İtdirsəyi - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.
Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli "başcıq" əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır. Bu zaman xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər də yarana bilər. Bu halda mütləq həkim-oftalmoloqa müraciət etmək lazımdır. Müalicə antibiotiklərin köməyilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldiqdə mütləq həkim-immunoloqa müraciət etmək lazımdır.Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilliyant yaşılı ("zelyonka"), yod və ya spirt vurmaq olar. Diqqətli olun ki, antiseptik gözə düşməsin!İrin əmələ qəldiqdə göz nahiyyəsinə isti bir şeyin (qrelka, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik) qoyulması yaxşı effekt verir. Dərman məhlulu ilə isladılmış pampıq və ya tənzif qoyulması məslət görülmür! Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz! Bu halda infeksiya gözə yayıla bilər!İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20%-li sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur.
Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal həkim-oftalmoloqa (göz həkimi) müraciət etmək lazımdır.İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar. Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir.Bu üsul da hər zaman xalyazionun tam çəkilməsi ilə nəticələnmir. Bu halda cərrahi əməliyyat aparılır. Əməliyyat bir neçə dəqiqə davam edir. Hal-hazırda bu əməliyyat lazerin köməyilə də aparılır. Lazerin vasitəsilə aparılan əməliyyat daha az travmatik olur və bu zaman tikiş qoyulmur.Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir - soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, qiqiyenik qaydalarına tam riayət edilməməsi və s.Xalyazion tez-tez əmələ gəlirsə mütləq immun sisteminizi möhkəmləndirin. Bunun üçün vitamin-mineral kopleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Təmizlik sağlamlıqdır
"Azərbaycan səhiyyəsinin ən ciddi problemi..."
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Melaniya Tramp hər kəsi heyran etdi-FOTO
2017-ci ilin trend rəngi: Qırmızı
Google vəd verdi
Napoleon qəlyanaltısı (foto resept)
Qeyri-adi geyimlər
Lobyalı şorba
Gündəlik yay geyimləri
Bakıda aksiya keçirildi
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - Rəsmi
Şəkər xəmirindən "qəhrəmanlar"
Adobe Photoshop (dərs 19)
Heyvanlara münasibət
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
30 minlik borc sənədi Ebruya göndərildi
Meqan Markl protokolu yenə pozdu-FOTO
Dəri xərçəngi
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEOREPORTAJ
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Azərbaycan Belarusdan 153 döyüş tankı alıb
Ermənilərin sponsorluq etdiyi amerikalı jurnalist Kəlbəcərdə “fake” süjetlər çəkdi - VİDEO
Nelson Mandela haqqında bilmədiklərimiz
2012-ci ilin ətək modası
Qarderobdakı təhlükələr
Çiban və ziyillərə qarşı müalicə üsulları
Qeyri-adi vanna otağı aksesuarları
Dərinizdəki yağı 4 mərhələ ilə təmizləyin
Hansı xəstələrə pulsuz dərman verilməlidir?
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Günün ulduz falı
Koronavirusa qalib gələn 3 yaşlı Banu - VİDEO
Türkiyədə 113 yaşlı nənə səs verdi
2014-cü ilin ən maraqlı elmi hadisələri
Yaşayış məntəqələrimizi hədəf alan düşmən raketi məhv edildi - VİDEO
Vilayət Eyvazovdan Polis İdarəsində DƏYİŞİKLİK
Ürəkdən süzülən sözlər
Seçim paradoksu
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Çarpaz çörək (foto resept)
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Qiyməli taya (foto resept)
17 yaşlı qız gözəllik müsabiqəsinin qalibi oldu - FOTO
Dünyanın ən bahalı reperi
Şeron Stounu ildırım vurdu
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib