Son bir neçə ayda Bakıda su filtri satışı ilə məşğul olan firmalar fəallaşıblar. Qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandıran belə şirkət nümayəndələri filtri satmayana qədər əl çəkmirlər. Onlar daha çox axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər. Əvvəlcə işi mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olan xanım əməkdaş göndərilir. Daha sonra bir neçə qurğu ilə ailənin istifadə etdiyi suyun heç texniki suya da yaramadığını "sübut edir" və sağlam yaşamağın yeganə yolunun su filtri almaq olduğuna inandırırlar.
Milli.Az xəbər verir ki, şikayətçilərin virtualaz.org-a bildirdiyinə görə, təcrübə zamanı istifadə edilən su elektroliz cihazı ilə parçalanır və mineralları ayrılır. Bu zaman suyun üzünə qara palçığa bənzəyən maddə çıxır ki, sakinlərin də təşvişinə səbəb olan məhz budur. Çirkli su içdiklərini düşünən istehlakçılar nəyin bahasına olursa-olsun dərhal su filtrini almağa razılaşırlar.
Şikayətçilər deyirlər ki, fırıldaqçılıqla məşğul olan bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər.
500 manatlıq filtri 1200 manata satırlar
Şikayətçi Vüsalə Rüstəmovanın sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şirkət həm də filtri bazar qiymətindən bir neçə dəfə baha satır.
"Bizə tez-tez gəlirlər. Hətta bir dəfə evə buraxdım ki, görüm necə yoxlayacaqlar. Qaynanmış su ilə qaynanmamış suyu yoxladılar. Şirkət nümayəndəsi dedi ki, suyunuz təmiz deyil, mütləq aparat alıb süzməlisiniz. Qiyməti də 1200 manat. Sonra həmin filtri 500 manata "Sədərək" ticarət mərkəzində gördüm".
Digər bir şikayətçi Rəşad Süleymanov isə yaşadığı binadan belə fırıldaqçılıqla məşğul olan şirkətin 10 nəfərlik qrupunu qovduğunu deyir.
"Çox həyasızlıq edir, mənzilə zorla girirlər. Bu işdə xüsusən də, qadın əməkdaşlar canfəşanlıq edirlər. Binada 1100 manata təklif etdikləri filtri mənə 470 manata satırdılar", - deyə şikayətçi bildirir.
"Su filtri bazarında hərc-mərclikdir"
Bəs filtr satan firmaların fırıldaq olduğunu necə bilək? Onlar istehlakçıları necə aldadırlar? Əslində içdiyimiz suyun təmiz olduğuna əminikmi? Sayt bu suallara aydınlıq gətirmək üçün araşdırma aparıb. Məlum olub ki, su filtrlərinin satışı ilə məşğul olan firmalardan Azad İstehlakçılar Birliyinə (AİB) xeyli şikayət daxil olub. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda filtri quraşdırıb gedəndən sonra belə firmaları tapmaq müşkülə çevrilir.
"Ötən həftə bizə su filtri quraşdıran şirkətlə bağlı belə bir şikayət daxil olmuşdu. Biz araşdırdıq, məlum oldu ki, su filtri satan şəxsin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır. Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq", - deyə AİB sədri bildirir.
Ekspertin sözlərinə görə, su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Gördüyü qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan mineralların yanması nəticəsində əmələ gəlir ki, bu da normal prosesdir.
Bu su filtrləri həm də ona görə təhlükə mənbəyidir ki, suda insan bədəni üçün əhəmiyyətli olan kalsium, natrium, maqnezium, fosfor, kalium, dəmir, mis və sink kimi mineralları yox edir.
Hazırda ölkədə su filtri bazarında hərc-mərclik olduğunu deyən E.Hüseynov hesab edir ki, bunda həm də əhali günahkardır. Kanalizasiyaya içalat, pampers və digər tullantıların atılması təmizləyici qurğuların işini çətinləşdirir. Bu vəziyyətdən istifadə edən su filtri satanlar da at oynadırlar. AİB sədri hesab edir ki, problemin hökumət səviyyəsində qaldırılmamasının səbəbi ölkədə istehlakçı hüquqlarının qorunmamasıdır. "Bu qədər şikayət olsa da, heç bir dövlət qurumu problemin qarşısını almaq istəmir. İqtisadiyyat Nazirliyi heç bir müraciət olunan şikayəti araşdırmır", - deyə AİB sədri bildirir.
Əhaliyə verilən su standartlara cavab verir?
