Qarabağ motal pendiri özünəməxsus hazırlanma qaydası və dadı ilə digər pendir növlərindən seçilir. Qaldıqca yetişən və daha da dada gələn Qarabağ motal pendiri həm doyumlu olur, həm də rahat həzm olunur. Bəs görəsən, motal pendiri necə hazırlanır?
Milli.Az bildirir ki, Ağcabədi rayonu Avşar kənd sakini Gözəl Abdullayeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, motal pendirini əsasən dağda olanda düzəldirlər.
Pendirin hazırlanma qaydasından danışan G.Abdullayeva deyir ki, qoyunun dərisi bütöv soyulur, duzlanaraq qurudulur. Bir müddət sonra dəri yuyulub yenidən qurudulur. Dərinin qolları iplə möhkəm bağlanır. Motal pendiri hazırlamaq üçün qoyun və ya keçi südü süzülür, sonra qursaq mayası ilə mayalanır. Mayalanmış süd torbaya tökülür, acı suyu çıxsın deyə üstünə ağır daş qoyulur. Pendir doğranır, duzlanır və 10 gün saxlanıldıqdan sonra motala yığılır. Bu zaman motalın tüklü tərəfini ikiqat tənziflə örtmək lazımdır. Pendirin bərkiməməsi və dadlı olması üçün motala dələmə də əlavə edilir. Ağzı bağlanan motalı uzun müddət saxlamaq da mümkündür.
Gözəl nənə bildirir ki, hər il yay fəslini Qarabağın gözəl yaylağında keçirərdilər: "Dağların ətri, kirşanı, laləsi... ən gözəl xatirə kimi yaddaşımda həmişə qalacaq. Göy çəməndə yuxa salar, cincilim yığıb kətə bişirərdik. Nehrə yağını kətənin, motal pendirini isə yuxanın, ya da isti təndir çörəyinin arasına qoyub ləzzətlə yeyərdik. O zamanlar dağa gedənlərin, demək olar ki, hamısı motal pendiri düzəldərdi. Payızda dağdan arana qayıdanda motalları özümüzlə gətirərdik".
Hazırda motal pendirinin hazırlanması ilə məşğul olanlar çox olmasa da, əsrlərdən gələn bu ənənə xalqımız tərəfindən yaşadılır və gələcək nəslə ötürülür.
Milli.Az
XƏBƏR LENTİ
Özcan Denizdən yeni FOTO
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Nika Huk
Kələm salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi - FOTO
HAVA necə olacaq?-31 yanvar
Ev üsulu toyuq kolbasası (foto resept)
Lauranın əl işləri
"İstanbullu gəlin"də üç məşhur çəkiləcək-FOTO
Mixəyin dəriyə faydası
Günün ulduz falı
Azərbaycanın daha yeddi kəndi azad olundu
Ermənilərin oğurluğu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Hər qadın 2 kq kosmetika yeyir
Hande Ataizi ərə gedir-FOTO
Qəzet oxumaq tərziniz xasiyyətinizdən xəbər verir
Qara nöqtələrlə mübarizə aparan 4 pilinq (video)
"Qarabağ" rəqibini darmadağın etdi
Saxta dostu necə tanımalı?
Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü: 321 yeni yoluxma
Əli Babacan: "Azərbaycan qardaş ölkədir"
Cim Kerridən GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ-FOTO
Şok ixtisar: 26 min nəfər işsiz qalacaq!
Ermənilər Laçında Su Elektrik Stansiyası tikirlər - FOTO
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
“WhatsApp” yeni rekorda hazırlaşır
Payız depressiyasından xilas olmağın yolları
Koronavirus xəstələri üçün ən təhlükəli dövr açıqlandı
Azərbaycanda toylar qadağan edildi - RƏSMİ
Ziyafət çantaları
Kəsmikli alma piroqu
Azərbaycanda karantin rejimi yenidən yumşaldıldı-RƏSMİ
Post modern kilsələr
"Google"dan sevindirəcək yenilik
Göy rəngi sevən xanımlar üçün
Türkiyə kuboku: "Beşiktaş"da getdi
"Kosmosda da müharibə aparacağıq" - ABŞ HHQ qərargah rəisi
Hər kəs bu itdən danışır-FOTO
Ceyhun Mirzəyevin 70 illiyi münasibətilə tədbir keçirilib
“Instagram”da yeni funksiyalar
Geyim kombinasiyaları
"Ermənistanın ağır hərbi texnikasının Gədəbəy ərazisinə müdaxiləsi mümkün deyil"
Rahatlıq verməyən vərdişlər: çarə nədir?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir
Zəhərli qidalar
Dünyanın ən böyük aysberqi 1800 kvadrat kilometr əriyib