İyulun 13-də ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında isə dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı göstərişi oldu.
Lakin müxtəlif şəxslər tərəfindən sosial evlərin tikintisinin vacib olduğu söylənilsə də, hələ də bununla bağlı konkret layihə hazırlanmayıb. Mənzil bazarında qiymətlərin artması isə əhali arasında sosial evlərə ehtiyacı artırıb.
İqtisadi ekspertlər hesab edirlər ki, manatın devalvasiyasından sonra mənzil bazarında müşahidə olunan qiymət azalmaları, bu ilin payızından etibarən yenidən arta bilər. Bu isə mənzilə sahib olmaq istəyənlərin işini çətinləşdirəcək. Nəticə etibarı ilə cəmiyyətin mənzilə ehtiyacı olan müxtəlif təbəqələrində sosial evlərə və güzəştli ipoteka kreditlərinə tələbat artacaq.
Bəs, sosial evlərin tikintisindən sonra bu mənzillərə kimlər sahiblənə biləcəklər?
Məsələ ilə bağlı Musavat.com-a Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev danışıb. O bildirib ki, sosial evlərin tikintisi nəzərdə tutulub: "Biz burada dünya təcrübəsindən istifadə edəcəyik. O evlər adətən, aztəminatlı ailələr üçün nəzərdə tutulub. Məlumdur ki, sosial vəziyyəti yaxşı olan ailələr özləri istədikləri mənzillərə sahib olurlar. Sosial evlərdən isə özlərinə mənzil ala bilməyən şəxslər faydalanacaqlar. Mənzillər tam təmirli olacaq. Hər bir şəraiti qurulacaq. Maya dəyərini aşağı salmaq üçün beşmərtəbəli binalar formasında tikilməsi nəzərdə tutulub. Vətəndaşların bu evlərə sahib olma qaydaları da çox sadədir. Bununla bağlı dünyanın müxtəlif ölkələrinin təcrübələri mövcuddur. Əgər hökumət bu layihələri reallaşdırmağa başlayarsa, bu cür məsələlər həll olunacaq işlərdir. Qeyd etdiyim kimi, bu cür evlər adətən, mənzilə daha çox ehtiyacı olan insanlara verilir".M.Quliyev bildirib ki, ailə tərkibindən asılı olaraq, mənzillərin əraziləri də müxtəlif olur: "Ailə tərkibi kiçik olanlar üçün 70-100 kvadratmetr sahəsi olan mənzillər verilir. Ailə tərkibi geniş olanlara isə 150-200 kvadrat metr yaşayış sahəsi olan evlər verilir ki, onların da sayı bir o qədər çox olmur. Eyni zamanda bu layihəni şəhərciklər formasında da gerçəkləşdirmək olar".Musa Quliyev bildirib ki, vətəndaşlar bəzən güzəştli ipoteka kreditləri ilə sosial evləri qarışdırırlar. Ancaq bunlar fərqli anlayışlardır: "Güzəştli ipoteka krediti ilə vətəndaş harada istəsə, müəyyən şərtlər daxilində mənzilə sahib ola biləcək. Ancaq sosial evlər isə konkret müəyyənləşdirilmiş mənzillərdir. Sosial evlər ipoteka şərtləri ilə verilmir. Bu mənzillər vətəndaşlara kirayə müqaviləsi əsasında verilir. Vətəndaşlar müəyyən müddət orada yaşayıb, müqaviləyə uyğun olaraq, ödənişi bitirdikdən sonra həmin evlərə sahiblənirlər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları
Bilinçikli Zebra tortu (foto-resept)
Hindistanda havanı süni yağışla təmizləyəcəklər
Saçlarınız gözəl olsun
Ətirlər haqqında bilmədiklərimiz
Kəsmikli salat (foto-resept)
"Qalatasaray"lılara bəd xəbər
İlin ilk GÜNƏŞ TUTULMASI
Alimlər koronavirus xəstəsinin ölüm riskini hesablamaq üsulunu tapdılar
Qida maddələrinin təbiiliyi
Üzü sökülən binaların aqibəti necə olacaq?
Yeni dünya müharibəsi başlayır
11 mühüm simptom
HAVA necə olacaq?-20 Sentyabr
Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
İlk öpüşdən 75 il sonra ailə qurdular
Günün qoroskopu: Yaxınlarınızın sizə sualı var
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Bakıda 350 min dollarlıq maşın
Meyvə-tərəvəzlər haqqında nə bilirik?
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Motivasiya filmləri
Bergüzar və Halit xəstəxanadan çıxarkən görüntüləndi-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Bu qış üşüməyə mane olacaq kurtka dəbi
Təsi Babayeva ilə müsahibə
Hansı zövqünüzə uyğundur?
Hava şəraiti kəskin dəyişəcək
ÜST rəsmisi: “Pandemiyanın ikinci dalğası yoxdur”
Ehtiyatlı olun: WhatsApp virus yayır
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı
Arnold Şvartsneqqer xəstəxanadan evə buraxıldı
Pomidor maskası
İnsan üzlü balıq görüntüləndi - FOTO
Ebru Şallıya milyonluq hədiyyə
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Müxtəlif modeldə olan uşaq arabaları
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
Cəbhədə erməni təxribatı davam edir
Məşhur basketbolçu vəfat etdi
Bayram yeməklərini zibil qutularından çıxarırlar
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Fanatı JLonun anasını vurdu-FOTO
İspan şəhərində çağdaş xəstəxana
HAVA necə olacaq?
Yuxu yozmaları - L
Məleykə Abbaszadə: "IX sinif şagirdləri təhsildən yayınırlar"