. Bəlkə də, ilk dövrlərdə layihə bundan ibarət idi. Sonrakı dövrlərdə belə addımları atmaqdan çəkindilər. Azərbaycanın gerçək planlara malik olduğunu gördülər. Nəticələrinin ağır olacağını təxmin etdilər".
"Azərbaycan bu məsələyə həssas yanaşır"
Deputat əlavə edib ki, aeroport Xankəndidə, yaxud da hansısa ərazidə yerləşsəydi, hansısa bir qurşaqdan yol tapıb kiçik ölçülü təyyarələri ora endirə bilərdilər.
"Amma Xocalı ilə bağlı məsələ onları çıxılmaz vəziyyətə salıb. Çünki xarici məkana bunu necə təqdim edəcəkdilər?! Məsələ budur. Digər tərəfdən, hazırkı dövrdə ekstremal fəaliyyət üçün həmin addımları atmaq açıq-aşkar ciddi nəticələr doğura bilər. Tutaq ki, idman layihəsi kimi turistlərə, yaxud macəra axtaranlara yer vermək istəyirlər. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə, real vəziyyətinə, gərginliyin hazırkı durumuna baxmadan addım atıla bilərdi. Bu da növbəti toqquşmanın hədəfinə çevrilərdi. Ona görə də Azərbaycan tərəfi bu məsələyə həssas yanaşdığını bəyan edir. Düşünürəm ki, bu yöndə addım atılacaqsa, Azərbaycan tərəfi real imkanları çərçivəsində dərhal həmin təyyarələri havadan endirmək üçün xəbərdarlıq etməyə, öz qırıcı təyayrələrini yüksəkliyə qaldırmağa, onlara bu yöndə real siqnallar verməyə və tabe olmadığı təqdirdə onu vurmaq hüququna malikdir".
Milli.Az
XƏBƏR LENTİ
GƏLİNLƏR üçün DIRNAQ DİZAYNI
Çörək çəkini artırırmı?
Ceki Çan bu şəxsə 1 milyon verəcək-SƏBƏB
Şifrlənmiş ProtonMail-i sınamaq istəyirsiniz?
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Lerikdə zəlzələ oldu
Məşhur cütlüyün toyunda vacib qadağa
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
Məşhur aparıcı koronavirusa yoluxdu
Koronavirusla bağlı son vəziyyət açıqlandı
Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında
Namaz-II Ders-32 Fərz
Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb
Bu gün məşəli bu məşhurlar aparacaq
Məşhurlar dünən və bu gün
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Körpənizi geyindirərkən bunlara diqqət edin!
İnsanların rahatlığını təmin edən əşyalar
HAVA necə olacaq? 10 İyun
Bu virus adamı öldürür
Araik Aratunyan: “1500 erməni bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
Yadda qalan günlər
Hamiləliyin qarşısını almaq üçün ƏN QƏDİM və DƏHŞƏTLİ ÜSULLAR
Qonaq otağı dizaynları
Burun tutulmasını aradan qaldıran üsullar
Sevgilisinə evlilik təklif edən qız rüsvay oldu – Video
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Nazirlikdən "Son zəng" açıqlaması
Yeni MacBook gəlir
Qarderoba nə əlavə etməli?
Sadə Peçenye (foto resept)
"Kakos həzzi" tortu(foto resept)
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
Günün ulduz falı
Qarabağın yalnız bir həlli yolu var
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
Limon suyunun 10 faydası
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Tərsinə ev
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Putin nefti bahalaşdıracaq
Məşhur müğənni boşana bilmədi-SƏBƏB
Prezident qəbul keçirdi
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Çili yenə silkələndi
Bu günün hava proqnozu
Çoxuşaqlı ailələr bunu bilməlidir
Bal sistemi ləğv edilir: bəs sürücülər nə fikirləşir?