Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Həmçinin şam yeməyi daha azkalorili olmalıdır. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur.Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir.Gecə saatlarında mədə, bağırsaqlar, qara ciyər dincəlir və özünü bərpa edir. Lakin əgər insan yatmazdan əvvəl çoxlu miqdarda qida qəbul edirsə (xüsusilə yağlı, qızardılmış və s. qidaları) onun mədə-bağırsaq sistemi dincələ bilmir, artıq yüklənir. Bu isə öz növbəsində müxtəlif pozulmaların inkişafına təkan verə bilər.Yatmazdan əvvəl yağlı, qızardılmış, duzlu, şirin qidaları, kolbasa-sosis, qırmızı ət, mayonez əlavə olunmuş salatlar qəbul etmək xüsusilə tövsiyə edilmir.Əgər aclıq sizi çox narahat edirsə, yatmazdan əvvəl 1 alma və ya portağal, 1 stəkan kefir, bioyoqurt qəbul edə bilərsiniz.Yatmazdan əvvəl mayenin qəbulunu da məhdudlaşdırmaq lazımdır. Bu xüsusilə çay, qəhvə, digər tərkibində kofein maddəsi olan içkilərə aiddir. Kofein sinir sisteminə qıcıqlandırıcı təsir edir ki, bunun nəticəsində insanın yuxusu pozula bilər.Bundan əlavə gecə vaxtı mayenin həddən artıq qəbulu böyrəkləri yükləyir. Bu isə gecə və səhər saatlarında arterial təzyiqinin qalxmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, bu çox təhlükəlidir. İnsult və infarkt kimi ağır pozulmaların bir çox hissəsi məhc səhər saatlarında baş verir.Bu səbəbdən yatmazdan əvvəl 100 qr adi su içmək kifayətdir. Səhər oyandıqdan sonra isə mütləq 1 stəkan su için. Bu orqanizmi oyadır, orqanizmin həzm və digər sistemlərini işə salır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
Azərbaycanda yeni virus aşkarlanıb
Obama 16 nəfərə medal verdi
Dırnaq boyasının tarixi
Xoşbəxt ailə niyə boşanır?
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
Tas kababı (foto resept)
Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları
İndoneziya qorxuya düşdü
Sadə manikür
Nikaha görə tibbi yoxlama həmişə effektlidirmi?
Gəlinciklər təbii makiyajla necə görünər?
Qu quşunun hazırlanması
İstanbul su altında
Stressə qidalarla qalib gəlin!
Soyuqdəymə əleyhinə pulsuz dərman
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
Günün ulduz falı - 18.03.2014
Kaktuslar və kompüter şüalanması (2)
Allergiya nədir?
Dünyaca məşhur cütlüyün qızı doğuldu
Şərqin böyük şəhərləri sular altında qalacaq
Bu filmlərə baxmaq pulsuzdur!
Azərbaycanda yol kənarında yaşayan insanlarla bağlı yeni qərar
Romanı ayaqyalın fəth edən afrikalı(3)
Sabah da qar yağacaq
Zəngilan rayonunun görüntüləri - VİDEO
Şeyma Subaşı ona gələn təkliflərdən danışdı_FOTO
Gənc göstərən makiyaj
Hamilə qadınlar hansı hallarda təyyarədən istifadə edə bilərlər?
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq
Armud şirəsinin faydaları
Balqabaqlı zapekanka (foto resept)
Bill Qeyts özünün "ağıllı" şəhərini tikəcək
HAVA necə olacaq?-29 yanvar
İrəvanın böyük müharibə mesajı
Prezident İlham Əliyev Salyan və Biləsuvar rayonlarında səfərdədir
Beyons yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sahildə üzgəcləri və kürkü olan naməlum heyvanın qalıqları tapıldı - FOTO
Boksçularımız ermənilərə dərs keçdilər
Dinimizin nəzərinə görə ailədə nə qədər uşaq olmalıdır?
Kino tarixinin ən böyük qəhrəmanları açıqlanıb
Məşhur aktyorun son halı sevənlərini qorxutdu-FOTO
Kəsmikli-şokoladlı peçenye (foto resept)
"Yeni il"obrazı
Zeze__cards - 2
Şəxsi avtomobillərdən istifadəyə icazə veriləcək - AÇIQLAMA
Daimi makiyajın incəlikləri