Bakıda hava
USD AZN
EUR AZN

Ermənistandan aprel müharibəsi şərti

 

Ermənistandan aprel müharibəsi şərti

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması ilə bağlı növbəti dəfə açıqlama verib.

 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Nalbandyan Avropa Birliyinin Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüşdə danışıqlar prosesinin bərpa edilməsinin mümkünlüyü barədə müzakirələr aparıb.

Ermənistan XİN başçısı İrəvanın aprel döyüşlərinin təkrarlanmayacağı təqdirdə indiki halda danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. Nalbandyanın sözlərinə görə, bu addım danışıqlar prosesinin davam etdirilməsi üçün şərait yaradacaq.

Zalber isə öz növbəsində deyib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və Avropa Birliyi ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləyir.

Edvard Nalbandyan bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan imtina etməsi ilə verdiyi bəyanata əks açıqlama vermişdi.

Belə ki, aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an" başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

"Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil", - Sarkisyan bildirib.

Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə "bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu" cəlb etmişdi.

"Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?" -Sarkisyan deyib.

Lakin qısa müddət sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtina etmir.

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək qarşı tərəfə sarsıdıcı zərbələr endirib.

Ermənilərin 300-dən çox hərbçisi ölüb, 500-dən çoxu yaralanıb, onlarla hərbi texnikası məhv edilib. Azərbacyan SQ bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

Mənbə: Milli.Az

Səslərin sayı: 0
0
406
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Meditasiyanın bilinməyən növləri

    Bu meditasiya gözlərinizi açar və ətrafınızda nələr olduğunuzu anlamağınıza icazə verir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Surayye,O qeder gulmelidi ki uşaga xesteliyin ciddiliyini basa salsinlar da
  • İrem Derici estetik əməliyyatlarından danışdı

    Yalansa dogru olsun heç beyenmirem onu
  • Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz

    Avropadaki kimi oldu lap
  • Qırılan dırnaqları necə bərpa etməli?

    Dirnagim qirilanda salona qacirdim salonlar da bagliDirnagim qirilanda salona qacirdim salonlar da bagli
  • 17:55 - Müəllif: JosephhagPC
    Hüquqşunas məsləhəti (532)

    Hüquqşunas məsləhəti

    Белый от белых! Породный, очень красивый, хорошо сбалансирован. Прекрасный пигмент, окрас кристально белый. Шикарная родословная РКФ. ?менитые Питомники Мира, Предки Чемпионы Стран, ?нтер Чемпионы. https://vk.com/app5898182_-188413464#s=513461 С великолепным темпераментом и характером. Кукольная голова, очень короткая маленькая мордочка. Гарантировано померанский тип. Без породного брака. Перспективен для выставок и разведения. https://vk.com/app5898182_-188413464#s=513461 Но готов прожить и без этого, поэтому ищем ответственных, заботливых владельцев. Приучается к мытью, сушке феном, стрижке когтей, пелёночке. Документы РКФ, вакцинированы по возрасту. Доставка в регионы, предпочтительно авиа. В регионы отправка из аэропорта г. Челябинска По миру из а. Кольцово г.Екатеринбурга. https://vk.com/app5898182_-188413464#s=513461 https://www.youtube.com/watch?v=1VrXdBEzkjQ&list=PLPPtbd2dF2V7ktxMBkteQd_2_zPHDphbB&index=15
  • Koronavirusla bağlı SON STATİSTİKA

    Rəqəmlər saat başına artır uje baxmıram qorxuram
  • Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏĞ

    Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Nəticədə, öz görünüşündən utanan oğlan məcbur olaraq evdən çölə çıxa bilmir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Yaxşı eliyib xəstələnib ölməyi yaxşıdı ya bu saç?
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış