Ukraynadan gətirilən toyuq ətinin istifadəyə yararsız olub-olmadığına dair mübahisələr davam edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məhsulun tərkibində normadan çox su vurulduğundan istifadəyə yararsız olduğunu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti isə əksini sübut etməyə çalışır.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə toyuq ətinin çirklənməyə məruz qaldığını iddia edir.
"Ukraynadan gətirilən toyuq budlarının yoxlanılması ilə bağlı dövlət qurumlarına müraciət etmişdik. Artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müraciətlərə cavab verib. Məhsuldan götürülən nümunələrdə 30,2 faiz su olduğu aşkarlanıb. Halbuki, standartlara görə, toyuq ətində yalnız 4 faiz su ola bilər", - Milli.Az bildirir ki, bunu E.Hüseynov virtualaz.orgsaytına açıqlamasında qeyd edib.
Hüquq müdafiəçisi toyuq budlarından istifadə etməməyi tövsiyə edir: "Təəssüf ki, iş adamlarına yaradılan şəraitdən sui-istifadə edənlər var. Dövlət qurumları isə bazarın çirkli məhsullarla doldurulmasına göz yumur".
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ukrayna Respublikasından gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti isə respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunduğunu iddia edir.
Xidmətdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. "Ukraynadan gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarında Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli, 25 saylı əmrinə əsasən "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"ə uyğun olaraq müayinələr aparılıb. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulub", - deyə xəbərdə qeyd olunur.
Baytarlıq xidməti məhsulun qida üçün yararlı olduğunu söyləsə də, toyuq ətinin tərkibindəki suyun normadan dəfələrlə çox olduğunun yoxlanılmadığını etiraf edir. "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmayıb. Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən, Ukrayna Respublikasından gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyyən edilib. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməyib. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilib",-baytarlıq xidmətindən belə deyiblər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur.
Qeyd edək ki, mübahisəyə səbəb olan toyuq əti hazırda satışdadır.
Məhsulun istifadəyə yararlı olub-olmadığı üçün əlavə müayinələrə ehtiyac var.
Milli.Az
XƏBƏR LENTİ
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Bürclərin mənfi xüsusiyyətləri
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Məşhur hind aktyorlarının bu günü
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Yaddaşı gücləndirən qidalar
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Merve Boluğur depressiyadan çıxdı-FOTO
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Yüksək təzyiqin zərərləri nədir?
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İdman zalında çəkilən qəribə şəkillər
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Qatil olmaq istəyirsinizmi?
Xankəndidə humanitar mərkəz yaradılır
Pazllar ("Yusifin dünyası")
2014-cü ilin bahar ətirləri
Zərərli qidalar
Belçikada güclü yağış və daşqın baş verib, ölənlər var
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Duzdan dərman düzəldin
Qozlu çörək (foto resept)
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Su pulu QALXDI
Dişlərinizi onunla qoruyun !
Azərbaycan filmləri Banqladeşdə
Bakıda qida yoxlamağın yeni yolu
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Can Yaman Burak Özçivitə söz atdı
Ədviyyatlar haqqında bilmədiklərimiz
GUAM PA Bürosu iki sənəd layihəsini təsdiqlədi
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Can Yaman haqqında şok iddia
Çiyələk mürəbbəsi (foto resept)
Kivi mürəbbəsi (foto-resept)
3D şəkillər
Müge Boz ana oldu-FOTO
Maraqlı evlənmə təklifi
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
“Ermənilər rahat dayanmır”
Kiçik xalçaların toxunma qaydası (Video)
Yaşıl meydanda daha bir ölüm
Priyanka Çopranın toyu 4 gündür ki davam edir-FOTO