2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Milli.Az bildirir kİ, komissiyadan virtualaz.org-a verilən məlumata görə, yeni qaydalar Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.
Beləliklə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar.
Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcəkdir.
Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.
Yaxın vaxtlarda "Abituriyent" jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, test modelləri, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları nəşr ediləcəkdir. Həmçinin, həmin fənlərdən IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Milli.Az
XƏBƏR LENTİ
Keyt Bekinseyl pərəstişkarlarını son görüntüləri ilə heyran qoydu - FOTO
Bakıda klassik avtomobillərin yürüşü start götürüb
Xatirələr
Əsgərlərimiz "qan ocağı"ndan döndülər
Günün ulduz falı - 22.08.2013
NASA zəlzələ qurbanlarını xilas edəcək
"Türkiyə uzağı 3 ilə yox olacaq"
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Twitter-də video dövrü başlanır
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Qızlarına "Evet" adını qoydular - Referenduma görə
Əsgərlər intihar edə bilməyəcək
Hansı müəllimlərin maaşı artacaq?
Gəlin fataları
Kimə hansı rəng yaraşır?
Dünya qara buğdaya meyl edir
Məşhur aparıcının bu hərəkəti Qalmaqal yaratdı-FOTO
1 iyunda uşaqlara sürpriz (foto resept)
Hamiləliyinizə kef qatacaq 10 məsləhət
May ayının qeyri-iş günləri açıqlandı
Bakıda "qaşqabaqlı" yaz havası
Mobil qurğularda təhlükələr artır
Çörəyin qiyməti artacaq?
Tərtərin pambıq zavodunda düşmən atəşi nəticəsində başlayan yanğın davam edir
Düşmənin viran qoyduğu daha bir yurd yerimizin ürəkdağlayan görüntüləri - VİDEO
Bu rəsm əsəri 90,3 milyon dollara satıldı-FOTO
Yeni rəsm növü: Pişikli Mənzərələr
Şagirdlərin I sinfə qəbulu elektron formada ola bilər
10 min nəfərlik plov bişirildi-FOTO
Bakı metropolitenində fləşmob
Mavi almaz rekord qiymətə satışda
Yağış və külək geri qayıdır
Prezident İlham Əliyev Kürdəmirdə heyvandarlıq və süd kompleksi ilə tanış olub (FOTO)
5 il öncə boşandığı xanımı ilə bu səbəbdən bir araya gəldi
Münaqişə sevgi bağını gücləndirirmi?
Vərəm xəstəliyi (Tuberkuloz)
Kür çayının aşağı axınında müsbət dəyişiklik müşahidə edilir
Gənc yaşlarda saç ağarması
Bakı dumana bürünəcək
Bu smartfon 10 dəqiqəyə "dolur"
Azərbaycan vətəndaşı bədbəxt hadisələrdən sığortalanıbmı?
Hər gün üzünüzə gül yağı çəksəniz...
Süd və süd məhsullarının faydaları
Bakıda hansı xəstəliklər daha çox yayılıb?
Bu filmlər dövlət dəstəyilə çəkiləcək!
Nikolay Baskov onu müdafiə etdi
Dişlərin çürüməsinin səbəbləri
Məşhur aktyor yeni "Batman" olacaq-FOTO
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
Məşhur aktyor Boeing-ini hədiyyə etdi