Və ya Ağdərədən qaçıb Vanadzorda doğan erməni qadın necə sülhpərvər oldu?
Mayın 2-də Ermənistanın kütləvi informasiya vasitələri bir-birinin ardınca Azərbaycanla bağlı həyəcanlı xəbərlər yayıblar.
Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin məlumatına istinad edib.
Bu xəbərlər isə Ermənistanda və Qarabağ erməniləri arasında vahimə yaradıb. Hətta hazırda Helsinkidə səfərdə olan Ermənistan XİN başçısı Edvard Nalbəndyan da finlandiyalı həmkarı Timo Soini ilə görüşdə vəziyyətdən ciddi şəkildə təşviş hissi keçirdiyini biruzə verib.
Erməni nazir iddia edib ki, Azərbaycan bütün təmas xətti boyunca əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir. Buna görə də işğalçı ölkənin naziri həyasızcasına beynəlxalq aləmi Bakıya təzyiq göstərməyə çağırıb. Nalbəndyan ardınca hay-haray salaraq deyib ki, Azərbaycan növbəti hərbi əməliyyatlara başlamaq üçün bəhanə axtarır. Ermənistan XİN başçısı 25 ildir ərazilərini işğalda saxladıqları Azərbaycanı 1994-cü ilin atəşkəs razılaşmasına əməl etməməkdə də suçlayıb.
"Düşmən ölkənin rəsmi qurumunun "cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan hərbi qüvvələrinin toparlanması və aktiv yerdəyişməsi müşahidə olunur", məlumatı gün ərzində Ermənistan KİV-lərinin manşetlərində yer alıb".
Dağlıq Qarabağdakı separatçı qurumun "ombudsmanı"nın da beynəlxalq təşkilatlara Azərbaycandan şikayət hazırladığı barədə xəbər yayılıb. Separatçılar Azərbaycan ordusunun hər an sarsıdıcı zərbə vuracağından ehtiyatlandıqları üçün beynəlxalq aləmdən nicat gözləyirlər. Düşmən ölkə və separatçı qurum Azərbaycan ordusunun 2-5 və 27-29 aprel tarixlərindəki gücünü görəndən sonra ciddi təşvişə düşüb. Üstəlik, Şuşanın işğal günü - mayın 8-də Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr vuracağı ilə bağlı hətta rusiyalı ekspertlərin fikirləri ermənilərin rahatlığını pozub. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Xankəndinə məhz bu gün gəlməsi və güzəştsiz mövqedən çıxış edən Bako Saakyanla görüşməsi də diqqət çəkir.
Yuri Xaçaturov Saakyanla niyə görüşdü?
Erməni generalın savaş qorxusu
Mayın 2-də həmçinin Qarabağ separatçılarının başçısı Bako Saakyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovla görüşüb. Erməni mətbuatı xəbər verir ki, "DQR"-in "müdafiə naziri" Levon Mnatsakyanın da iştirak etdiyi görüşdə sonuncu genişmiqyaslı hərbi əməliyyatlar, həmçinin Ermənistan və "DQR" arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Aprelin 5-də azərbaycanlı həmkarı ilə Moskvada atəşkəs razılaşmasına getməklə vəziyyətdən çıxan Xaçaturovun Saakyana nə məsləhətlər verdiyi bəlli deyil.
Sabiq nazirin müqayisəsi: 400 milyon hara, 3,6 milyard hara?
"Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə aprel döyüşlərindən sonrakı situasiyanı şərh edib. Ölkə mediasına müsahibəsində o 400 milyon dollarlıq hərbi büdcəsi olan Ermənistanın ordusuna 3,6 milyard dollar ayıran Azərbaycanla balansı saxlamasının mümkünsüzlüyünü etiraf edib. "
Nalbəndyan yenə "val"ı dəyişdi
Bir həftə öncə Serj Sərkisyanı təkzib edib İrəvanın danışıqlardan qaçmadığını deyən Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan yenə də "val"ı dəyişib və sərt ritorika ilə çıxış edib. O deyib ki, atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı real addımlar atılmasa, danışıqlar prosesi Azərbaycanın əlində yalnız şantaj aləti olacaq. Helsinki Universitetində çıxış edən erməni nazir iddia edib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və bu ərazi Stalin tərəfindən Sovet Azərbaycanına zorla birləşdirilib.
Tələbələrin güzəşt hüququ ləğv edilir, düşmən əsgər qıtlığı ilə üz-üzə
Bu arada Ermənistan ordusunun komplektləşdirilməsində yaranan çətinliklər ölkə rəhbərliyini sonuncu resurslara əl atmağa vadar edib. Hətta qadınların və qocaların ordu sıralarına çağırılması, Qarabağa gətirilməsi də vəziyyətə həlledici dərəcədə təsir etmədiyi üçün ali məktəblərdə təhsil alan erməni gənclərin möhlət hüququnun ləğv edilməsi məsələsi gündəmə gəlib.
Ölkə parlamentinin üzvü Tevan Poqosyan mətbuata deyib ki, bu layihənin reallaşması sosial ədalətin bərpa olunması demək olardı. Ermənistan hökumətinin aparat rəhbəri David Arutyunyan isə deyib ki, ay ərzində parlamentdə tələbələrin hərbi çağırışdan möhlət hüququndan məhrum edilməsi məsələsi müzakirəyə çıxarılacaq. "Biz bu təşəbbüslə hələ iki il əvvəl çıxış etmişdik. Ancaq o vaxt bilmirdik ki, bir neçə il keçəcək və aprelin 2-də hərbi əməliyyatlar başlayacaq" - deyən Poqosyan qanunvericiliyə dəyişikliyin gerçək mahiyyətini izah etmiş olub.
