Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Çexiyanın "Echo24" portalında yayımlanan "Qafqazda yeni müharibə kimə əlverişlidir?" sərlövhəli məqalədə deyilir.
Portal yazır ki, Dağlıq Qarabağ ərazisi beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır: "Lakin burada etnik ermənilər yaşayırlar və ərazi Ermənistanla sərhəddədir. İki ölkə hələ I Dünya müharibəsi dövründə bu ərazi uğrunda vuruşurdu, lakin Sovet İttifaqı buna son qoydu. Ötən əsrin 80-ci illərinin sonunda isə münaqişə yenidən qızışdı. 1994-cü il atəşkəs imzalanana qədər Qarabağda müharibə getdi, nəticədə Azərbaycan öz ərazilərini itirməklə üzləşdi. Ermənistanın zəbt etdiyi bu ərazilərdə "Dağlıq Qarabağ Respublikası" yaradıldı. Bu kvazidövləti heç kim tanımır. "DQR" müstəqil olduğunu iddia edir, lakin heç kəsdə şübhə yoxdur ki, onu Ermənistan, dolayısı ilə Rusiya dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə zəif Ermənistan müharibədən qalib çıxmışdı. Azərbaycan münaqişə boyunca həmişə Türkiyənin dəstəyindən istifadə edib. Hər şeydən əvvəl hər iki dövlətin xalqı türkdür, həmçinin, Ankaranın Qafqaza dair öz siyasi maraqları var. Azərbaycana dəstək verənlər sırasında Qərbin də əksər ölkəsi var idi. Müsəlman İran isə həmişə Ermənistanı dəstəkləyib. Burada İranın Türkiyə ilə rəqabəti ilə yanaşı, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar faktoru da önəm daşıyır. Tehran hesab edirdi ki, Azərbaycanın müharibədə mümkün qələbəsi cənubdakı azərbaycanlıların ayağa qalxması və ona qarşı çıxması ilə nəticələnə bilər".
Məqalədə vurğulanır ki, münaqişə boyunca zaman-zaman gərginlik müşahidə olunub.
"Lakin heç vaxt ağır artilleriyadan istifadə qeydə alınmamışdı. Son iki ildə isə cəbhədə vəziyyət xeyli gərginləşdi, iriçaplı silahlar və ağır artilleriya dövriyyəyə girdi. Yeni minillikdə Rusiya Vladimir Putinin rəhbərliyi ilə yüksəlməyə başladı və Moskva Ermənistana dəstəyini daha da artırdı. Azərbaycan ağıllı davranaraq, Moskva ilə sıx münasibətlər qurdu. Rusiya müasir silahları Azərbaycana satmağa başladı, lakin çox baha qiymətə. Buna paralel olaraq da Ermənistana güzəştli şəkildə silahlar verməyə davam etdi. Azərbaycan öz hərbi büdcəsini artırdı və Ermənistanın dövlət büdcəsindən də yüksək həddə çatdı. Bu, Rusiyanı narahat etməyə bilməzdi, məhz buna görə İrəvana böyük miqdarda silahlar verdi", - deyə portal yazır.
Məqalədə qeyd olunur ki, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dəyişib: "Cəbhə xəttində artilleriya, vertolyotlar, pilotsuz təyyarələrin görünməsi adi hal alıb. Buna görə Dağlıq Qarabağda müharibənin başlaması gözləniləndir. Məlumatlar var ki, Azərbaycan öz arsenalına ən müasir silahları qatıb. Rusiya isə Su-30SM təyyarələrini Ermənistana verir. Beləliklə, Rusiya yenə "parçala və hökmranlıq et" siyasətini yürüdür".
Portal qeyd edir ki, Rusiya-Türkiyə qarşıdurması Dağlıq Qarabağa sıçraya bilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
İlk qəbul imtahanının vaxtı açıqlandı
Dünya liderliyinə iddialı olan Çin iqtisadiyyatı çökür
Gilaslı, limon souslu keks (foto-resept)
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Bunları bilmək maraqlıdır
Universitetlərin filialları niyə birləşdirilir?
63 illik nikahdan sonra eyni gündə öldülər
Kenan Beren Saata yazdığı mahnını oxudu
Şahzadə Beatris ərə gedir-FOTO
Saç tökülməsinin qarşısını alan 4 yol
2017 gəlinlik modelləri
Hava haqqında
Bir-birindən gözəl çiçəkli tortlar
Şəkər əvəzinə nə istifadə edək?
HAVA necə olacaq?
12 yaşlı uşaq oyuncaq tapançaya görə həbs olundu - FOTO/VİDEO
Özünüzü ifadə etməyi bacarırsınızmı?
Qısqanmaq və tərk etmək
Günün ulduz falı
Keçmiş sevgilisindən amansız qisas-FOTO
Səhv diaqnoza görə sinəsindən oldu-FOTO
Hacı Nurandan üzücü xəbər
Qara duzun xeyri və zərəri
Uzun saçlara necə qulluq etmək lazımdır?
Bakıda Günəşin dəyişkənliyinin sirri açılacaq
"Kiyev" tortu (foto resept)
Roseola infantum
2015-ci ilin telefon qabları
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Ulduzlar Şahmarın gözüylə....
Cirə çayının FAYDALARI: nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır
Yararlı məsləhətlər (2)
"Uruqvay Suaressiz də güclü rəqibdir"
Serenay Sarıkayanın 7 illik sirri ortaya çıxdı - FOTO
Gəncə sakini Karina Qriqoryan düşmən atəşi nəticəsində yaralanıb
Qadin.Net - 7 YAŞ
Ordumuz gücünü göstərdi
Xoşbəxt ailələrin sirri
Əhalinin gəlirləri artdı
Mətbəximizdə keçmişə dönüş
Rusiya Ermənistana tədarük edilən bəzi məhsullara görə rüsumları ləğv edir
“Nu, poqodi!” cizgi filminin davamı çəkiləcək
Çox yeyildikdə öldürən qidalar
Premenstrual sindromun qara zirə ilə müalicəsi
Ətirlər haqqında bilməli olduğunuz 10 qayda
Ərik pəhrizi
Alişanın Buseyə evlilik şərti var
Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq edəcək