"Azərsu" ASC-dən isə su filtri satan fırıldaqçılarla bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edildiyini deyirlər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, əhaliyə verilən su standartlara cavab verir:
"Bu məhsulları satan şəxslərin şirkəti qeydiyyatdan keçməyib, onlar fərdi qaydada işləyirlər. Onlara qarşı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti mübarizə aparmalıdır və bu məsələdə vətəndaşlar da fərdi qaydada iş görməlidirlər. Biz deyirik ki, bizim suyumuz standartlara cavab verir və suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyi də bunu təsdiqləyir", - deyə A.Cəbrayıllı bildirir.
Şikayətlər araşdırılır, tədbir görülür, amma...
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən virtualaz.org-a verilən məlumata görə, nazirliyinə bununla bağlı hər hansı şikayət daxil olsa, araşdırılaraq tədbir görülür:
"Bizə bu il bir şikayət daxil olub. Belə ki, istehlakçı mağazadan su filtrini alıb, amma onun reklamındakı göstəriciləri real göstəricilərlə üst-üstə düşməyib. Biz bunu araşdırmışıq və həmin istehlakçının pulu geri qaytarılıb. Əgər bizə belə şikayətlər olarsa, biz araşdırmağa hazırıq", - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
"Beynəlxalq sertifikatımız var, fırıldaqçı deyilik"
Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon nömrələrini tapa bildik. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da cavab vermək istəmədilər. Yalnız "Dinamik Okean" şirkəti ilə əlaqə saxlaya bildik ki, onlar da fırıldaqçılıqla bağlı deyilənlərlə razılaşmadılar. Şirkətdən Amerika və Almaniya texnologiyalarla çalışan su filtrləri satdıqlarını və hətta beynəlxalq sertifikatlarının da olduğunu dedilər. Məlum oldu ki, günahkar mineralların təhlükəli olduğunu anlamayan əhalidir.
"Azərbaycanda mineralları faydalı şey kimi başa düşürlər. Əslində isə bunların normadan artığı ziyandır. Düzdür, təcrübə zamanı suyun qaralması elektroliz cihazı ilə parçalanma ilə bağlıdır. Biz filtrdən keçən suyu da elektroliz aparatına qoşuruq. Orada nisbətən az saralma olur. Bu orada mineralların miqdarında olmasını göstərir, burada heç bir fırıldaq yoxdur. Qiymətlərə gəlincə isə, bir məhsulun müxtəlif qiymətlərə olması normaldır, bizim satdığımız filtrlər keyfiyyətli olduğuna görə bahadır", - deyə şirkətdən bildirdlər.
Milli.Az
XƏBƏR LENTİ
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
Azərbaycana qar yağacaq
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Reper 250 minlik dişlərini göstərdi-FOTO
İşsizlərə ŞAD XƏBƏR
Dadlı peçenyelər (foto resept)
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Pərvanə Bayramqızının "Yaza bilməyən yazıçı" kitabı nəşr olundu
Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
Hadisə narazılığını dilə gətirdi-FOTo
Kremli rulet (foto resept)
Londondan Serjə Qarabağ şilləsi
Ərdoğan Türkmənistanda hamını heyrətləndirdi
Akvarium masaları
Sonu çətin başa düşülən filmlər
Günün ulduz falı
Sentyabr ayının qalibləri!
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Xavi "Barsa"dan gedə bilər
Almanlara qalib gəldik
Ürək formalı çələng düzəldək
Bürclərin mənfi xüsusiyyətləri (1)
Yay havası gəlir
İyul ayının qalibləri!
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Sizi "tox" saxlayacaq 7 qida
İran kosmosa insan göndərəcək
Azərbaycanda depressiya artır
Rəsul Çunayev: "İnanmasaydım, burada olmazdım"
Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yayıb
Göz qələmində bilmədiyimiz təhlükələr
Azərbaycan tarixindən yüz şəxsiyyət-40
Şeron Stoundan yeni FOTOsessiya
Gəncədə böyük izdiham yaşanır
Həkimlər xəbərdarlıq edir
Keyt Moss və qızı diqqət çəkdi-FOTO
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Dəvələrin gözəllik müsabiqəsi keçirildi - FOTO
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Lopez Ledi Qaqanı ağlatdı - FOTO
Murat Boz hələ evlənmək istəmir - FOTO
Corc Sorosdan böhran xəbərdarlığı
Gözəllik tövsiyələri
Sabahın HAVAsı
İstirahətə tələsin
Yağışdan da elektrik alınacaq
Lamborghini
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb
Neftimiz bahalaşdı