Şabran rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı 5 min illik tarixə malik qazma evlər aşkarlanıb.
Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Trend-ə verilən məlumata görə, rayonun Aygünlü kəndi ərazisində Çaqqaltəpə abidəsində aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.
Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov bildirib ki, abidənin mədəni təbəqəsi çox qalındır. Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə üç qədim təpəlik mövcuddur.
İlkin tədqiqatlar zamanı abidələrdə Kür-Araz mədəniyyətinin erkən tunc dövrünün xarakterik xüsusiyyətlərinə rast gəlinib. Qazıntılar Çaqqaltəpə abidəsində 3 tikinti xüsusiyyətini müəyyənləşdirməyə kömək edib. Birincisi, ərazidə erkən tunc dövrünə aid 5 qazma ev tapılıb ki, bu tipli evlər hələ Azərbaycanda öyrənilməyib. İkincisi, Kür-Araz mədəniyyəti üçün xarakterik olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu, bölgə üçün xarakterikdir. Üçüncü xarakterik xüsusiyyət isə daş özül üzərində dairəvi evlərin tikintisidir.
Ekspedisiya rəhbəri bildirib ki, qazıntı işləri zamanı abidənin ərazisindən tapılan materialların əksəriyyəti keramikadır. Bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulpları olan saxsı məmulatlardır ki, bunlar da erkən tunc dövrünün əsas atributları sayılır.
Qazıntılar zamanı əksəriyyətində ox ucluqları olan çaxmaq daşından alətlər aşkarlanıb. Bu da sübut edir ki, eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhali əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olub.
Ərazidən tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.
Milli.Az
XƏBƏR LENTİ
Ajda Pekkanın fotoşopsuz halı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-13 Yanvar
Zeytun salatı (foto-resept)
Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... - FOTOLAR
Sümüklərdəki qəfəs sistemlərinin möhkəmliyi
Bir daha yorğun görünməyəcəksiniz
İnsanı eybəcər şəkilə salan xəstəlik
Cəbhədə erməni təxribatı
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Ermənistan ordusu atəşkəsi pozub
U-17 Avropa çempionatında finalçılar məlum olub: Dadaşov yenə fərqləndi
Sabahın HAVAsı
1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı
Bişirdiyi yumurtalar rəsm əsəri kimi görünür
Sızanaqlara qarşı nələri etməliyik?
Tovuzda zirzəmidən minaatan mərmisi aşkarlanıb - FOTO
Murad Dalkılıç Hande Erçelə evlilik təklifi etdi-FOTO
Tezliklə ayrılacağınızın 5 əlaməti
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Gizli günah qorxusu
Naomi Kempbelldən GÖZLƏNİLMƏZ FOTO
Elektron ticarət 1 trilyon dollara çatacaq
Məşhurlar makiyajsız necə görünür?
Hamiləyəm?
Pilates topuyla doğuşu asanlaşdırın
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Markdan iddialı AÇIQLAMA
Hava haqqında
Son dəb makiyaj üsulu
Ən səxavətli ölkələrin siyahısı
Kosmetik preparatlar
Qaranlıq beyni inkişaf etdirir
“WhatsApp” “Facebook”u ötüb
Abituriyentlərin NƏZƏRİNƏ: ayın sonunadək qeydiyyatdan keçmək lazımdır
Qarabağa səyahət (2)
Yevlaxda qeyri-adi olay
HAVA necə olacaq?-27 İyul
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
Düşüncənin riyazi dili - Təfəkkür dünyası
ABŞ-dan ermənilərə zərbə
Bu gün Səyavuş Aslanın doğum günüdür
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
BÜRCLƏR bizə nə vəd edir? - 18 APREL
Bütün dünyanın aciz qaldığı sual: Məktəbləri açaqmı? - Professor
Tramp koronavirusdan ziyan çəkən vətəndaşlarına 1200 dollar verəcək
Türkiyə Ordusu Ermənistan sərhədində
Kiara Ferragni
Uşaqlı evdə yaşayan pişiklərin dramı
Oyuna geçikən komandaya şok cəza verildi