Qəbizlik - bağırsaq fəaliyyətində çətinlik, nəcis ifrazının ağrılı olması, nəcisin sərt və quru olması halıdır. Qəbizliyin yaranmasına müxtəlif faktorlar səbəb ola bilər. Ancaq ilk növbədə qidalanma ilə bağlıdır. Kifayət qədər maye qəbul etməmək, zəif fiziki aktivlik, hərəkət azlığı və yağdan məhdud pəhriz saxlamaq qəbizliyin əsas və əhəmiyyətli səbəbləri arasındadır. Bədən suyunun 10 faiz azalması qəbizliyin yaranması üçün kifayətdir. Bu səbəbdən də maye qəbulu çox böyük əhəmiyyət kəsb edir.
Qəbizliyin digər səbəbləri kimi hamiləlik, yaşlılıq, bəzi dərmanlar (antidepressantlar, antihipertenziya və s.), metabolik pozuntular (hipotiroidizm, hiperkalsemi), anus, bel sütunu struktur və funksional pozğunluqlar, nevroloji anormallıqlar, psixoloji xəstəliklər, dəmir çatışmazlığı göstərilir. Ümumiyyətlə isə, posa ilə zəngin qidalarla (quru paxlalılar, meyvə, tərəvəz, tam taxıllı məhsullar) qidalanmaq, bol maye qəbul etmək və aktiv fiziki həyat tərzi qəbzlik problemini həll edə bilər. Bu səbəbdən lif miqdarı artırılmalıdır, ağ çörək və işlənmiş taxıllar yerinə tam taxıl məhsulları və paxlalılar istifadə edilməlidir. Meyvələrin qabığı soyulmadan yeyilməlidir. Probiotik xüsusiyyətli qidalar bağırsaq fəaliyyətinə təsir edərək uzun müddət nizamlı işləməsini təmin edir. Buna görə gündəlik qidalanmada kefir və qatığa yer verməli, hər paya çiy tərəvəz və salat əlavə etmək lazımdır".
Səhər oyandıqda bunları edin
Həkimlər qəbizliklə mübarizədə bunları məsləhət görürlər:
* Gündə 2.5-3 litr su içmək vacibdir.
* Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, gündə 2 fincan razyana, yaşıl çay və çobanyastığı çayını içməyə çalışın.
* Maqneziumla zəngin qidalar bağırsaq fəaliyyətini sürətləndirir, xüsusilə ispanaq, kahı, kərəviz, təzə paxla, xiyar, qoz-fındıq, badam maqnezium tərkiblidir.
* Hər gün içilən 1 stəkan mineral su da maqnezium tərkibli olduğu üçün qəbizliyə faydası olacaq.
* Daim idman etmək qəbizlik əlamətlərini azaldır, gündə ən azı yarım saat piyada gəzmək də öz təsirini göstərir.
* Hər gün eyni saatda tualetə getməyə çalışın. Tualetə getmək istəmirsinizsə, yenə də 10-15 dəqiqə oturmağa çalışın. Bu zaman tualetə getmək istəyiniz yaranacaq.
* Səhər oyandıqda otaq istiliyində 1 stəkan su və ya 1-2 ədəd quru ərik yeyə bilərsiniz.
* Əgər qəbzlikdən uzun zamandır əziyyət çəkirsinizsə, 2 ədəd quru əncir, 2 ədəd quru əriyi kiçik-kiçik doğrayıb, 1.5 stəkanı su ilə qaynadın. Daha sonra içinə 1/2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı kətan toxumu əlavə edib robotdan keçirin. Səhər ac qarına 2 stəkan ilıq suya bu qarışımdan 1 çay qaşığı əlavə edərək qəbul edin.
* Qəbizlik probleminin öhdəsindən gəlmək üçün həkimlə məsləhətləşmədən heç bir dərman qəbul etməyin.
Sonda bunu da əlavə edək ki, əgər qəbizlikdən iki həftədən çoxdur əziyyət çəkirsinizsə, yuxarıda sadaladıqlarımıza əməl edə bilərsiniz. Əgər faydası olmayacaqsa, həkimə və ya dietoloqa müraciət edin.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qaşıqla üz masajı
Həcc mərasimində 1400 il sonra yeni qayda - FOTO/VİDEO
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
2017-ci ilin ən yaxşı smartfonları
Bakının yol polisi sürücülərə və piyadalara müraciət etdi
Bu gün məktəblərdə "Son zəng" çalınır
Ermənilər bizdən üzr tələb edirlər
105 yaşında ölən yapon həkimdən uzunömürlülük sirri
Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
Həkimlərdən qorxulu xəbərdarlıq
Ölkələrə görə insanlar
Gəlinlər üçün gözəl ayaqqabı modelləri
Arıqladan detoks
Labirint-6
"R" hərfi olmayan aylarda niyə balıq yemək olmaz?
Mirşahin Ağayev koronavirusa yoluxdu
“Papito” ilə tanınan Seeya Bakıda klip çəkdi-VİDEO
Cennifer Lopez açıqlaması ilə SƏS-Küy yaratdı
"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - FOTO
“Çukur”da yeni aktyor
Ziyafət ayaqqabıları
Çətin və yaddaqalan şifrələri necə yaratmalı?
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Kalsium çatışmazlığının göstəriciləri
Düşmənin zabit heyətini aparan maşın məhv edildi - VİDEO
Pendirli sarımsaqlı toplar (foto resept)
Zaç Posendən yeni kolleksiya
12 il komada qaldı, ayılanda anasının bu sözlərini xatırladı: "Ümid edirəm ki, öləcəksən" - VİDEO
Dövlət qulluğu vəzifələrində işləmək istəyənlərin diqqətinə
Nazir: “Süni mayalanma mərkəzləri 2-3 aya istifadəyə veriləcək”
Gözəl görünüşlü boyunbağılar
"Şellak" sonrası dırnaq bərpası
Dünyanın sonu-1
Benzinin qiyməti niyə qalxdı?
Aygün izləyicilərinə səsləndi: "Məni söyün, təhqir edin"
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
Qış ayaqqabıları
Maşınlar Bakının mərkəzində saxlanılarsa
Xərçəngin boyun uzun olması ilə əlaqəsı varmı?
Beren Saat bir dəri, bir sümük qalıb - FOTO
Heyva dolması (foto-resept)
Kəpəklə mübarizə
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Günün qoroskopu:Məqsədli olun!
7 yaşlı azərbaycanlı "Brüs Li" - Bacarığı ilə görənləri heyrətləndirir
Nəmliyini itirən saçlar üçün maska
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Ailə büdcəsi proqramı
Ətrafındakı gözəlliyi görə bilirsənmi?