O deyib ki, ordudan yayınmaq üçün bir neçə variant var. Onlardan biri ölkəni tərk edib 27 yaşdan sonra qayıtmaq və cərimə ödəməkdir. İkinci yol sağlamlıq vəziyyəti ilə əlaqədardır ki, bu zaman da korrupsiya öz sözünü deyir. Poqosyanın fikrincə, erməni ordusundan yayınmaq üçün təhsil sistemi də öz rolunu oynayır, pulsuz təhsil alanlar ordudan yayınmaq şansı qazanır. Ona görə də deputat deyib ki, təcili şəkildə qanuna dəyişiklik etmək lazımdır. Təhsili isə orduda xidmətdən sonra almaq olar.
Bu detal Ermənistan ordusunda vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Düşmən ölkə PKK-çıları, muzdlu erməniləri Qarabağa cəlb etməklə də Azərbaycanla balansı yarada bilmir.
Və... Ağdərədən qaçan qadın Vanadzorda doğdu
Ermənilər ən müxtəlif hiyləgər təbliğat üsullarına əl atır. Azərbaycan əsgərinin işğalçı ermənilərə cavab atəşi nəticəsində Ağdərədəki evini tərk edib, Ermənistanın Vanadzor şəhərində yaşayan baldızının evinə qaçan bir erməni qadınının dilindən açıqlananlar da erməni hiyləsinin nümunəsidir. Liana Aqanbekyan deyib ki, yaranmış ağır durumla əlaqədar əri onu bura gətirib, 30 apreldə isə Ermənistanda qızı dünyaya gəlib. Bildirilir ki, ailə evə qayıtmaq istəsə də, hələlik bu, mümkün deyil: "İnanıram ki, hər şey yaxşı olacaq və mənim balacam sülh gətirəcək", - erməni qadın deyib. İşğalçı ölkə mediası bununla dünyaya sülhpərvər olduqlarını nümayiş etdirməyə çalışır. Ancaq elə yeni doğulan erməni qızın faciəsinə də özlərinin bais olduqlarını maskalamağa çalışırlar...
Ancaq o da istisna deyil ki, ermənilər beynəlxalq ictimaiyyətdə "Azərbaycan Qarabağ üzərinə qəfil hücuma hazırlaşır" rəyini formalaşdırmaqla əslində hiyləgər niyyətlərini reallaşdırmaq, itirilmiş mövqelərini geri almaq üçün hücuma keçmək istəyirlər. Hər halda hiyləgər düşmən tarix boyu özünü "yazıq" göstərməklə xain zərbələr vurmağı bacarıb. Qarabağ canilərini ötrafında toplayan "Yerkrapa"nın rəhbəri, general-mayor Manvel Qriqoryanın günlərdə dedikləri də bundan xəbər verir: "Bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər". Ona görə də ordumuz ayıq-sayıqlığını itirmədiyi kimi, rəsmi qurumlarımız da beynəlxalq aləmə çağırışlar etməlidirlər ki, sonrakı günlərdə Azərbaycanı qınayan olmasın...
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Leonid Aqutin Bakıya tək gələcək
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(2)
Bəlkə, gedək sürüşək?
Yerli dezinfeksiya tunelləri istehsal olunur - VİDEO
Neftçilər Xəstəxanasında pulsuz müayinə
Zelenskidən müsəlmanlara Qurban Bayramı jesti
Tərxunlu hind toyuğu(foto resept)
Xanım Zeynəbin (s) hərəmində məhərrəmlik hazırlıqları davam edir
Bir yerdə idman edək-5
Malikanəsini 6 milyon dollara satdı -FOTO
Dünyanın ən yaşlı sakini Barak Obamanı 117-ci doğum gününə dəvət etdi
Klassik köynəklər
Ərdoğan və Putin Azərbaycanla Ermənistan sərhədində baş verənləri müzakirə ediblər
Zebra çəkməyi öyrənək
Seyid Əzim Şirvani: şair, maarifçi, publisist
Selfi edin, xərçəng olub-olmadığınızı öyrənin
Frigidlik və ya cinsi soyuqluq
Facebook telefonunuza virus yayır
Hədik (foto-resept)
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Molla Nəsrəddinlə gülək
Köhnəlmiş ayaqqabıları yeniləyək
Dünya mətbəxi - İspaniya
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Yeni iri ilan növü aşkar edildi-FOTO
Məktəblilər susuzlaşma həddindədirlər
Ronaldodan duyğulandıran addım
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Quranı ayaqladı, polis tutdu
DSMF pensiyaçılara nə vəd edir?
Zövqlü geyimlər
Dərmanlar elektron reseptlə yazılacaq - ənənəvi reseptlərə son
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
Azərbaycan milli uşaq oyunları-2
4 həssas nöqtəyə 4 həssas qulluq
Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO
Ancelina Coli uşaqlarına görə hakimlə müqavilə bağladı-SƏBƏB
36 saat çəkən evliliyindən danışdı
Sərinlənmək üçün soyuq su içməyin!
Murad Bozdan Azərbaycanın haqlı mübarizəsinə dəstək
Böyük döyüş baş tutacaq
Övladlarına yaxşı baxa bilməyən valideynlər azadlıqdan məhrum edilə bilərlər
Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparıldı
Qarabağın azad olunması ilə bağlı imzatoplama kampaniyası davam edir
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Geri qayıdan trendlər
Lindsi Lohan yenidən efirlərə qayıdır
Marsa göndərilən avtomobil Yerə çırpıla bilər