"IX sinif buraxılış imtahanında yeniliklər edilib".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib.
Onun sözlərinə görə, DİM və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə yaradılan İşçi qrup buraxılış imtahanının yeni modelini hazırlayıb: "Yeni modelə əsasən, imtahan əvvəlkilərdən fərqli olaraq biliklərin formalaşdırdığı bacarıqları yoxlayacaq. Yeni modeldə yazı işlərinə üstünlük verilməsi nəzərdə tutulub. İmtahan Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş şəkildə, iki mərhələdə keçiriləcək".
A.Batıyeva bildirib ki, tədrisi Azərbaycan dilində olan məktəblərin şagirdləri Riyaziyyat və Azərbaycan dili, tədrisi rus dilində olan məktəblərin şagirdləri isə Rus dili və Riyaziyyat fənnindən imtahan verəcəklər: "Birinci mərhələnin fevral və mart aylarında keçirilməsi nəzərdə tutulur. İkinci mərhələ isə iyun ayında baş tutacaq. Birinci mərhələnin imtahan müddəti 2 saat 30 dəqiqə, ikinci mərhələninki isə 1 saat 30 dəqiqə olacaq.
Şöbə müdiri qeyd edib ki, birinci mərhələdə Azərbaycan dili fənni üzrə oxu və yazı bacarıqlarını yoxlamaq məqsədilə iki mətndən istifadə olunacaq: "Riyaziyyat fənnində isə birinci mərhələdə 10 açıq tipli tapşırıqdan istifadə olunması nəzərdə tutulur. Bu mərhələdə şagirdlər təqdim olunan üç mövzudan birini seçməklə esse yazacaqlar. Esse yazılması məcburi deyil, amma essenin nəticəsi 11 illik buraxılış imtahanında nəzərə alınacaq. İkinci mərhələdə şagirdlərə Azərbaycan dili və Riyaziyyat fənlərinin hər birindən 30 qapalı tapşırıq təqdim ediləcək. Azərbaycan və rus dilləri istisna olmaqla tədrisi digər dillərdə aparılan məktəblərin şagirdləri hər iki mərhələdə yalnız Riyaziyyat fənnindən imtahan verəcəklər".
A.Batıyeva ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə online sınaq imtahanında da iştirak edə biləcəklərini vurğulayıb.
Milli.Az
XƏBƏR LENTİ
Həyatımın bir anından dosta məktub
Dost deyə-deyə...
Ən qeyri-adi geyimlər
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Təbii tonik və losyonlar
Qış mövsümünün ən faydalı şirələri
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
İlham Əliyevdən mesaj
Almanın qabıqları şəfa mənbəyidir
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Qolf üçün də "ağıllı" eynək olacaq
19 yaşlı gəncin istedadı
Günün ulduz falı
İnsan neçə dəfə sevir?
Benilüksdə səyahət etməli yerlər
Bu tərəvəzlər immuniteti gücləndirir
Qozlu sadə peçenye (foto resept)
Bakıdan İrəvana çox sərt cavab
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Google istifadəçiləri izləyir
Qonaq otağı mebelləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
15 yaşında məcburən ərə verildi, indi isə...-FOTO
İşimizi sevməyin yolları (1-ci hissə)
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Pareidoliya
Harri və Megan kraliçanın əmrinə etiraz etdilər-SƏBƏB
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Yerkökülü peçenye (foto resept)
"Qalatasaray"da nə baş verir?
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
İşıq saçan şəlalə - FOTO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Hava haqqında
Artıq çəkidən necə xilas olmaq olar?
Körpə ağlamağında gizlənən fayda
Brilliant ilə bəzədilmiş telefonlar
2 yaşlı uşaq anasını xilas etdi
Manat nə vaxt ucuzlaşacaq?
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ramazan ayının 28-ci gününün duası
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Gürcü valyutası da çökdü
Qadınların heç sevmədiyi hədiyyələr
- ŞƏRHLƏR