Sosial medianın yaranması ənənəvi medianın inkişafını stimullaşdırsa belə ortaya yeni problemlər də çıxartdı.
Məsələ bundadır ki, sosial media ortaya çıxmamışdan əvvəl insanlar adətən bir qəzet alır və bu qəzet vasitəsi ilə xəbərləri, şərhləri oxuyurdu.
Day.Az lent.az-a istinadən bildirir ki, İnternetin və eləcə də sosial medianın inkişafı insanları paralel şəkildə bir neçə mənbə üzrə məlumat almaq imkanı verdi.
Lakin sosial medianın xüsusilə də Facebookun parlaması saxta xəbərlərin aktiv şəkildə paylaşılması və yayılmasının da qarşısını açdı.
Sosial mediadan əvvəlki dövrdə insanlar hər hansı bir mətbu orqana inanırdılar və media da özünü oxucular qarşısında məsuliyyətli hiss edirdi.
Saxta bir xəbərə görə qəzetin tirajı düşə, nüfuzu itirə bilərdi.
Saytları bir yana qoyaq, hansısa bloqda yazılan xəbər bütün ölkə gündəmini bir anda dəyişə bilər.
Əlbəttə, bu xəbərlərin yanlış olduğunu bir qisim adam rahatca anlaya bilə.
Amma media savadlılığı (media literacy) yəni xəbərləri düzgün oxuyub analiz etmə qabiliyyəti çox təəssüf ki, az insan bacarır.
Bu mühitdə yalan xəbərlərin geniş yayılması nəinki Azərbaycan, elə dünya üçün də xarakterikdir.
Misal üçün, ABŞ-dakı prezident seçkiləri zamanı "Roma papası Trampı dəstəklədi" xəbəri milyonlarla oxunmuş və bir çox amerikalı bu yalan xəbərə inanmışdı.
Kütlə psixologiyası barədəki dərin müzakirələrə girmədən bircə onu qeyd etmək lazımdır ki, kütlənin şayiələrə, cürbəcür konspirologiya nəzəriyyələrinə inanması xarakterik və səciyyəvi bir mənzərədir.
Sözügedən xəbərə görə Facebook çox ciddi təzyiqlərə məruz qaldı.
Və buna görə də Facebook yalan xəbərlərə qarşı mübarizə aparmaq üçün çoxdandır üzərində çalışdığı bir sistemi dövriyyəyə buraxdı.
Artıq Facebook istifadəçiləri yalan xəbərləri Facebook rəhbərliyinə çatdıra bilirlər.
Lakin istifadəçi xəbərdarlıqlarından əlavə Facebook correctiv.org adlı təsdiq mərkəzi ilə də bərabər çalışır.
Bu sistem Amerikadan sonra Almaniyada da çalışır.
Tezliklə bu sistem bütün dünya üçün açıq olacaq.
Sistemin tətbiq olunmasında müəyyən problemlər yaşansa belə bir çoxları onun uğuruna inanır.
Yalan xəbərlər Facebookda yenə də paylaşıla biləcək lakin onların yalan olduğu üstünə yazılacaq.
Prosesin gedişatında bu cür saytların ümumiyyətlə Facebookda bloklanması da gündəmə gələ bilər.
Ona görə də Azərbaycan internet mediasını - rejissoru dörd dəfə "öldürən", psixoloqun intiharlı üçün ortaya konspirologiya nəzəriyyələri atan, bir sözlə yalan xəbərləri tirajlayan media orqanlarını - çətin günlər gözləyir.
Hər bir işdə olduğu kimi bu işdə də istifadəçilərin fəallığı mühüm rol oynayacaq.
Arzu edirik ki, yeni sistem bu cür yalan xəbərləri, şayiələri, ən ağlasığmaz şeyləri xəbər kimi oxuculara sırımaq istəyən media orqanlarının qarşısında yeni maneəyə çevriləcək.
XƏBƏR LENTİ
Qeyri-adi interyerlər
Körpələr üçün düyülü yemək
Bon Prixdən qadın kostyumları
Zəncəfilin faydaları
Yenə Həccə gedək, yoxsa xeyriyyəçilik edək?
İt çəkməyi öyrənək
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Ermənistanda böyük qiyam başlayır
Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi üçün 2 milyon manat ayrıldı
Gəlinlik saç düzümləri
V, VIII və X sinif şagirdləri hansı hallarda sinifdə qalacaqlar?
Dərbənd qalasının bir hissəsi dağılıb
Bakıda Novruz yarmarkaları
Çay nədir, say nədir...
Azərbaycanın lavaş zəfəri
Gözəllik inciləri
Qabaq qovurması (foto resept)
Ən təhlükəli qida hansıdır?
Dondurulmuş pomidor püresi (foto resept)
Ajda Pekkanın 8 milyonluq evi muzey oldu-FOTO
Bu peşənin sahibləri qripə yoluxmur
Lobya salatı (foto resept)
Ev dekorasiyanızı özünüz yaradın
Monika Belluççi məşhur markanın dəfiləsində - VİDEO
Azərbaycan millət vəkilləri Brüsseldə keçirilmiş “Parlamentlərdəki qadınların Qlobal Forumu” adlı Zirvə Toplantısında iştirak etmişlər
İki nəfər 90 milyon avro uddu-FOTO
Azərbaycan dili - I dərs
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb
Hardan bilək ki, dostumuz zərərli insandır?
Kartof Frii (foto resept)
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Bakıdakı uşaq bağçalarında daha bir yenilik
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Məşhur aparıcı nikaha cənazə maşınında gəldi-FOTO
Aida M-ova ilə müsahibə
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Hazal Kayanın yeni tərzi-FOTO
“Məzun günü” mayın 27-də olacaq
Kokoslu-albalılı keks (foto resept)
Əgər prezident olsaydım...
Finlandiyada 16 yaşlı qız bir günlük baş nazir olub
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
46 yaşında yenidən tələbə adını qazandı
Yeni ildə "Küpəgirənin hiyləsi" göstəriləcək
“Android” istifadəçilərinin DİQQƏTİNƏ
Məşhur müğənni pul yağışına tutuldu-FOTO
Beş ayda 11 mindən çox insan iş tapıb
Atakamanın nəhəng əli
Lady Qaqa