Bakıda hava 10°
USD AZN
EUR AZN

Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə

Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11 attaşe ermənilərin atdığı 122 mm-lik ağ fosforlu top mərmisinin düşdüyü Tərtərin Əskipara kəndinə gəliblər. Onlar əraziyə baxış keçiriblər, attaşelərə erməni təcavüzü haqqında məlumat verilib. 

XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib ki, ermənilərin kimyəvi silahdan istifadə etməsi mülki əhali arasında çoxsaylı tələfat olmasına hesablanıb. Çünki bu ərazi kompakt yaşadığı kənddir və kənddə heç bir hərbi təyinatlı obyekt yoxdur. Hədəf ancaq dinc sakinlər olub. 

ATƏT-in nümayəndələrinin də ermənilərin kimyəvi silah atdığı əraziyə baxış keçirəcəyi gözlənilir. 

Mənbə: ANS PRESS

Səslərin sayı: 0
0
452
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış